Məhkəmə qərarları › İş №2(010)-3651/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3651/2023

24.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3651/2023 24.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh qeydiyyatda olduğu və yaşadığı Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 5, ev 5A ünvanında yerləşən evdən siyahısı qeyd edilmiş əşyaların çıxarılması və yararsız hala düşmüş əşyaların dəyərinin alınaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh bildirdi ki, iddia ərizəsində göstərilmiş ev onun özünün yox, bacısının evidir. Belə ki, iddiaçının cehizləri bacısının evinin ikinci mərtəbəsinə yerləşdirilmişdir. İddiaçı ilə özü isə Beyləqan rayonunda kirayədə yaşamışlar. O, hazırda da Beyləqan rayonunda qeydiyyatdadır. Bu səbəbdən işin baxılması üçün aidiyyəti üzrə Beyləqan rayonuna göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Şükürov X2 rayonunda qeydiyyatdadır. Belə olan halda işə ümumi aidiyyət qaydasında cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, iddia tələbi cehiz əmlakın çıxarılması ilə bağlıdır və bu tələblərə ümumi aidiyyət qaydasında baxılır. Cehiz əşyaların yerləşdiyi evin Suraxanı rayonunda yerləşməsi işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olduğu mənasına gəlmir. Ona görə ki, bu iddialara müstəsna aidiyyət yox, ümumi aidiyyət qaydaları tətbiq edilir. Ümumi aidiyyət qaydasında isə bu işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydası. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cavabdeh qeydiyyat yeri üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D I: İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar