Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3666/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məhkəmə qətnaməsi ilə köçürüldüyü qət olunmuş yaşayış otağının cavabdehlərin özbaşına bağladığı giriş qapısının onların vəsaiti hesabına əvvəlki yerində bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məhkəmə qətnaməsi ilə köçürüldüyü qət olunmuş yaşayış otağının cavabdehlərin özbaşına bağladığı giriş qapısının onların vəsaiti hesabına əvvəlki yerində bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası iddiaçının və cavabdehlərin nümayəndəsinin iştirakı ilə xx.xx.2022-ci il tarixində keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixinə təxirə salınmış və bu haqda tərəflərə rəsmi məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclası iddiaçının iştirakı ilə keçirilərək mülki işə məhkəmə iclasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iştirak edərək mülki işə baxılması xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2022-ci il tarixdə, saat 10:50-də keçirilən məhkəmə baxış iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məhkəmə qətnaməsi ilə köçürüldüyü qət olunmuş yaşayış otağının cavabdehlərin özbaşına bağladığı giriş qapısının onların vəsaiti hesabına əvvəlki yerində bərpa edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məhkəmə qətnaməsi ilə köçürüldüyü qət olunmuş yaşayış otağının cavabdehlərin özbaşına bağladığı giriş qapısının onların vəsaiti hesabına əvvəlki yerində bərpa edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3666/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3666/2022
04.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver