Məhkəmə qərarları › İş №2(010)-3716/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3716/2024

19.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3716/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Maraqlı şəxs ilə Ərizəçi arasında Mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2008-ci il tarixdə nikah daxil olmuş, həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Mediasiya prosesi nəticəsində aralarında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, tərəflər aralarında olan nikahın pozulması və xx.xx.2009-cü İl təvəllüdlü X3 və xx.xx.2010ci il təvəllüdlü X2 Ərizəçi himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 manat olmaqla ümumi 440 manat sabit pul məbləğində aliment məbləğini 25 oktyabr 2023-cü il tarixindən başlayaraq Ərizəçi aid olan kart hesabina köçürülməsi barədə razılığa gəlmişlər. Tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuşdur. Alimentlə bağlı barışıq sazişinin olmasına baxmayaq Maraqlı şəxs sazişin şərtlərini yerinə yetirmir. Bu səbəbdən də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 4220/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2016-cı il tarixli, 646 nömrəli qeyd ilə bağlanmış nikahın pozulması qət edilmişdir.

6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 464013 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixində xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 697 nömrə ilə qeyd edilmişdir.

7. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01934 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:

1. (nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək 23 noyabr 2008-cü il tarixində Qusar rayon qeydiyyat şöbəsində bağladıqları 181 sayı ilə qeydə alınan nikahı pozsunlar. Nikahın pozulması tələbi Məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər.

2. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2009-cü İl təvəllüdlü X3 və xx.xx.2010-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəldilər.

3. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2009-cü İl təvəllüdlü X3 və xx.xx.2010-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 manat olmaqla ümumi 440 manat sabit pul məbləğində aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs könüllü olaraq 25 oktyabr 2023-cü i! tarixindən başlayaraq 1-ci tərəf Ərizəçi aid olan kart hesabina və ya 1-ci tərəfə aid digər hesablara köçürür.

8. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 678581 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-ci il təvəllüdlü X5 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2009-cu il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1811 nömrə ilə qeyd edilmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 878582 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2010-cı il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1812 nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları.

10. Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə, MŞB/13/2023-01934 saylı barışıq sazişi bağlanmışdır. Mediasiya sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs xx.xx.2010-ci il təvəllüdlü X7 və və xx.xx.2009-cu il təvəllüdlü X4 220 manat olmaqla, ümumi 440 manat sabit pul məbləğində alimenti ödəməli olduğu halda bunu etməmişdir. Bununla da barışıq sazişi üzrə ikinci tərəf Maraqlı şəxs barışıq sazişi ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

Tətbiq edilən hüquq.

11. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi.

13. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin alimentlə bağlı olan bəndlərinin təsdiqi üçün məhkəməyə müraciət etmişdir.

14. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin müvafiq bəndlərinin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, bu bəndlər qanuna zidd deyil. Həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin uşaqlar üçün xərclərin ödənilməsi ilə bağlı olan bəndləri təsdiq edilməlidir.

15. Qanun yalnız iki halda məhkəmələrə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni qanun məhkəmələrə sazişin və ya onun bir hissəsinin mediasiya iştirak edən tərəfin hüquqlarına toxunduğu hallarda onun təsdiqindən imtina səlahiyyəti verməmişdir. Ona görə ki, barışıq sazişi tərəflər arasında könüllü bağlanır və onların müstəqil iradə ifadəsinə əsaslanır. Bu baxımdan saziş bağlandığı vaxt tərəflərdən birinin iradə ifadəsinin zədələndiyinin sübuta yetirildiyi hallar istisna olmaqla (Çünki bu halda saziş qanuna zidd bağlanmış olur), saziş, sonradan saziş tərəflərindən birinin maraqlarına uyğun olmasa belə təsdiq edilməlidir.

Məhkəmə xərcləri.

16. İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

18. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01934 saylı barışıq sazişi təsdiq edilsin: Tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər.

1. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2009-cü İl təvəllüdlü X3 və xx.xx.2010-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəldilər.

2. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2009-cü İl təvəllüdlü X3 və xx.xx.2010-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx ) manat sabit pul məbləğində aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs könüllü olaraq 25 oktyabr 2023-cü i! tarixindən başlayaraq 1-ci tərəf Ərizəçi aid olan kart hesabina və ya 1-ci tərəfə aid digər hesablara köçürür. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar