Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3608/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023ci ildə Bakı 8 saylı Mediasiya təşkilatında arasında bağlanmış barışıq sazişinin təstiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə rəsmi nikahndan xx.xx.2011-ci ildə Yusif, xx.xx.2014-cü ildə isə Onur adlı uşaqları anadan olmuşdur. Belə ki, Suraxanı rayon məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş azyaşlı övladları ərizəçinin himayəsində qalmaqla hər ay hər bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir. Hazırkı vaxtda azyaşlı övladını bu məbləğlə saxlaya bilmir. Övladının müalicə və digər xərclərini qarşılamağa maddi imkanı çatmır. Cavabdeh isə onlara əlavə xərclərə görə heç bir maddi köməklik göstərmir. Nəticədə məcburiyyət qarşısında qalaraq alimentin miqdarının artırılması tələbi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş və orada cavabdehlə barışıq sazişi imzalanmışdır. O, hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat aliment ödəməyə razılıq versə də, sonradan bundan yayınmışdır. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Birinci tərəf: Ərizəçi bu sazişi imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ilə birlikdə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X4 və xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X1 üçün İkinci tərəf atası Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat aliment məbləğini bank hesabı vasitəsilə ona ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericiliklə yaşayış minimumuna dəyişiklik edildikdə, İkinci tərəf Maraqlı şəxs buna mütənasib şəkildə Birinci tərəfə ödəyəcəyi alimentin məbləğinin artıracağına və ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X4 və xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat aliment məbləğini Bank hesabı vasitəsilə Birinci tərəfin bank hesabına ödəyəcəyinə dair öhdəlik götürür. Əlavə olaraq tam mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) AZN məbləği Birinci tərəfin bank hesabına ödəyəcəyi barədə öhdəlik götürür. Eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericilikdə yaşayış minimumuna dəyişiklik edildikdə bu dəyişikliyə mütənasib şəkildə Birinci tərəfə ödəyəcəyi alimentin məbləğini artıracağına və ödəyəcəyinə dair öhdəlik götürür. Bu mübahisə ilə bağlı Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öhdəliklərini pozduqda Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur, buna etiraz etmir və çəkiləcək xərclərin ona aid ediləcəyi ilə razıdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)- 2304/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı X2 cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddiası təmin olunmuş, iddiaçı Məhərrəmova (nikahdan əvvəl - Qəhrəmanova) Günay Şahverən qızı ilə cavabdeh Maraqlı şəxs arasında 16 dekabr 2016cı ildə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 1783 nömrəsi ilə qeydə alınmış nikahın pozulmuş hesab edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X4 və 05 iyun 2014-cü il təvəllüdlü X5 boşanmadan sonra iddiaçı Məhərrəmova (Qəhrəmanova) Günay Şahverən qızının yanında qalmaları müəyyən edilmiş, 29 oktyabr 2011-ci il təvəllüdlü X4 və 05 iyun 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay hər bir uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Məhərrəmova (Qəhrəmanova) Günay Şahverən qızına verilməsi, alimentin hesablanması və ödənilməsinin 13 fevral 2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikah münasibətlərindən xx.xx.2011-ci ildə X6 və xx.xx.2014-cü ildə X7 adlı övladları doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2304/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış olan nikah pozulmuş, ərizəçi ilə maraqlı şəxsin övladları xx.xx.2011-ci il təvəllüdlü X6 və 05 iyun 2014-cü il təvəllüdlü X7 ərizəçinin himayəsində saxlanılmışdır. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli MŞB/8/2023/-00265 saylı barışıq sazişi bağlanmış və bu sazişlə Ərizəçi Maraqlı şəxs ilə birlikdə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X4 və xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X1 üçün atası Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat aliment məbləğini bank hesabı vasitəsilə ona ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericiliklə yaşayış minimumuna dəyişiklik edildikdə, İkinci tərəf Maraqlı şəxs buna mütənasib şəkildə Birinci tərəfə ödəyəcəyi alimentin məbləğinin artıracağına və ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X4 və xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X1 üçün xx.xx.2023- cü il tarixdən etibarən hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat aliment məbləğini Bank hesabı vasitəsilə Birinci tərəfin bank hesabına ödəyəcəyinə dair öhdəlik götürür. Əlavə olaraq tam mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) AZN məbləği Birinci tərəfin bank hesabına ödəyəcəyi barədə öhdəlik götürür. Eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericilikdə yaşayış minimumuna dəyişiklik edildikdə bu dəyişikliyə mütənasib şəkildə Birinci tərəfə ödəyəcəyi alimentin məbləğini artıracağına və ödəyəcəyinə dair öhdəlik götürür. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023/-00265 saylı Barışıq Sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023/-00265 saylı Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ilə birlikdə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X4 və xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X1 üçün İkinci tərəf atası Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat aliment məbləğini bank hesabı vasitəsilə ona ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericiliklə yaşayış minimumuna dəyişiklik edildikdə, İkinci tərəf Maraqlı şəxs buna buna mütənasib şəkildə Birinci tərəfə ödəyəcəyi alimentin məbləğinin artıracağına və ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X4 və xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X1 üçün xx.xx.2023- cü il tarixdən etibarən hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat aliment məbləğini Bank hesabı vasitəsilə Birinci tərəfin bank hesabına ödəyəcəyinə dair öhdəlik götürür. Əlavə olaraq tam mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) AZN məbləği Birinci tərəfin bank hesabına ödəyəcəyi barədə öhdəlik götürür. Eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericilikdə yaşayış minimumuna dəyişiklik edildikdə bu dəyişikliyə mütənasib şəkildə Birinci tərəfə ödəyəcəyi alimentin məbləğini artıracağına və ödəyəcəyinə dair öhdəlik götürür. Bu mübahisə ilə bağlı Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öhdəliklərini pozduqda Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur, buna etiraz etmir və çəkiləcək xərclərin ona aid ediləcəyi ilə razıdır.” Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3608/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3608/2023
10.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver