Məhkəmə qərarları › İş №2(010)-3698/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3698/2020

19.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3698/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, cavabdeh X1 və nümayəndəsi Mehdiyeva Gülşən Mehdi qızının iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd qızıl boyunbağı 21 qr – 1600 m, 1 ədəd qızıl qolbaq 6 qr - 480 m, 1 ədəd briliyant komplekt – 1200 m, 1 ədəd yataq örtüyü - 450 m, 1 ədəd ət maşını VESTEL – 250 m ,1 ədəd qazan dəsti - 350 m, 2 ədəd Xalça 3x4 - 800 m , 3 ədəd Yataq dəsti - 300 m, 12 ədəd Dəsmal - 250 m, 4 ədəd süfrə - 600 manat ümumi dəyəri 6280 (altı min iki yüz səksən) manat olan Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında növbəti məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi bildiriş təqdim edilsə də, iddiaçı göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Cavabdeh X3 məhkəmə prosesində ərizə təqdim edərək, iş üzrə iddiaçı məhkəmə prosesinə gəlmədiyindən işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Cavabdehin nümayəndəsi X4 məhkəmə prosesində iş üzrə iddiaçı məhkəmə prosesinə gəlmədiyindən işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin iddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əlavə edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh yaşadığı evdə yerləşən, 1 ədəd qızıl boyunbağı 21 qr - 1600m, 1 ədəd qızıl qolbaq 6 qr - 480 m, 1 ədəd briliyant komplekt – 1200 m, 1 ədəd yataq örtüyü - 450 m, 1 ədəd ət maşını VESTEL – 250 m ,1 ədəd qazan dəsti - 350 m, 2 ədəd Xalça 3x4 - 800 m , 3 ədəd Yataq dəsti - 300 m, 12 ədəd Dəsmal - 250 m, 4 ədəd süfrə - 600 manat ümumi dəyəri 6280 (altı min iki yüz səksən) manat olan cavabdeh X5) manat həcmində əşyaların şəxsi əşyaların üzərinə həbs qoyulması və həmin əmlakların istifadəsinin cavabdehə qadağan edilməsi barədə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3698/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh yaşadığı evdə yerləşən, 1 ədəd qızıl boyunbağı 21 qr, 1 ədəd qızıl qolbaq 6 qr, 1 ədəd briliyant komplekt, 1 ədəd yataq örtüyü, 1 ədəd ət maşını VESTEL, 1 ədəd qazan dəsti, 2 ədəd Xalça 3x4, 3 ədəd Yataq dəsti, 12 ədəd Dəsmal, 4 ədəd süfrə üzərinə həbs qoyulması və həmin əmlakların istifadəsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Republikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarında göstərilmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçı göstərilən tarixdə məhkəməyə gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən İddiaçı cavabdeh X2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3698/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3698/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar