Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3637/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonunda vəfat etmiş Qaynulina (Zemsova) Rəhimə Qarifovnanın 1974-cü ildə ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi ərizəyə dəqiqləşmə edərək, Qaynulina (Zemsova) Rəhimə Qarifovnanın xx.xx.1974-cü ildə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək və ərizəsini müdafiə edərək bildirdi ki, anasının anası (nənəsi) Qaynulina (Zemsova) Rəhimə Qarifovna, Bakı şəhəri, Suraxanı rayonunda 1974-cü ildə ölmüş və Suraxanı rayonu “rus” qəbristanlığında dəfn olunmuşdur. Lakin vaxtında onun ölməsi barədə Bakı şəhəri, Suraxanı rayon X2 Qeydiyyat Şöbəsinə müraciət edilməmişdir. Bu səbəbdən də nənəsi Qaynulina (Zemsova) Rəhimə Qarifovnanın ölümü qeydiyyata alınmamışdır. Babası X6 ölümündən sonra ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Primorski küçəsi (halhazırda C. Xanməmmədov küçəsi) bina 33, mənzil 16 ünvanda yerləşən mənzili miras əmlak kimi qalmışdır. Həmin mənzildə də yeganə vərəsə kimi o qeydiyyatdadır. Həmin mənzili öz adına sənədləşdirmək istəyəndə ondan Qaynulina (Zemsova) Rəhimə Qarifovnanın ölüm haqqında şəhadətnaməsi tələb olundu, çünki o, X6 həyat yoldaşı olmuşdur. O da bu barədə Bakı şəhəri, Suraxanı rayon X2 Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri, Maraqlı şəxs ona Qaynulina (Zemsova) Rəhimə Qarifovnanın ölüm akt qeydinin tapılmaması barədə arayış verərək, ona həmin faktın yalnız məhkəmə qaydasında tanına biləcəyini, həmin fakt tanındıqdan sonra Qaynulina (Zemsova) Rəhimə Qarifovna barədə ölüm haqqında şəhadətnamə veriləcəyini bildirdi. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, Qaynulina (Zemsova) Rəhimə Qarifovna onun qaynanası olmuş, xx.xx.1974-cü ildə Bakı şəhərində vəfat etmiş və Suraxanı rayonu “rus” qəbristanlığında dəfn edilmişdir. Qaynanasının vəfatından sonra o, hər il bayramlarda yoldaşı ilə birgə qaynanasının məzarını ziyarət etmişdir. Lakin tibbi şəhadətnamə təqdim etmədikləri üçün ölüm haqqında şəhadətnamə ala bilməmişlər və buna görə də oğlu məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidi dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Suraxanı RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdqi edilmiş surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 070872 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdqi edilmiş surətindən görünür ki, X7 xx.xx.1987-ci ildə ölümşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin mart ayının 11-ci günündə 21 № ilə qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 191/12 №-li doğum haqqında arayışın notarial qaydada təsdqi edilmiş surətindən görünür ki, X8 xx.xx.1950-ci ildə doğulmuşdur. Bu barədə xx.xx.1951-ci ildə doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası X7, anası X3. Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 236809 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdqi edilmiş surətindən görünür ki, X8 xx.xx.2007-ci ildə ölümşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin fevral ayının 22-ci günündə 210 № ilə qeyd edilmişdir. Bakı Şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, 817-05/75 №-li cavab məktubundan görünür ki, X4 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “X2 qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Buna görə də ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Fotoşəkildən görünür ki, Qaynulina (Zemsova) Rəhimə Qarifovna həqiqətən 1974-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən X2 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, Qaynulina (Zemsova) Rəhimə Qarifovnanın xx xxxx 1974cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun nənəsinin ölüm faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Qaynulina (Zemsova) Rəhimə Qarifovnanın xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3637/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3637/2020
28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver