Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3769/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Yasamal rayon VVADQ şöbəsi tərəfindən *4 iyul 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 3*4508 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə Ərizəçi arasında *4 iyul 2007-ci ildə nikah bağlanmışdır.
2. *8.06.2024-cü il tarixində təqdim edilən ** nömrəli TTYS-nin 0*639 nömrəli xəbərdarlıq vərəqinə əsasən, X* *8.06.2024-cü il tarixdə “Həkimə qədər ölüm. Kişi cinsli meyit” qeydə alınmışdır.
3. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum 20.04.*944-cü il təvəllüdlü X2 *8 iyun 2024-cü il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsinin qəbirstanlığında dəfn edilmişdir.
4. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin 22 iyun 2024-cü il tarixli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür.
İşin faktiki halları
5. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X2 *8 iyun 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Suraxanı rayonu Hövsan qəsəbəsinin qəbirstanlığında dəfn edilmişdir. Sadəcə olaraq X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Ərizəçinin tələbi
6. Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20.04.*944-cü ildə doğulmuş əri X* *8.06.2024-cü ildə Bakı şəhərində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
7. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı Qeydiyyat şöbəsi ərizə ilə məhkəməmə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
8. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, ərizəçi mərhum Manafov Vaqif ilə 07.07.20*4cü ildə rəsmi nikaha daxil olaraq ailə qurub və birgə nikahlarından övladları yoxdur. Hazırda ərizəçi onkoloji xəstədir, bu səbəbdən məhkəmədə iştirak edə bilmir. Manafov Vaqif 80 yaşında idi və *8.06.2024-cü il tarixdə qəflətən vəziyyəti pisləşmiş, həmin an təcili yardım çağırmışlar, lakin təcili yardım gələnədək vəfat etmişdir, bu barədə də sənəd verilmişdir. Onu Hövsan kənd qəbirstanlığında dəfn ediblər. Ərizəçi sonradan poliklinikaya müraciət edib, lakin poliklinikadan heç vaxt müraciət edilmədiyi bildirilib. Suraxanı rayon qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə tələb edir, poliklinika isə mərhumun xəstəliyi olub-olmaması, daha əvvəl müraciət edib-etməməsini bilmədiyi üçün arayış verə bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid* izahat verərək bildirdi ki, o, İradə xanımın bacısıoğlunun dostudur, həm də iş yoldaşıdır. Vaqif kişi xəstə idi və yataqda yatırdı. Gediş-gəlişləri olduğu üçün ailəyə yaxın biri idi. Mərhumun dəfn mərasimində iştirak etməmişdir, lakin yas mərasimində iştirak etmişdir. *0. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 izahat verərək bildirdi ki, İradə xanım onun xalasıdır, mərhum isə xalasının əri idi. Qohumluq münasibətləri yaxşı olduğu üçün baş verən hadisələrdən məlumalıdır. Həm dəfndə, həm də yas mərasimində iştirak etmişdir.
Tətbiq edilən hüquq
**. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*4. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *5. Məhkəmə hesab edir ki, X* *8 iyun 2024-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun ərinin ölüm faktı müəyyən olunmalıdır.
Məhkəmə xərcləri
*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *7. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
*8. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X* *8 iyun 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. *9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. X* *8 iyun 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.