Məhkəmə qərarları › İş №2(010)-3610/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3610/2023

18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3610/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Әrizəçi Әrizəçi, Әrizəçinin vəkili X7 iştirakı ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *5.04.*940-cı il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 443 saylı bağ evində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Әrizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, *5.04.*940-ci il təvəllüdlü X9 onun doğma anasıdır. O, anası vəfat edən günədək anasının anası X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 443 saylı bağ evində yaşamışlar. xx.xx.2005-ci il tarixdə anası X9 vəfat etmiş və bu haqda dərhal Bakı şəhəri TT və TY-nın *4 saylı köməkçi yardım stansiyasına məlumat verilmiş, çağırış əsasında hadisə yerinə gəlmiş Bakı şəhəri TT və TY-nın *4 saylı köməkçi yardım stansiyasının həkimi R.Vəliyev ölüm faktını müəyyən edilməsinə dair arayış vermişdir. Lakin bu haqda aidiyyatı üzrə 36 saylı şəhər Polikninikasına müraciət edilməməsi səbəbindən ölüm haqqında tibbi Şəhadətnamə verilməmişdir. Bakı şəhəri Balaxanı Bələdiyyəsinin xx.xx.2023-cii il tarixli 28 saylı arayışından görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş anam X* qəsəbəsində yerləşən qəbiristanlıqda onun maddi vəsaiti hesabına dəfn edilmişdir. Sabunçu rayon Qeydiyyat Şöbəsinin *0.06.2023-cü il tarixli, 3-*6- 5*8-*5-87*/2023 saylı məktubu ilə xx.xx.2005-ci il tarixdə vəfat etmiş anası X4 ölümün qeydə alınması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, AR Nazirlər Kabinetinin *45 saylı 3*.*0.2003-cii il tarixli Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydalarının 8.5-ci maddəsinə istinad edilərək ölüm faktı tibb müəssisəsinin sənədi ilə təstiq edilməli olduğunu, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda,ölüm faktı məhkəmə tərəfindən müəyyən olunduğunu, onun tərəfindən təqdim edilmiş sənədlər əsasında ölüm faktını təstiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, yəni ölümün qeydiyyata alınması mümkün olmadığına istinad edilmişdir. Bu əsasla hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda *5.04.*940-ci il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdə vəfat etməsini təstiq edən ölüm haqqında şəhadətnaməni ala bilməmədiyindən, o, tam qanuni əsaslarla xx.xx.2005-ci il tarixədək anası X9 ilə, axırıncının vəfatından sonra isə ailə üzviiləri ilə birlikdə istifadə etdiyi ana nənəsi X3 məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 443 saylı bağ sahəsində yerləşən bağ evindən və bağ sahəsindən istifadə etməyə davam edir. Anasının ölüm faktını təstiq edən sənəd alınmadığından o, vərəsəlik qaydasında həmin bağ sahəsindəki anasının payına düşən hissəsini öz adına rəsmiləşdirə bilmir. Bu əsasla da hesab edir ki, *5.04.*940-ci il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Hesab edir ki, *5.04.*940-ci il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdə vəfat etməsi faktı Bakı şəhəri TTvə TY-nın *4 saylı köməkçi yardım stansiyasının xx.xx.2005-ci il tarixli arayışı, 36 saylı şəhər Polikninikasının *0.06.2023-cüı il tarixli, 62 saylı məktubu və Balaxanı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 28 saylı arayışı ilə təstiq olunmuş olsa da, bu faktı yas mərasimində iştrak etmiş yaxın qonşular və qohumlar da təstiq edilə bilər, onları məhkəmə iclasında şahid qismində dindirməsini xahiş edir. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili X*2 izahatında ərizəçinin ərizəsini müdafiə etmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, *8.*0.2023-cü il tarixdə keçiriləcək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*3 ifadəsində göstərdi ki, o, Әrizəçi tanıyır, Pirşağıdakı bağda qonşudurlar. Әrizəçinin mərhum anası Çimnazı tanıyırdı. Әrizəçi anası Çimnaz xəstə idi və 2005-ci ildə Pirşağı qəsəbəsində yerləşən bağ evində vəfat etmişdir. Mərhum vəfat edəndə təxmini yaz ayları idi. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*5 ifadəsində göstərdi ki, o, Әrizəçi tanıyır, Pirşağıdakı bağda qonşudurlar. Әrizəçinin mərhum anası Çimnazı da tanıyırdı. Әrizəçi anası Çimnaz xəstə idi və 2005-ci ilin aprel ayında Pirşağı qəsəbəsində yerləşən bağ evində vəfat etmişdir. Həmin vaxt orada olan səs-küyə Samirəgilə getmiş və anası Çimnazın vəfat etdiyini görmüşdür. Həmin vaxt ünvana gələn təcili yardım artıq getmişdir. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin və ərizəçinin vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Sabunçu rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, 2005-ci ilə aid X4 ölümü haqqında Sabunçu rayon Qeydiyyat şöbəsində akt qeydləri tapılmadı. Yoxlama 2002-ci ildən 2008-ci ilədək Sabunçu rayon Qeydiyyat şöbəsi, 2005-ci ildən 2023-cü ilədək Vətəndaşların vəziyyəti aktlarının ümumrespublika elektron məlumat bankında Bakı şəhəri üzrə yoxlanılmışdır. *4 saylı KYS-nın xx.xx.2005-ci il tarixli arayışından görünür ki, Pirşağı, bağ evi 443 ünvanına X4 adına *9.İV.2005-ci ildə çağırış daxil olmuş, çağırışa gələn həkim «qadın cinsli meyid (həkimə qədər ölüm) müəyyən olunmuşdur. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən **.**.*973-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Әrizəçi xx.xx.*973-cü ildə doğulmuş, valideynləri Telman Şadət oğlu və X6r. Balaxanı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, mərhum X*0 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda qızı Әrizəçi maddi vəsaiti hesabına dəfn olunmuşdur. 36 saylı Şəhər Poliklinikasının *0.06.2023-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayonu Pirşağı qəsəbəsi 443 saylı bağ evində yaşamış *5.04.*940-cı il təvəllüdlü X5 adına Bakı şəhər TT və TY-nın *4 saylı köməkçi yardım stansiyasından xx.xx.2005-ci ildə vəfat etməsi haqqında bildiriş verilmişdir. 36 saylı Şəhər Poliklinikasına müraciəti olmamışdır, bu səbəbdən “Ölüm haqqında Tibbi Şəhadətnamə” yazılması səlahiyyətləri xaricindədir. Boşanma haqqında şəhadətnamədən görünür ki, Telman Şadat oğlu ilə X9 arasında nikah 22.*2.*977-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Әrizəçi anası - *5.04.*940-cı il təvəllüdlü X9 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 443 saylı bağ evində vəfat etmişdir. Әrizəçi anasının ölümü haqqında şəhadətnamə almaq üçün Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi anası barədə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması yaşadığı bağ evindən ərizəçinin mərhum anasının payına düşən hissənin sənədləşdirilməsi üçün lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *5.04.*940-cı il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Әrizəçi anasının ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Әrizə təmin edilsin. *5.04.*940-cı il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X4 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar