Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3571/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilərək, qızı 0*.05.*979-cu ildə Ağdam rayonunda anadan olmuş X4 29 oktyabr *993-cü il tarixdə Ağdam şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri
2. qızı X6 0*.05.*979-cu il tarixdə Ağdam rayonunda anadan olmuş, 29 oktyabr *993-cü ildə isə Ağdam şəhərində yaşadıqları evdə vəfat etmişdir. O və qohumları qızını yaxınlıqdakı məzarlıqda dəfn etmişlər. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni yoldaşının vəsəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona qızının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bildirir ki, o, qızına ölüm şəhadətnaməsi almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “29.*0.*993-cü ildə Ağdam şəhərində vəfat etmiş mərhum övladınız X4 ölümü ilə bağlı, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 ölümü barədə heç bir məlumat aşkar edilmədi. Ölüm faktının bərpa edilməsinə əsas verən zəruri sənədlər (məhkəmə qətnaməsi və.s) təqdim edə bilmədiyiniz üçün qanunvericiliyin tələbinə uyğun olaraq faktın bərpa edilməsi birbaşa səlahiyyətimizə aid deyil. Odur ki, adiyyatı üzə məhkəməyə müraciət etməlisiniz”. Hazırki halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları
3. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Şahid ifadələri
5. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən X7 bildirdi ki, ərizəçinin oğludur. Vəfat edən şəxs onun bacısıdır və Ağdam rayonunda vəfat etmişdir.
6. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən X8 bildirdi ki, ərizəçinin baldızıdır. Ərizəçinin üç övladı olmuş və ikisi vəfat etmişdir. Vəfa Ağdam rayonunda xəstəlikdən vəfat etmişdir.
İş materialları
7. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 0*.05.*979-cu il tarixdə anadan olmuşdur. X*, anası Ərizəçidır.
8. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X*4 "Bakı Baş Səhiyyə Mərkəzi" X*4 43 Nömrəli Şəhər Poliklinikasının 3*.05.2025-ci il tarixli, 48 nömrəli məktubundan görünür ki, X4 ərazi üzrə poliklinkaya müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam Rayon X2 Bəsti Balış qızına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 29.*0.*993-cü il tarixdə vəfat etmiş mərhum X4 ölümü ilə bağlı Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi ölümü barədə heç bir məlumat aşkar edilməmişdir. Ölüm faktının bərpa edilməsinə əsas verən zəruri sənədlər (məhkəmə qətnaməsi və s.) təqdim edilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq faktın bərpa edilməs birbaşa səlahiyyətlərinə aid deyil.
İşin faktiki halları
*0. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin qızı X6 29.*0.*993-cü il tarixdə vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq
**. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*4. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *5. Məhkəmə hesab edir ki, ərizəçinin qızı X4 29.*0.*993-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun qızının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum qızının barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.
Məhkəmənin gəldiyi nəticə
*6. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 0*.05.*979-cu ildə Ağdam rayonunda anadan olmuş X4 29.*0.*993-cü il tarixdə Ağdam şəhərində ölməsi faktı müəyyən edilməlidir. *7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. 0*.05.*979-cu ildə Ağdam rayonunda anadan olmuş X4 29.*0.*993-cü il tarixdə Ağdam şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov