Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3558/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2020-ci ildə vəfat etmiş xx.xx.1928-ci il təvəllüdlü atası X3 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək məhkəmədən atasının xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası, xx.xx.1928-ci ildə anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı Ərizəçi xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun ölümü haqqında akt qeydinin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Qeydiyyat Şöbəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün onun müraciətidən xx.xx.2020-ci il tarixli məktubla imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək bildirdi ki, atası X1 Respublikasında yaşamış, son vaxtlar xəstəliyinə görə Bakıya gəlmişdir. Onun 92 yaşı olmuşdur. xx xxxx 2020-ci il tarixdə səhər özünü pis hiss etmiş, həkim çağırmışlar. Lakin həkim gələnə qədər artıq vəfat etmişdir. O, poliklinikada qeydiyyatda olmadığından ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Lakin hazırda atasının ölüm haqqında şəhadətnaməsini əldə etmək istəyir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: GEO 10AB42786 nömrəli pasportun notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, Əhmədov Camal xx.xx.1928-ci il tarixdə Bolnisi rayonunda doğulmuşdur, Gürcüstan vətəndaşıdır. Təcili və X2 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, X7 üçün xx.xx.2020-ci il tarixdə təcili tibbi yardım çağırılmış, xəstənin yanında 15:20-də gedilmiş, həkimə qədər ölüm (kişi cinsində meyit) aşkar edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 786-05/75 nömrəli məktubdan görünür ki, X3 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. Qəbir daşının bir ədəd fotoşəklindən görünür ki, qəbirdaşının üzərində “X7 – xx.xx.1928xx.xx.2020” yazısı qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Ərizəçi onun qonşusudur. Onların ailəvi tanışlıqları var. Ölən şəxs Əhmədin atası X5r. Onun 90 yaşı olardı və Gürcüstanda yaşayırdı. Atası xəstələnəndən sonra Əhməd atasına baxmaq üçün onu yanına gətirdi. Atası X7 isə xx.xx.2020-ci il tarixdə vəfat etdi. O dəfndə də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İbrahimov Əli (Gürcüstan Respublikası vətəndaşı) bildirdi ki, Ərizəçi onun dayısı oğlu, ölən X7 isə onun dayısıdır. Əhməd xəstə atasını Gürcüstandan yanına gətirmiş, özü baxmışdır. O, özü də tez-tez dayısının yanınaa gedib. 2020-ci il iyun ayının 20-si səhər dayısının yanında olmuş, oradan çıxdıqdan bir müddət sonra ona zəng vuraraq dayısı Camalın öldüyünü demişlər. Bundan sonra o, geri qayıtmış, o gəldikdən 10-15 dəqiqə sonra da təcili tibbi yardım gəlmişdir. Bundan sonra, dayısını dəfn etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi atası X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. C.Əhmədova görə təcili tibbi yardım da çağırılmış, təcili tibbi yardım stansiyasının müvafiq bölməsi tərəfindən X3 çağırış yerinə getdiklərində ölmüş olduğunu təsdiq edən xəbərdarlıq vərəqəsi verilmişdir. Həmçinin, məhkəmə iclasında dindirilmiş şahidlərin hər biri X3 xx.xx.2020-ci il tarixdə ölməsi faktını təsdiq etmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İşdən görünür ki, ərizəçi məhkəmədən atası X3 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki,şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X3 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından Ərizəçi sonradan atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. O da atasının ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişdir. Azərbaycan Respublikasının MPM-in 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə hesab edir ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3558/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3558/2020
16.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver