Məhkəmə qərarları › İş №2(010)-372/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-372/2023

31.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-372/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı Qasımova (Quluyeva) Quteyis Elçin qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X2 iştirakı ilə İddiaçı Qasımova (Quluyeva) Quteyis Elçin qızının Cavabdeh qarşı "əmlak" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçının mülkiyyətində olan iddia ərizəsində göstərilən daşınar əmlakların Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması. İddia tələbinin dəlilləri Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikah daxil olaraq ailə qurmuşdur. Cavabdehlə nikah bağlandıqdan sonra mövcud olan adət-ənənələrə uyğun olaraq cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və “cehiz” kimi müəyyən daşınar əmlakı özü ilə gətirmişdir. Toy və nişan ərəfələrində ona qızı-zinyət əşyaları da hədiyyə olunub. Apardığı daşınar əmlakın siyahısı bunlardır: 1. Stəkan məhrəbası – (5 ədəd) – 25 manat, 2. Quxna məhrəbası – (4 ədəd) – 30 manat, 3. Stol silən məhrəba – (4 ədəd) – 8 manat, 4. Aş süzən dəsmal – (5 ədəd dəst) – 35 manat, 5. Klonka 2 metr haşiyəli 2 metr – (1 ədəd) – 30 manat, 6. Lejla süfrə - (1 ədəd) – 50 manat, 7. Kuş süfrə salfetkalı – (1 ədəd) – 70 manat, 8. Durul kulokda – (3 ədəd) – 30 manat, 9. Məhrəba əl-üz üçün – (16 ədəd) – 160 manat, 10. Tək adyal ağ tük – (1 ədəd) – 140 manat, 11. Flitta məhrəba naboru – (6 ədəd) – 40 manat, 12. Cəmil ipəkçi məhrəbaları – (3 ədəd) – 30 manat, 13. Cam məhrəbası – (5 ədəd) – 200 manat, 14. Ətxon çuxol prostin tək nəfərlik – (1 dəst) – 100 manat, 15. Ramoze çuxol prostin tək nəfərlik – (1 dəst) – 90 manat, 16. Tac çuxol prostina cüt nəfərlik – (2 dəst) – 340 manat,

17. Taxt adyalı ağ yun – (1 ədəd) – 100 manat, 18. Taxt Alman dəst örtüyü – (1 ədəd) – 550 manat, 19. Balon yağ üçün 5 kq şirəli – (1 ədəd) – 25 manat, 20. Çaydan 5 kq – (1 ədəd) – 80 manat, 21. Qaşıq çömçə dəsti – (2 ədəd) – 120 manat, 22. Bıçaq dəsti keramik – (1 ədəd) – 50 manat, 23. Qaşıq dəsti çamadan – (1 ədəd) – 200 manat, 24. Alman qaşıq dəsti çamadan – (1 ədəd) – 200 manat, 25. Alman qaşıq dəsti nabor – (1 ədəd) – 650 manat, 26. Ləbləbi qabı – (1 ədəd) – 25 manat, 27. Balaca tava – (1 ədəd) – 20 manat,

28. Ütü – (1 ədəd) – 80 manat, 29. Ütü stolu – (1 ədəd) – 80 manat, 30. Ütü paltarı asan – (1 ədəd) – 45 manat, 31. Şipilka dəsti – (1 ədəd) – 10 manat, 32. Nabor salat doğruyan – (1 dəst) – 18 manat, 33. Nabor ləbləbi şüşə qabı - (1 ədəd) – 12 manat, 34. Şüşə qazan dəsti 3 dənəli - (1 ədəd) – 70 manat, 35. Armudu qalın stəkan – (6 ədəd) – 60 manat, 36. Armudu qalın stəkanın nəlbəki - (6 ədəd) – 50 manat, 37. Armudu nazik stəkan - (6 ədəd) – 30 manat, 38. Armudu nazik stəkanın nəlbəkisi - (6 ədəd) – 30 manat, 39. Çaşqa öz şəkli olan - (1 ədəd) – 15 manat, 40. Çaşqa şüşəli – (2 ədəd) – 6 manat, 41. Qalın böyük xrustal stəkan - (6 ədəd) – 40 manat, 42. Qalın böyük xrustal stəkanın nəlbəkisi - (6 ədəd) – 30 manat, 43. Mürəbbə qabı – (6 ədəd) – 20 manat, 44. Salat qabı - (2 ədəd) – 15 manat, 45. Meyvə qabı - (1 ədəd) – 25 manat, 46. Duz qabı - (6 ədəd) – 15 manat, 47. Kanfet qabı - (1 ədəd) – 10 manat, 48. Şirəli qazan dəsti - (5 ədəd) – 150 manat, 49. Fit çalan qazan - (1 ədəd) – 80 manat, 50. Ramka - (1 ədəd) – 20 manat, 51. Qazan keramik dəsti - (1 dəst) – 350 manat, 52. Padnos dəst – (3 ədəd) – 60 manat, 53. Ət maşını - (1 ədəd) – 150 manat, 54. Tort naboru - (1 dəst) – 30 manat, 55. Çaşqa çayniklə dəst - (1 ədəd) – 80 manat, 56. Pesok qabı - (1 ədəd) – 15 manat, 57. Çaynik göy - (1 ədəd) – 20 manat, 58. Göy salfetka qabı - (2 ədəd) – 15 manat, 59. Göy salat qabı - (6 ədəd) – 30 manat, 60. Çaşqa dəsti - (1 ədəd) – 25 manat, 61. Rumka nabor - (6 ədəd) – 15 manat,

62. Sok stəkan böyük - (6 ədəd) – 30 manat, 63. Sok stəkanı balaca - (6 ədəd) – 30 manat, 64. Külqabı - (4 ədəd) – 20 manat, 65. Qənd qabı ayaqlı – (2 ədəd) – 20 manat,

66. Çaşqa dəsti - (1 ədəd) – 15 manat, 67. Göy kanfet qabı - (1 ədəd) – 30 manat, 68. Mürəbbə qabı - (6 ədəd) – 25 manat, 69. Şirniyyat qabı böyük - (1 ədəd) – 25 manat, 70. Şirniyyat qabı balaca - (2 ədəd) – 20 manat, 71. Şirniyyat qabı böyük yumru - (1 ədəd) – 20 manat, 72. Dörd bucaqlı şirniyyat qabı - (2 ədəd) – 30 manat, 73. Tort naboru şüşə - (1 ədəd) – 30 manat, 74. Xalça şotkası - (1 ədəd) – 5 manat, 75. Zibil vedrəsi böyük - (1 ədəd) – 30 manat, 76. Zibil vedrəsi balaca - (1 ədəd) – 20 manat, 77. Paltar üçün setka - (1 ədəd) – 40 manat, 78. Yastıq çırpan – (1 ədəd) – 3 manat, 79. Milçək öldürən - (1 ədəd) – 3 manat, 80. Şirəli ləyən - (1 ədəd) – 3 manat, 81. Göy taxta - (1 dəst) – 20 manat, 82. Limon üçün balaca taxta - (2 ədəd) – 20 manat, 83. Plasmas ləyən - (5 ədəd) – 25 manat,

84. Dəmir aşsüzən - (2 ədəd) – 40 manat, 85. Plasmas ləyən - (5 ədəd) – 25 manat, 86. Çörək qabı - (1 ədəd) – 5 manat, 87. Plasmas vanna - (1 ədəd) – 20 manat, 88. Vedrə - (1 ədəd) – 15 manat, 89. Qulplu - (1 ədəd) – 5 manat, 90. Padnos dəmir balaca - (1 ədəd) – 10 manat, 91. Padnos dəmir böyük - (1 ədəd) – 10 manat, 92. Dəmir ələk - (1 ədəd) – 7 manat, 93. Qulplu dəmir ələk - (1 ədəd) – 10 manat, 94. Bıçaq böyük - (2 ədəd) – 12 manat, 95. Güllü bıçaq - (2 ədəd) – 10 manat, 96. Orta bıçaq - (6 ədəd) – 30 manat, 97. Pendir bıçağı - (6 ədəd) – 10 manat, 98. Qaşıq taxta nabor - (1 dəst) – 15 manat, 99. Tək böyük taxta qaşıq - (1 ədəd) – 10 manat, 100. Qazan altı - (2 ədəd) – 8 manat, 101. Kəfkir böyük - (1 ədəd) – 7 manat,102. Kəfkir orta - (1 ədəd) – 5 manat, 103. Kəfkir balav – (2 ədəd) – 10 manat, 104. Böyük qaşıq - (2 ədəd) – 10 manat, 105. Çöçə böyük - (1 ədəd) – 10 manat, 106. Çömçə balaca - (1 ədəd) – 8 manat, 107. Çömçə setkalı - (1 ədəd) – 6 manat, 108. Kartof əzən - (1 ədəd) – 5 manat, 109. Çay süzən böyük - (1 ədəd) – 5 manat, 110. Çay süzən balaca - (1 ədəd) – 5 manat, 111. Balıq qızardan - (1 ədəd) – 10 manat, 112. Kartof doğruyan - (1 ədəd) – 5 manat, 113. Sarımsaq əzən - (1 ədəd) – 5 manat, 114. Şirniyyat şotkası - (1 dəst) – 10 manat, 115. Kartof soyan - (1 ədəd) – 5 manat, 116. Nabor qab şotkası - (1 dəst) – 10 manat, 117. Qayçı - (2 ədəd) – 10 manat,

118. Yumurta çalan qaşıq - (1 ədəd) – 5 manat, 119. Qab şotkası qulplu - (1 ədəd) – 5 manat, 120. Qab setkası dəst – (1 ədəd) – 10 manat, 121. Tvorka - (2 ədəd) – 10 manat,

122. Qıf - (1 ədəd) – 5 manat, 123. Dəri - (1 ədəd) – 5 manat, 124. Şüşə ləbləbi qab - (1 ədəd) – 10 manat, 125. Mürəbbə qabı ayaqlı - (2 ədəd) – 10 manat, 126. Latte qalın bakal dəsti - (6 ədəd) – 40 manat, 127. İzmir qalın bakal dəsti - (6 ədəd) – 50 manat, 128. Nazik sok stəkanı - (6 ədəd) – 20 manat, 129. Süpürgə dəst - (1 ədəd) – 10 manat, 130. Serviz böyük fasforlu (çaynik abed kafenni) – 600 manat, 131. Armudu nişan üçün stəkan (nabor) - (1 ədəd) – 80 manat, 132. Tozsoran - (1 ədəd) – 150 manat, 133. Tok lazerni çaynik - (1 ədəd) – 40 manat, 134. Balaca kasa - (6 ədəd) – 10 manat, 135. Salat qabı - (1 ədəd) – 20 manat, 136. Ləbləbi taxta qab - (1 ədəd) – 45 manat, 137. Xrustal stəkan - (6 ədəd) – 120 manat, 138. Xrustal stəkanın nəlbəkisi - (6 ədəd) – 20 manat, 139. Nazik taxt örtüyü - (1 ədəd) – 100 manat, 140. Taxt, tumbuçkalar 2 ədəd, sandıqça, kamot, kamotun stulu, üzük paxlava güzgüsü, şifoner – 5800 manat, 141. Naçniklər - (2 ədəd) – 60 manat, 142. Televizor Samsung 120 kv - (1 ədəd) – 1200 manat, 143. Xaladelnik Samsung 2MX80 - (1 ədəd) – 1500 manat, 144. Paltaryuyan Samsung 7 kq - (1 ədəd) – 850 manat, 145. Pərdələr - (2 ədəd) – 1500 manat, 146. Lüstur - (1 ədəd) – 250 manat, 147. Yorğan - (3 ədəd) – 450 manat, 148. Döşək - (4 ədəd) – 400 manat, 149. Yastıq tük - (2 ədəd) – 80 manat, 150. Yastıq silikon - (1 ədəd) – 25 manat, 151. Yorğan silikon - (1 ədəd) – 30 manat, 152. Yastıq silikon - (2 ədəd) – 50 manat, 153. Xalça - (1 ədəd) – 350 manat, 154. Sumkalar – 10 ədəd, 155. Ayaqqabılar – 12 ədəd, 156. Şalvarlar, 157. Köynəklər (yay-qış)

158. Donlar (toy-gündəlik), 159. Corablar, 160. Çamadan – 1 ədəd, 161. Aksesuarlar balaca çamadanda və qutuda, 162. Saatlarım – 7 ədəd, 163. Makiyaj silən salfetka – 2 ədəd, 164. Kremlərim – 1 ədəd, 1 ədəd tonal krem, 165. Saç kremi – 1 ədəd, 166. Saç üçün ütü fen – 1 ədəd, 167. Rexonalar – 4 ədəd, 168. Mişkalar – 5 ədəd, 169. Kukla – 3 ədəd, 170. Taxt üçün Çexol prostina - (1 ədəd) – 25 manat, 171. Çaşka naboru çayniklə - (1 dəst) – 50 manat, 172. Silikon yorğan - (1 ədəd) – 40 manat, 175. Süfrə - (1 ədəd) – 35 manat, 176. Qolbaq özününkü 3,5 qr – (1 ədəd) – 450 manat, 177. Rəfiqələrinin aldığı üzük 2,8 qr – (1 ədəd) – 350 manat, 178. Həri üzük - (1 ədəd) – 250 manat, 179. Komplekt – 1100 manat, 180. Güzgü – 45 manat, 181. Lampa – 35 manat, 182. İynə sap - (2 ədəd) – 10 manat. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Ona xüsusi mülkiyyət hüququ ilə mənsub olan sadaladığı daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona verilməlidir.

İddia tələbinə etirazın dəliləri Bildirir ki, əvvəla o, cavabdehin cehiz əşyalarının və şəxsi əşyalarının ona qaytarılmasına heç bir zaman etiraz etməmişdir, mediasiyada da dəfələrlə bildirir ki, iddiaçının onların mənzildə qalan əşyalarını gəlib istədiyi vaxt apara bilər, lakin iddiaçı tərəf buna razı olmadı. Siyahıda göstərilən bəzi əşyalar istisna edilməklə iddiaçının qalan bütün əşyaları mənzildədir, istədiyi zaman gəlib apara bilər, buna görə məhkəmə mübahisəsi açmağa ehtiyac yoxdur. Siyahıda göstərilən 13-cü sıradakı 5 ədəd can məhrəbasından 1 ədədi yoxdur, iddiaçı onun mənzilində yaşayan zaman onu istifadə edərək eyvandan asmış, həmin gündə də külək onu aparmışdır. Siyahının 162-ci bəndində göstərilən 7 ədəd saatdan 3-nü iddiaçı özü ilə aparmış, qalan 4 ədədi mənzildədir. Siyahının 176 və 177-ci bəndlərində göstərilən qızıl-ziynət əşyalarını isə o, ümumiyyətlə, görməmiş və onda deyildir. Əgər həmin qızıl-ziynət əşyaları ondadırsa, iddiaçı buna dair sübutlarını təqdim etsin. Əgər o, qızıl-ziynət əşyalarını özündə saxlayan idisə, o zaman toy-nişan zaman hədiyyə etdiyi qızıl-ziynət əşyalarını da ona verməkdən imtina edərdi, lakin həmin qızıl-ziynət əşyalarını – qızıl dəsti də verməkdən imtina etmirlər, nə vaxt istəsə gəlib götürə bilər. Bir məsələni də məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı iddia əriəzəsindəki siyahıda qalan əşyaların qiymətlərini həqiqətdə olduğundan çox yüksək göstərmiş və həqiqətən də, əşyaların həmin dəyərdə olmasına dair heç bir sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində göstərilən tələblərinin onun qəbul etdiyi hissədə qeyri-səmimi olmasına dair aşağıdakı sübutları məhkəməyə təqdim edir. Siyahının 140-cı bəndində göstərilən yataq dəstinin qiymətini iddiaçı 5800 manat göstərmişdir. Həmin Delloro mağazasından 2040 manata alınmışdı, bunu etiraza əlavə etdiyi qaimənin əsli təsdiq edir. Siyahının 142-ci bəndində Samsunq televizorunun qiyməti 1200 manat göstərilib, halbuki həmin televizoru iddiaçının atası 655 manata almışdır, buna dair sənədi əlavə edir. Siyahının 143-cü bəndində göstərilən soyuducunun qiyməti 1500 manat göstərilib, lakin cehiz əşyası kimi gətirilən soyuducunu iddiaçının atası Elçin Quluyev 939 manat almışdır, buna dair sənədi əlavə edir. Siyahının 144-cü bəndində göstərilən paltaryuyan maşının qiyməti 850 manat göstərilmişdir, halbuki iddiaçının atası həmin paltaryuyan maşını 699 manat almışdır ki, buna dair sənədi də məhkəməyə təqdim edir. Göstərdiyi hər üç qiymət "xxxx" MMC-nin verdiyi sənəddə öz əksini tapmışdır. Əksini təsdiq edən kassa çeki, müqavilə və ya qaimə vardırsa, iddiaçı təqdim etsin. Göstərilənləri qeyd etməkdə məqsədi odur ki, iddiaçı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatı məhkəməyə təqdim edirsə, o zamanı sübutla təsdiq edilmədiyi halda onun digər bildirdiklərinə necə inanmaq olar? Hazırki iddiaçının iddia tələbində göstərilən əşyalar hamısı iddia ərizəsində göstərilən dəyərdə olmasalar da, mövcuddurlar (13-cü sıradakı 5 ədəd can məhrəbasından 1 ədədi istisna olmaqla, 162-ci bəndində 7 ədəd saatdan 3-ü istisna olunmaqla, siyahının 176 və 177-ci bəndlərində göstərilən qızıl-ziynət əşyaları istisna olunmaqla). Onun yaşadığı mənzildə qalmış əşyaların qaytarılmasına etiraz etmədiyi üçün onların mövcud olmadığı hal üçün qiymətinin müəyyən edilməsinə ehtiyac da yoxdur. Bir daha bildirir ki, siyahının 13-cü sıradakı 5 ədəd can məhrəbasından 1 ədədi istisna olmaqla, 162-ci bəndində göstərilən 7 ədəd saatdan 3-ü istisna olunmaqla, siyahının 176 və 177-ci bəndlərində göstərilən qızıl-ziynət əşyaları istisna olunmaqla qalan bütün əşyaları iddiaçı istənilən vaxt, elə bu gün gəlib apara bilər. Lakin 13-cü sıradakı 5 ədəd can məhrəbasından 1 ədədi, 162-ci bəndində göstərilən 7 ədəd saatdan 3-ü, siyahının 176 və 177-ci bəndlərində göstərilən qızıl-ziynət əşyaları onda yoxdur, o, onların onda olmasına dair iddiaçı tərəfindən sübut da təqdim edilməmişdir. Əksinə 140-cı bəndində göstərilən yataq dəstinin, 142-ci bəndində göstərilən Samsunq televizorunun, siyahının 143-cü bəndində göstərilən soyuducunun, siyahının 144-cü bəndinə göstərilən paltaryuyan maşının qiymətinin həqiqətdə olduğundan çox yüksək göstərməsi, onu təsdiq edir ki, iddiaçının iddiası həm qiymətlər hissəsində, həm də onun iddianı etiraf etmədiyi hissədə əsassızdır. Məhkəmədən iddianı siyahının 13-cü sıradakı 5 ədəd can məhrəbasından 1 ədədinin, 162-ci bəndində 7 ədəd saatdan 3-ü istisna olunmaqla, siyahının 176 və 177-ci bəndlərində göstərilən qızıl-ziynət əşyalarının və ya onların dəyərinin ondan alınaraq iddiaçıya qaytarılması hissəsində, habelə əşyaların dəyərinin göstərildiyi hissədə təmin edilməməsini xahiş etmişdir.

Tərəflərin izahatları İddiaçı Qasımova (Quluyeva) Quteyis Elçin qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O. Bildirdi ki, iddia tələbində 177-ci əşya kimi göstərilən rəfiqəsinin aldığı üzüyə görə CD diski, qolbaq isə iddiaçının xalası tərəfindən oğlan toyunda hədiyyə edildiyindən və oğlan toyunun görüntüləri onlarda olmadığından şahid kimi iddiaçının xalasını təqdim edir. Nişan üzüyü iddiaçıdadır. Evdən çıxanda həmin üzük əlində olmuşdur. İddaçının faktiki ayrıldıqdan sonra evə bir neçə dəfə girib-çıxması doğrudur. İddiaçı bilmiş ki, ona hədiyyə edilmiş əşyalar ona məxsusdur. Lakin düşünməmiş ki, evdən birdəfəlik çıxmışdır və bir daha o evə qayıtmayacaq. O, həmçinin bildirdi ki, iddiaçı heç bir təzyiq altında olmadan, münaqişəsiz evi tərk ermişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbinə yazılı etirazına uyğun izahat verərək iddianın qismən təmin edilməsini xahiş etdi. Onların özü tərəfindən alınmış qızıllar evdədir. Bundan başqa vəkil də demiş ki, iddiaçı gələndə nişan üzüyünü aparmış ki, barmağında üzük olduğunu görsünlər. Ümumiyyətlə, cavabdeh evdən dava-dalaşsız çıxmışdır. Onun evdən əşya götürməsinə heç bir maneə olmamışdır. Hətta faktiki ayrıldıqdan sonra iki dəfə evə girib-çıxmışdır. Həmçinin iddia tələblərində göstərilən qiymətlər şişirdilmiş qiymətlərdir. Siyahının 176 və 177-ci bəndlərində göstərilən qızılziynət əşyalarının mövcudluğundan cavabdeh ümumiyyətlə xəbərsizdir.

Şahid ifadəsi Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, Quteyisin xalasıdır. Toyları təxminən 3 il qabaq olmuşdur. Toy zamanı Quteyisə qızıl qolbaq hədiyyə etmişdir. Qolbağın çəkisi 3,5 qr. olmuş və 450 manata almışdır. Eyni zamanda rəfiqəsi də Quteyisə üzük hədiyyə etmişdir. Lakin həmin üzüyün çəkisini bilmir. Qızıl qolbağı oğlan toyunda hədiyyə etmişdir. Çünki qız toyunda imkanı olmamış və sonradan imkan tapıb hədiyyə edə bilmişdir.

İş materiallarına əlavə edilmiş: 2 saylı Bakı “Asan Xidmət” X6 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 377723 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 3055 nömrə ilə nikah qeyd edilmişdir. Nikah qeyd edildikdən sonra arvada Qasımova soyadı verilmişdir. CD diskdən görünür ki, Qasımova (Quluyeva) Quteyis Elçin qızına rəfiqəsi tərəfindən üzük bağışlanmışdır. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/6-4485 nömrəli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı «ailə mübahisəsi ilə bağlı cehiz və qızılzinyət əşyaları» tələbinə dair yaranmış ailə mübahisəsi üzrə xx.xx.2022-ci ildə, saat 14:30- 15:00-da keçirilən ilkin mediasiya sessiyasında tərəflər iştirak etmişdir. Lakin tərəflər aralarındakı mövcud mübahisə («ailə mübahisəsi ilə bağlı cehiz və qızıl-zinyət əşyaları» tələbinə dair) üzrə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər, yəni tam mediasiya sessiyasına keçid baş vermədi və barışıq sazişi əldə edilmədi. İlkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci X3 tərəfindən müvafiq hesaba ödəndi.

İşin faktiki halları İddiaçı cavabdehlə ailə qurub, cavabdehin yaşadığı mənzilə gəlin gələrkən cehiz əşyaları gətirmiş və ona qızıl-ziynət əşyaları hədiyyə verilmişdir. Lakin ailə münasibətləri pozulduqdan sonra cavabdeh cehiz əşyalarının və toy zamanı hədiyyə edilmiş iddiaçıya məxsus olan qızıl-ziynət əşyalarının cavabdehdən alınıb ona qaytarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə siyahının 13-cü sıradakı 5 ədəd can məhrəbasından 1 ədədini iddiaçının özünün həmin evdə yaşadığı dövrdə külək səbəbindən quruducu ipdən uçduğunu, 162-ci bəndində 7 ədəd saatdan yalnız 3-nün cavabdehdə olduğunu, digər 4 saatın evdə olmadığını və siyahının 176 və 177-ci bəndlərində göstərilən qızıl-ziynət əşyalarından ümumiyyətlə xəbərsiz olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Ailə Məcəlləsi 34.1-ci maddəsinə əsasən Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 329.2. əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 225.2. nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 329.3. şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 666.1. bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə, proses iştirakçılarının izahatını, şahid ifadəsini dinləyib, iddia ərizəsini, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən edir ki, cavabdeh etirazında və cavabdehin etibarnamə üzrə nümayəndəsinin (anası) məhkəmə iclası zamanı verdiyi izahatında da siyahının 13cü sıradakı 5 ədəd can məhrəbasından 1 ədədi, 162-ci bəndində göstərilən 7 ədəd saatdan 3-ü, siyahının 176 və 177-ci bəndlərində göstərilən qızıl-ziynət əşyaları istisna olunmaqla iddia tələbində göstərilən qalan bütün əşyaların cavabdehdə olduğunu etiraf edir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan cavabdeh tərəfindən siyahının 13-cü sıradakı 5 ədəd can məhrəbasından 1 ədədi, 162-ci bəndində göstərilən 7 ədəd saatdan 3-ü, siyahının 176 və 177-ci bəndlərində göstərilən qızıl-ziynət əşyaları istisna olunmaqla iddia tələbində göstərilən qalan bütün əşyaların onda olduğu etiraf olunduğundan iddiaçı faktı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bundan başqa məhkəmə cavabdehin etirazında qəbul etmədiyi iddia tələbinin “siyahının 13-cü sıradakı 5 ədəd can məhrəbasından 1 ədədi, 162-ci bəndində göstərilən 7 ədəd saatdan 3-ü” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh yazılı etirazında bildirmiş ki “...siyahıda göstərilən 13-cü sıradakı 5 ədəd can məhrəbasından 1 ədədi yoxdur, iddiaçı onun mənzilində yaşayan zaman onu istifadə edərək eyvandan asmış, həmin gündə də külək onu aparmışdır. Siyahının 162-ci bəndində göstərilən 7 ədəd saatdan 3-nü iddiaçı özü ilə aparmış, qalan 4 ədədi mənzildədir...”. Məhkəmə iclası zamanı cavabdeh tərəf iddiaçının cavabdehlə faktiki ayrıldıqdan sonra iddiaçının iki dəfə evə gəlib-getdiyini bildirmiş, cavabdeh tərəf isə bunu təkzib etməmişdir. Buradan da aydın olur ki, iddiaçının, həqiqətən də, cavabdehin bildirdiyi kimi 3 ədəd saatı götürməyə imkanı olmuşdur. İddiaçı tərəf isə göstərilən əşyaların cavabdehdə olduğunu sübuta yetirə biləcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə cavabdehin etirafına uyğun təmin edilməlidir. Həmçinin məhkəmə “siyahının 176 və 177-ci bəndlərində göstərilən qızıl-ziynət əşyaları” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi (anası) məhkəmə iclası zamanı verdiyi izahatında həmin əşyaların mövcudluğundan cavabdehin xəbəri olmadığını bildirmişdir. Siyahının 176 və 177-ci bəndlərində göstərilən qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə olaraq bağışlanması iş materialları ilə öz təsdiqini tapsa da, həmin əşyaların cavabdehdə olmasına dair məhkəməyə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə 5 ədəd Stəkan məhrəbası, 4 ədəd mətbəx məhrəbası, 4 ədəd stol silən məhrəba, 5 ədəd dəst aş süzən dəsmal, 1 ədəd klonka 2 metr haşiyəli 2 metr, 1 ədəd Lejla süfrə, 1 ədəd Kuş süfrə salfetkalı, 3 ədəd durul kulokda, 16 ədəd məhrəba əl-üz üçün, 1 ədəd tək adyal ağ tük, 6 ədəd flitta məhrəba naboru, 3 ədəd cəmil ipəkçi məhrəbaları, 4 ədəd can məhrəbası, 1 dəst ətxon çuxol prostin tək nəfərlik, 1 dəst Ramoze çuxol prostin tək nəfərlik, 2 dəst tac çuxol prostina cüt nəfərlik, 1 ədəd taxt adyalı ağ yun, 1 ədəd taxt Alman dəst örtüyü, 1 ədəd balon yağ üçün 5 kq şirəli, 1 ədəd çaydan 5 kq, 2 ədəd qaşıq çömçə dəsti, 1 ədəd bıçaq dəsti keramik, 1 ədəd qaşıq dəsti çamadan, 1 ədəd alman qaşıq dəsti çamadan, 1 ədəd alman qaşıq dəsti nabor, 1 ədəd ləbləbi qabı, 1 ədəd balaca tava, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd ütü paltarı asan, 1 ədəd şpilka dəsti, 1 dəst nabor salat doğruyan, 1 ədəd nabor ləbləbi şüşə qabı, 1 ədəd şüşə qazan dəsti 3 dənəli, 6 ədəd armudu qalın stəkan, 6 ədəd armudu qalın stəkanın nəlbəki, 6 ədəd armudu nazik stəkan, 6 ədəd armudu nazik stəkanın nəlbəkisi, 1 ədəd çaşka öz şəkli olan, 2 ədəd çaşqa şüşəli, 6 ədəd qalın böyük xrustal stəkan, 6 ədəd qalın böyük xrustal stəkanın nəlbəkisi, 6 ədəd mürəbbə qabı, 2 ədəd salat qabı, 1 ədəd meyvə qabı, 6 ədəd duz qabı, 1 ədəd konfet qabı, 5 ədəd şirəli qazan dəsti, 1 ədəd fit çalan qazan, 1 ədəd ramka, 1 dəst qazan keramik dəsti, 3 ədəd padnos dəst, 1 ədəd ət maşını, 1 dəst tort naboru, 1 ədəd çaşka çayniklə dəst, 1 ədəd pesok qabı, 1 ədəd çaynik göy, 2 ədəd göy salfetka qabı, 6 ədəd göy salat qabı, 1 ədəd çaşqa dəsti, 6 ədəd rumka nabor, 6 ədəd sok stəkan böyük, 6 ədəd sok stəkanı balaca, 4 ədəd külqabı, 2 ədəd qənd qabı ayaqlı, 1 ədəd çaşqa dəsti, 1 ədəd göy kanfet qabı, 6 ədəd mürəbbə qabı, 1 ədəd şirniyyat qabı böyük, 2 ədəd şirniyyat qabı balaca, 1 ədəd şirniyyat qabı böyük yumru, 2 ədəd dörd bucaqlı şirniyyat qabı, 1 ədəd tort naboru şüşə, 1 ədəd xalça şotkası, 1 ədəd zibil vedrəsi böyük, 1 ədəd zibil vedrəsi balaca, 1 ədəd paltar üçün setka, 1 ədəd yastıq çırpan, 1 ədəd milçək öldürən, 1 ədəd şirəli ləyən, 1 dəst göy taxta, 2 ədəd limon üçün balaca taxta, 5 ədəd plastmas ləyən, 2 ədəd dəmir aşsüzən, 5 ədəd plastmas ləyən, 1 ədəd çörək qabı, 1 ədəd plastmas vanna, 1 ədəd vedrə, 1 ədəd qulplu, 1 ədəd padnos dəmir balaca, 1 ədəd padnos dəmir böyük, 1 ədəd dəmir ələk, 1 ədəd qulplu dəmir ələk, 2 ədəd bıçaq böyük, 2 ədəd güllü bıçaq, 6 ədəd orta bıçaq, 6 ədəd pendir bıçağı, 1 dəst qaşıq taxta nabor, 1 ədəd tək böyük taxta qaşıq, 2 ədəd qazan altı, 1 ədəd kəfkir böyük, 1 ədəd kəfkir orta, 2 ədəd kəfkir balaca, 2 ədəd böyük qaşıq, 1 ədəd çömçə böyük, 1 ədəd çömçə balaca, 1 ədəd çömçə setkalı, 1 ədəd kartof əzən, 1 ədəd çay süzən böyük, 1 ədəd çay süzən balaca, 1 ədəd balıq qızardan, 1 ədəd kartof doğruyan, 1 ədəd sarımsaq əzən, 1 dəst şirniyyat şotkası, 1 ədəd kartof soyan, 1 dəst nabor qab şotkası, 2 ədəd qayçı, 1 ədəd yumurta çalan qaşıq, 1 ədəd qab şotkası qulplu, 1 ədəd qab setkası dəst, 2 ədəd tvorka, 1 ədəd qıf, 1 ədəd dəri, 1 ədəd şüşə ləbləbi qab, 2 ədəd mürəbbə qabı ayaqlı, 6 ədəd Latte qalın bakal dəsti, 6 ədəd İzmir qalın bakal dəsti, 6 ədəd nazik sok stəkanı, 1 ədəd süpürgə dəst, 1 ədəd serviz böyük fasforlu (çaynik abed kafenni), srmudu nişan üçün stəkan (nabor), 1 ədəd tozsoran, 1 ədəd tok lazerni çaynik, 6 ədəd balaca kasa, 1 ədəd salat qabı, 1 ədəd Ləbləbi taxta qab, 6 ədəd xrustal stəkan, 6 ədəd xrustal stəkanın nəlbəkisi, 1 ədəd nazik taxt örtüyü, taxt, tumbuçkalar - 2 ədəd, sandıqça, kamot, kamotun stulu, üzük paxlava güzgüsü, şifoner, naçniklər - 2 ədəd, 1 ədəd televizor Samsung 120 kv, 1 ədəd soyuducu Samsung 2MX80, 1 ədəd paltaryuyan Samsung 7 kq, pərdələr - 2 ədəd, 1 ədəd lüstur, 3 ədəd yorğan, 4 ədəd döşək, 2 ədəd yasdıq tük, 1 ədəd yastıq silikon, 1 ədəd yorğan silikon, 2 ədəd yastıq silikon, 1 ədəd xalça, sumkalar - 10 ədəd, ayaqqabılar - 12 ədəd, şalvarlar, köynəklər (yay-qış), donlar (toy-gündəlik), corablar, 1 ədəd çemodan, aksessuarlar balaca çemodanda və qutuda, saatlar - 4 ədəd, 2 ədəd makiyaj silən salfetka, kremlər - 1 ədəd, 1 ədəd tonal krem, 1 ədəd saç kremi, 1 ədəd saç üçün ütü fen, rexonalar – 4 ədəd, mişkalar – 5 ədəd, 3 ədəd kukla, 1 ədəd taxt üçün çexol prostina, 1 dəst çaşka naboru çayniklə, 1 ədəd silikon yorğan, 1 ədəd süfrə, 1 ədəd həri üzük, komplekt, güzgü, lampa, 2 ədəd iynə sap Cavabdeh alınaraq iddiaçı Qasımova (Quluyeva) Quteyis Elçin qızına verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 5 ədəd Stəkan məhrəbası, 4 ədəd mətbəx məhrəbası, 4 ədəd stol silən məhrəba, 5 ədəd dəst aş süzən dəsmal, 1 ədəd klonka 2 metr haşiyəli 2 metr, 1 ədəd Lejla süfrə, 1 ədəd Kuş süfrə salfetkalı, 3 ədəd durul kulokda, 16 ədəd məhrəba əl-üz üçün, 1 ədəd tək adyal ağ tük, 6 ədəd flitta məhrəba naboru, 3 ədəd cəmil ipəkçi məhrəbaları, 4 ədəd can məhrəbası, 1 dəst ətxon çuxol prostin tək nəfərlik, 1 dəst Ramoze çuxol prostin tək nəfərlik, 2 dəst tac çuxol prostina cüt nəfərlik, 1 ədəd taxt adyalı ağ yun, 1 ədəd taxt Alman dəst örtüyü, 1 ədəd balon yağ üçün 5 kq şirəli, 1 ədəd çaydan 5 kq, 2 ədəd qaşıq çömçə dəsti, 1 ədəd bıçaq dəsti keramik, 1 ədəd qaşıq dəsti çamadan, 1 ədəd alman qaşıq dəsti çamadan, 1 ədəd alman qaşıq dəsti nabor, 1 ədəd ləbləbi qabı, 1 ədəd balaca tava, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd ütü paltarı asan, 1 ədəd şpilka dəsti, 1 dəst nabor salat doğruyan, 1 ədəd nabor ləbləbi şüşə qabı, 1 ədəd şüşə qazan dəsti 3 dənəli, 6 ədəd armudu qalın stəkan, 6 ədəd armudu qalın stəkanın nəlbəki, 6 ədəd armudu nazik stəkan, 6 ədəd armudu nazik stəkanın nəlbəkisi, 1 ədəd çaşka öz şəkli olan, 2 ədəd çaşqa şüşəli, 6 ədəd qalın böyük xrustal stəkan, 6 ədəd qalın böyük xrustal stəkanın nəlbəkisi, 6 ədəd mürəbbə qabı, 2 ədəd salat qabı, 1 ədəd meyvə qabı, 6 ədəd duz qabı, 1 ədəd konfet qabı, 5 ədəd şirəli qazan dəsti, 1 ədəd fit çalan qazan, 1 ədəd ramka, 1 dəst qazan keramik dəsti, 3 ədəd padnos dəst, 1 ədəd ət maşını, 1 dəst tort naboru, 1 ədəd çaşka çayniklə dəst, 1 ədəd pesok qabı, 1 ədəd çaynik göy, 2 ədəd göy salfetka qabı, 6 ədəd göy salat qabı, 1 ədəd çaşqa dəsti, 6 ədəd rumka nabor, 6 ədəd sok stəkan böyük, 6 ədəd sok stəkanı balaca, 4 ədəd külqabı, 2 ədəd qənd qabı ayaqlı, 1 ədəd çaşqa dəsti, 1 ədəd göy kanfet qabı, 6 ədəd mürəbbə qabı, 1 ədəd şirniyyat qabı böyük, 2 ədəd şirniyyat qabı balaca, 1 ədəd şirniyyat qabı böyük yumru, 2 ədəd dörd bucaqlı şirniyyat qabı, 1 ədəd tort naboru şüşə, 1 ədəd xalça şotkası, 1 ədəd zibil vedrəsi böyük, 1 ədəd zibil vedrəsi balaca, 1 ədəd paltar üçün setka, 1 ədəd yastıq çırpan, 1 ədəd milçək öldürən, 1 ədəd şirəli ləyən, 1 dəst göy taxta, 2 ədəd limon üçün balaca taxta, 5 ədəd plastmas ləyən, 2 ədəd dəmir aşsüzən, 5 ədəd plastmas ləyən, 1 ədəd çörək qabı, 1 ədəd plastmas vanna, 1 ədəd vedrə, 1 ədəd qulplu, 1 ədəd padnos dəmir balaca, 1 ədəd padnos dəmir böyük, 1 ədəd dəmir ələk, 1 ədəd qulplu dəmir ələk, 2 ədəd bıçaq böyük, 2 ədəd güllü bıçaq, 6 ədəd orta bıçaq, 6 ədəd pendir bıçağı, 1 dəst qaşıq taxta nabor, 1 ədəd tək böyük taxta qaşıq, 2 ədəd qazan altı, 1 ədəd kəfkir böyük, 1 ədəd kəfkir orta, 2 ədəd kəfkir balaca, 2 ədəd böyük qaşıq, 1 ədəd çömçə böyük, 1 ədəd çömçə balaca, 1 ədəd çömçə setkalı, 1 ədəd kartof əzən, 1 ədəd çay süzən böyük, 1 ədəd çay süzən balaca, 1 ədəd balıq qızardan, 1 ədəd kartof doğruyan, 1 ədəd sarımsaq əzən, 1 dəst şirniyyat şotkası, 1 ədəd kartof soyan, 1 dəst nabor qab şotkası, 2 ədəd qayçı, 1 ədəd yumurta çalan qaşıq, 1 ədəd qab şotkası qulplu, 1 ədəd qab setkası dəst, 2 ədəd tvorka, 1 ədəd qıf, 1 ədəd dəri, 1 ədəd şüşə ləbləbi qab, 2 ədəd mürəbbə qabı ayaqlı, 6 ədəd Latte qalın bakal dəsti, 6 ədəd İzmir qalın bakal dəsti, 6 ədəd nazik sok stəkanı, 1 ədəd süpürgə dəst, 1 ədəd serviz böyük fasforlu (çaynik abed kafenni), srmudu nişan üçün stəkan (nabor), 1 ədəd tozsoran, 1 ədəd tok lazerni çaynik, 6 ədəd balaca kasa, 1 ədəd salat qabı, 1 ədəd Ləbləbi taxta qab, 6 ədəd xrustal stəkan, 6 ədəd xrustal stəkanın nəlbəkisi, 1 ədəd nazik taxt örtüyü, taxt, tumbuçkalar - 2 ədəd, sandıqça, kamot, kamotun stulu, üzük paxlava güzgüsü, şifoner, naçniklər - 2 ədəd, 1 ədəd televizor Samsung 120 kv, 1 ədəd soyuducu Samsung 2MX80, 1 ədəd paltaryuyan Samsung 7 kq, pərdələr - 2 ədəd, 1 ədəd lüstur, 3 ədəd yorğan, 4 ədəd döşək, 2 ədəd yasdıq tük, 1 ədəd yastıq silikon, 1 ədəd yorğan silikon, 2 ədəd yastıq silikon, 1 ədəd xalça, sumkalar - 10 ədəd, ayaqqabılar - 12 ədəd, şalvarlar, köynəklər (yayqış), donlar (toy-gündəlik), corablar, 1 ədəd çemodan, aksessuarlar balaca çemodanda və qutuda, saatlar - 4 ədəd, 2 ədəd makiyaj silən salfetka, kremlər - 1 ədəd, 1 ədəd tonal krem, 1 ədəd saç kremi, 1 ədəd saç üçün ütü fen, rexonalar – 4 ədəd, mişkalar – 5 ədəd, 3 ədəd kukla, 1 ədəd taxt üçün çexol prostina, 1 dəst çaşka naboru çayniklə, 1 ədəd silikon yorğan, 1 ədəd süfrə, 1 ədəd həri üzük, komplekt, güzgü, lampa, 2 ədəd iynə sap Cavabdeh alınaraq iddiaçı Qasımova (Quluyeva) Quteyis Elçin qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar