Məhkəmə qərarları › İş №2(010)-3560/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3560/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3560/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X* 04.05.*99*-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 363 nömrəli AR Vəkillər Kollegiyası ünvan 1 ünvanlanmış məktubdan görünür ki, 04.05.*99*-ci il tarixdə rəhmətə gedən X*, **.02.2009-cu il tarixdə rəhmətə gedən X2 və 2*.*2.202*-ci il tarixdə rəhmətə gedən X3 yaxınları 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına gec müraciət etdiyindən AZS *06 forma(ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. Hazırki iş materiallarına əlavə olunmuş məktubdan göründüyü kimi, müvafiq müraciət üzrə cavab ərizəçinin özünə deyil, ünvan 2 ünvanlanmışdır. Lakin iş materiallarına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Abdullayev Loğmanın Ərizəçi nümayəndəsi və vəkili olması ilə bağlı müvafiq sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin *5*.*-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin *52.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar