Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3668/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Tanrıverdi oğluna qarşı əmlak tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sübhan oğlu Cavabdeh Tanrıverdi oğluna qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmei Kodu **********25485 olan İPHONE 12128 GB-BLACK telefonunun cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə iş yoldaşı olmuşdur, belə ki, o, xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də təchizat müdiri işləməyə başlamışdır və işdə münasibətləri normal olmuşdur. O, 2022-ci ili aprel ayının 19-da “Kontakt Home” mağazasından öz adına kreditə telefon almış və istifadə etməyə başlamışdır. Cavabdehin telefonu xarab olduğu və təcili telefona ehtiyacı olduğu üçün 15 gün müddətinə telefonu ona vermişdir. Lakin buna baxmayaraq cavabdeh telefonu qaytarmamış və 2022-ci ilin may ayının 1-dən etibarən işdən çıxmışdır. May ayının 15-dən cavabdehə zəng çatmamış və cavabdeh telefonu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Sübhan oğlu iddia tələbini müdafiə dərək, tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh Tanrıverdi oğluna məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh Tanrıverdi oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh telefonu ona verməyib, telefona görə ilkin ödənişi o özü edib, lakin kredit müqaviləsi Kərimlə bağlanıb, telefonu o özü istifadə edib, sonra isə satmışdır. Məhkəmə iddiaçını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, 09581012 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC tərəfindən alıcı İddiaçı Sübhan oğluna İmei Kodu **********25485 olan İPHONE 12128 GB-BLACK telefon satılmış və alıcı malın dəyərini ilkin ödəniş 316 manat, aylıq 130.56 manat olmaqla 18 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin İddiaçı ünvanlanmış məktubundan görünür ki, iddiaçı telefonun qaytarılması ilə bağlı polis orqanına müraciət etmiş, istintaq orqanı tərəfindən verilən cavabda şikayətin mülki xarakter daşıdığından iddiaçının aiddiyatı üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı "xxxx" MMC-dən kredit yolu ilə mobil telefon əldə etmiş, telefon faktiki olaraq cavabdehdə olmuşdur. İddiaçı tərəf iddia edir ki, cavabdeh ona məxsus telefonu mənimsəmiş və geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, telefonu iddiaçı kreditlə alsa da, ödənişi o özü etdiyinə görə telefon da onda olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. AR MPM-nin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüququdur. Məhkəmə hesab edir ki, mübahisə obyekti olan telefonun iddiaçı tərəfindən kredit müqaviləsi ilə alınması işin halları ilə öz təsdiqini tapır. Bu hala münasibətdə cavabdehin telefona görə ödənişin onun tərəfindən edilməsi barədə dəlili işin halları ilə öz təsdiqini tapmır. Cavabdeh bu etirazında məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, yalnız şifahi izahatla kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan telefonu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, artıq qeyd edildiyi kimi mübahisə predmeti olan telefonun iddiaçıya məxsus olması işin halları ilə sübut edilir, telefonun cavabdehdə qalmasının isə heç bir hüquqi əsası yoxdur. Bunun davamı olaraq bildirilməlidir ki, cavabdehin telefonu satması barədə bildirdikləri də heç bir sübutla öz təsdiqini tapmır. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İmei Kodu **********25485 olan İPHONE 12128 GB-BLACK telefonu Cavabdeh Tanrıverdı̇ oğlundan alınaraq iddiaçı Məmmədov Kərı̇ m Sübxan oğluna qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3668/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3668/2022
26.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver