Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3691/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Vahab-X7 Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı ölüm qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 14 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.03.2021-ci ildə vəfat etmiş 06.02.1948-cı il təvəllüdlü atası Vahab-X1 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası 06.02.1948-ci il təvəllüdlü X3 oğlu 28.03.2021-ci ildə vəfat etmişdir. Onun ölüm faktını təsdiq edən TTYS-ı tərəfindən verilmiş arayış vardır. Atasının ölümünün qeydiyyata alınması və ölüm haqqında akt qeydinin verilməsi ilə bağlı Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. 19.03.2021-ci il tarixli məktubda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün müraciətinə imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhz buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bununda əlaqədar Ərizəçi 28.03.2021-ci ildə vəfat etmiş 06.02.1948cı il təvəllüdlü atası Vahab-X1 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, ərizəçinin izahatına, şahidlərin ifadələrinə dinləyərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Mənzi-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli 31 saylı arayışa əsasən X3 oğlu 28 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəbirstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Təcili və X4 Stansiyasının 12 saylı bölməsi tərəfindən verilmiş 28 mart 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən saat 02:30-da Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi. Məmmədyarov, 40 ünvana Vahab-X1 adına çağırış daxil olmuşdur. Həmin ünvanda kişi cinsli meyit aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli 446-05/70 nömrəli məktubu ilə Suraxanı rayon qeydiyyat şöbəsində Ərizəçi 28.03.2021-ci il tarixdə vəfat etmiş atası Vahab-X1 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq, Vahab-X1 barədə 'Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə 05.06.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145. saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası’’ - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkün olduğu izah edilmişdir. Bakı şəhəri Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 22 may 1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi 22 may 1978-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X3 oğlu, ana qrafasında X2 qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, mart ayının 18-i saat 00:10-da radələrində dostu Vahabzadə Zaur ona zəng edərək, atasının telefonuna cavab vermədiyini, yaşadığı yerinə gedəcəyini bildirmişdir. A.Həsənov də həmin yerə getmək üçün yola duşmüş və saat 01:25 radələrində hadisə yerinə gəlmiş vəğorada Zaurun yoldaşı və dayısı, bir iki qonşu da var idi. A.Həsənov mənzilə daxil olmuş və kuxnyada atasının cəsədi görmüşdür, sonradan dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vahab-zadə Azadə Elxan qızı öz ifadəsində bildirmişdir ki, 27.03.2021-ci ildə 28.03.2021-ci ilə keçnə gecə saat təxminən 12-dən sonra həyat yoldaşı Zabrat qəsəbəsində yaşayan atasının evinə getmiş və vəfat etdiyini görmüş zəng etmişdir. A.Vahab-zadə dərhal ora getmiş və qaynatasının yataqda oturulu şəkildə vəfat etdiyini görmüşdür. İlk olaraq ünvana ünvana çatmış, yoldaşı tək idi. Daşa sonra yoldaşının dostu Adil, dayısı İsgəndər xalası oğlanları və xalasının həyat yoldaşı və kürəkəni gəldilər. Təcili tibbi yardım maşını təxminən 02:20-də gəldilər. Pandemiya dövrünə düşdüyü üçün sadəcə dəfn mərasimi keçirdiblər. Vahab-X1 dəfn edildiyi yer Buzovna qəsəbəsindəki qəbirsanlıqda həyat yoldaşının yanındadır. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olur ki, ərizəçi Ərizəçi anası 16.04.1937-ci il təvəllüdlü Vahab-X1 28.03.2021-ci il tarixdə il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəbirstanlığında dəfn edilmişdir. Mərhumun ölümü haqqında şəhadətnaməsi ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar lazımdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi atası 06.02.1948-cı il təvəllüdlü atası Vahab-X1 28.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası Vahab-X1 06.02.1948-cı il təvəllüdlü atası Vahab-X1 28.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Suraxanı rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3691/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3691/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver