Məhkəmə qərarları › İş №2(010)-379/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-379/2021

07.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-379/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz istifadəsində olan 25210 (iyirmi beş min iki yüz on) manat dəyərində, nikah zamanı ona hədiyyə kimi verilmiş yuxarıda adı çəkilən cehiz əşyalarının və digər əmlakların, qızıl-zinət əşyaların naturada, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08 fevral 2013-cü ildə Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Qeyd etdiyi nikahın bağlanması haqqında akt qeydləri kitabında 126 ilə qeyd edilmişdir. Ailə qurduqdan sonra cavabdehin yaşadığı mənzilə gəlin köçərək orada yaşamağa başlamış və öz valideynləri tərəfindən ona məxsus bütün cehiz əşyaları, qızıl-zinət və digər şəxsi əmlakları birgə yaşadığı mənzillərə yerləşdirilmişdir. Ailə qurarkən məqsədi birgə yaşayıb, ümumi təsərrüfat aparmaqla bütün əmlaklarından birgə istifadə etmək idi. Yaşadığı mənzili tərk etmək məcburiyyətində qalmışdır. Buna səbəb isə cavabdehin ona qarşı daimi fiziki zorakılığı olmuşdur. Mənzili tərk edərkən nə öz şəxsi əmlaklarını, nə də ki, cavabdeh tərəfindən ona nikah zamanı hədiyyə edilmiş qızıl-zinət əşyalarını götürmək imkanı olmamışdır. Nəticə də bütün cehiz, şəxsi və qızıl-zinət əşyaları cavabdehin mənzilində qalmışdır və hal-hazırda da həmin mənzildədir. Bu səbəblərdən, 07 fevral 2020-ci il tarixdən uşaqı və bir neçə şəxsi paltarlarını götürüb, yaşadığı mənzili tərk etmiş və halhazırda atasına məxsus olan mənzildə yaşayır, cavabdehlə hər hansı bir nikah münasibətlərində deyildir. Hal-hazırda cavabdehlə onun bir ailə kimi bir yerdə yaşamağı, birgə təsərrüfat apararaq bir ailə olmağı qeyri-mümkündür. Onun ailə qurarkən valideynləri tərəfindən ona hədiyyə kimi verilmiş olan cehiz, qızıl-zinət və şəxsi əşyaları hazırda cavabdehin faktiki olaraq yaşadığı mənzildə qalmışdır. Bir neçə dəfə valideynləri tərəfindən cavabdehə müraciət olunub cehiz, qızıl-zinət və digər əmlakları tələb edilsə də, cavabdeh özünün qanunsuz istifadəsində olan onun əmlaklarını qaytarmaqdan qəti şəkildə imtina etmişdir. Onların cavabdeh ilə birgə nikah münasibətlərində qalmağı və birgə yaşayaraq təsərrüfat aparmaqları qeyri-mümkün olduğundan cavabdehdən ayrılmağa qərar vermişdir. Ona məxsus olan və toy zamanı Cavabdeh tərəfindən ona hədiyyə kimi verilmiş cehiz, qızıl zinət əşyaları və digər əmlakları bu günə kimi də cavabdehin yaşadığı həmin mənzildə olmaqla onun qanunsuz istifadəsindədir. Cavabdehdə olan ona məxsus cehiz əşyalarının, qızıl-zinət və digər əmlaklarının siyahısı budur: Mebel və yataq dəsti: Aylin beşik qızının — 280, divan kreslo —850,taxt çarpayı — 1000, şkaf —600, 2 tumba —150, komod və güzgü — 150, qapıdan girişdə şkaf —500, kolyaska-2 ədəd —320, velosiped —110, stul-6 ədəd —480, taxt matrası-1 ədəd —120, tək döşək-2 ədəd —140, taxt döşək-1 ədəd —130, taxt yorğan-1 ədəd —70, yorğan-2 ədəd —80, balış-6 ədəd —48, xalça-3 ədəd —700, palaz-1 ədəd —250, qalın taxt ədyal- 3 ədəd —280, qalın ədyal-2 ədəd —220, nazik ədyal-1 ədəd —30, pokrıval-1 ədəd - 100, yataq otağındakı pərdə —230, qonaq otağındakı pərdə —230, iki lustur —450, blender mikser —250, Vəndam kəndindəki mətbəx mebeli ağ qara rəngdə - 800, taxt pastel-6 ədəd —380, tək postel-6 ədəd —280, balaca xalça-2 ədəd —120, xəkəndazlı süpürgə, tük supurgə qarğı süpürgə —39, gül vedrələr —20, uzun balış-2 ədəd —20, qızının iki tək ədyalı və dəst ədyal- 1 ədəd —50, qızının stulu —25, qızının balışları —35, qızının yorğan döşəyi —50, qızının 3 dəsti posteli —50, ümumi 9637 manat dəyərində, elektrik əşyalar LG Televizor —800, su qızdırıcı ariston — 180, paltar yuyan maşın əlnən yuyan—220, ütü—150, tozsoran —220, printer —350, tokla işləyən sinvan —130, stol üstü kamputer Philip—1400, ümumi 3450 manat dəyərində, qab, qaşıq və mətbəx ləvazimatları qazan dəsti-2 ədəd —390, tava-2 dəst —250, balaca qazan-12 ədəd —200, fitrin qabları —390, gecə lampası —50, ədviyyat qabları —300, aş dörəsi-8 ədəd —120, boşqab, düz-dərinkasa-18 ədəd—180, planşet, qara telefon—300, ağ qara kasa-12 ədəd —180, divan-üstü ədyallar —60, soba —150, süfrələr və çay dəsmalları —150, hamam dəsmalları-12 ədəd —190, əl üz dəsmalı-12 ədəd — 190, bokal-24 ədəd —190, su stəkanı-20 ədəd —120, vaza-9 ədəd — 120, qrafinkalar dəsti iki dənə-12 ədəd —200, 5 ədəd çaynik ve 5 ədəd çaydan —150, Çaşka dəsti-10 ədəd—250, Ət çəkən maşın —150, sok çəkən maşın — 130, ağ rengli böyük güldan —80, xrustal bokallar, stekan ve nelbekiler —250, mikser — 200, cam soba qab-4 ədəd və cam qazan- 2 ədəd —250, Vaza-4 ədəd—200, istifadə edilməmiş dəsmallar və süfrələr —250, çaynı servis —280, yemək servisi —190, xörək qaşıqı-24 ədəd — 28, çay qaşığı-24 ədəd — 28, çəngəl-24 ədəd —28, aş qaşıqı-8 ədəd —39, düz boşqab-12 ədəd, dərin boşqab 12 ədəd, düz boşqab-12 ədəd —250, sok çəkən maşın-2 ədəd —450, çaşka dəsti-10 ədəd—250, ümumi dəyəri 7183 manat dəyərində, şəxsi əşyaları: sumkaları, qızının paltarları, ayaqqabı və kurtkaları, ayaqqabı və paltarları, çemodan qaşıq dəsti —300, mətbəxdə istifadə olunan plastik qablar-6 ədəd —50, qızının bantik qutusu —30, divan üstü döşəklər —50, oyuncaqlar və toplar —80, alma doğrayan dəsti —30, foto aparat —300, Sufiltr—1400, ağzı qapaqlı tort qabı-2 ədəd —60, ağzı qapaqlı şirniyyat qabı- 4 ədəd -100, şəkilli albom- 4 dənə —50, ümumi 2450 manat dəyərində, qızıl və gümüş zinyət əşyaları- qızının nazik sepi və klonu—240, qızıl sep-2 ədəd —800, qızıl üzük-2 ədəd —700, qızıl bilərzik-2ədəd —300, gümüş komplekt 1 ədəd- 300, qızının balaca qolbağı-150, ümumi dəyəri- 2490 manat məbləğində olan əmlaklarını qanunsuz ələ keçirib özündə saxlamaqla onun hesabına əsassız olaraq varlanmışdır. Cavabdehin qanunsuz istifadəsində olan 25210 (iyirmi beş min iki yüz on) manat dəyərində, nikah zamanı ona hədiyyə kimi verilmiş yuxarıda adı çəkilən cehiz əşyalarının və digər əmlakların, qızıl-zinət əşyaların naturada, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddianın həcminin azaldılmasına” dair ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ərizəsində göstərmişdir ki, hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra tərəfindən iddia ərizəsində göstərilən əmlakların və digər əşyaların bir qismi cavabdehin yaşadığı mənzilindən götürülmüşdür. Lakin həmin vaxt əşyaların bir qismi cavabdehin yaşadığı mənzilində aşkar edilməmişdir. Belə ki, qızıl-zinət əşyalarından başqa digər əşyalar cavabdehin Qəbələ rayonun Vəndam kəndində yerləşən yaşayış evində olduğundan götürülməsi mümkün olmamışdır. Cavabdeh həmin əşyaları onlara təqdim edəcəyini bildirsə də, bu günə qədər həmin əşyaları onlara təqdim etməmişdir. Bununla əlaqədar qeyd edir ki, qızının nazik sepi (4.11 qr) və klonu (1.92 qr)-240 (585 əyarda), qızıl sep – 2 ədəd (8.1 qr)-800 (585 əyarda), qızıl üzük-2 ədəd (9.1 qr)-700 (585 əyarda), qızıl bilərzik-2 ədəd (4.11 və 4.13 qr) – 300 (585 əyarda), gümüş komplekt-1 ədəd – 300 (925 əyarda), qızının balaca qolbağı-150 (1.5 qr), stul 2 ədəd- 160, tək döşək-2 ədəd-160, Vəndam kəndindəki mətbəx mebeli ağ qara rəngdə-800, su qızdırıcısı ariston-180, paltar yuyan maşın əlnən yuyan-220, toz soran-220, stol üstü kompüter Philips-1400, fırın qablar şüşədən-4300, foto aparatı-300, su filtri-1400 olan əmlaklar onlara qaytarılmamışdır. Digər əşyalar isə onlara qaytarılmışdır. Cavabdehin qanunsuz istifadəsində olan nikah zamanı ona hədiyyə kimi verilmiş aşağıda adı çəkilən cehiz əşyalarının və digər əmlakların, qızılzinət əşyalarının naturada, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatına əsasən, iddiaçı Cavabdeh ilə 08 fevral 2013-cü ildə Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Nikahın bağlanması haqqında akt qeydləri kitabında 126 ilə qeyd edilmişdir. Qeyd edir ki, iddiaçı ailə qurduqdan sonra cavabdehin yaşadığı mənzilə gəlin köçərək orada yaşamağa başlamış və öz valideynləri tərəfindən ona məxsus bütün cehiz əşyaları, qızıl-zinət və digər şəxsi əmlakları birgə yaşadıqları mənzilə yerləşdirilmişdir. Ailə qurarkən məqsədləri birgə yaşayıb, ümumi təsərrüfat aparmaqla bütün əmlaklardan birgə istifadə etmək idi. Qeyd edir ki, iddiaçı yaşadığı mənzili tərk etmək məcburiyyətində qalmışdır. Buna səbəb isə cavabdehin ona qarşı daimi fiziki zorakılığı olmuşdur. Mənzili tərk edərkən nə öz şəxsi əmlaklarını, nədə ki, cavabdeh tərəfindən ona nikah zamanı hədiyyə edilmiş qızıl zinət əşyalarını götürmək imkanı olmamışdır. Nəticədə bütün cehiz, şəxsi və qızıl zinət əşyaları cavabdehin mənzilində qalmışdır və hal hazırda da müəyyən qismi həmin mənzildədir. Bu səbəblərdən, 07 fevral 2020-ci il tarixdən iddiaçı uşağı və bir neçə şəxsi paltarlarını götürüb, yaşadığı mənzili tərk etmiş və hal hazırda atasına məxsus olan mənzildə yaşayır, cavabdehlə hər hansı bir nikah münasibətlərində deyil. Hal-hazırda cavabdehlə iddiaçının bir ailə kimi bir yerdə yaşamaqları, birgə təsərrüfat aparmaqları bir ailə olmaqları qeyri-mümkündür. İddiaçı ailə qurarkən valideynləri tərəfindən ona hədiyyə kimi verilmiş olan cehiz, qızıl-zinət və şəxsi əşyaları hazırda cavabdehin faktiki olaraq yaşadığı mənzildə qalmışdır. Bir neçə dəfə valideynləri tərəfindən cavabdehə müraciət olunub cehiz, qızıl-zinət və digər əmlakları tələb edilsə də, cavabdeh özünün qanunsuz istifadəsində olan iddiaçının əmlaklarını qaytarmaqdan qəti şəkildə imtina etmişdir. Onun cavabdeh ilə birgə nikah münasibətlərində qalmağı və birgə yaşayaraq təsərrüfat aparmağı qeyri-mümkün olduğundan cavabdehdən ayrılmağa qərar vermişdir. İddia ərizəsində qeyd olunan müəyyən əşyalar verilmiş, lakin iddia ərizəsinə dair dəqiqləşdirmə ərizəsində qeyd olunan əşyalar verilməmişdir. Hal-hazırda qızının nazik sepi (4.11 qr.) və klonu (1.92 qr.) – 240 (585 əyarda), qızıl sep 1 ədəd (585 əyar), qızıl bilərzik 1 ədəd (585 əyar), gümüş komplekt 1ədəd (925 əyar), qızının balaca qolbağı-150 (1.5 qr.), Stul-2 ədəd-160, Tək döşək-2 ədəd —160, Vəndam kəndində ki mətbəx mebeli ağ qara rəng — 800, Su qızdırıcı ariston — 180, Paltar yuyan maşın əlnən yuyan—220, toz soran ---220, Stol üstü kompyuter Philips —1400, fırın qablar şüşədən – 4-300, foto aparat – 300, su filtri – 1400 olan əşyaların təhvil verilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddia ərizəsində qeyd edilən əmlakların çox hissəsini iddiaçı artıq götürmüşdür. Hal-hazırki məhkəmə prosesində də akt tərtib olunaraq onda olan zinət əşyaları iddiaçıya geri qaytarıldı. Stol üstü kompyuter Philips, su filtri – həmin əşyalar birgə nikah dövründə əldə edilmiş və yaxud onun iş yerindən verilmiş, qızıl sep 1 ədəd, qızının nazik sepi və klonu, qızıl bilərzik 1 ədəd, gümüş komplekt 1ədəd isə – onda olmadığını və bu hissədə iddianı qəbul etmədiyini bildirmiş, iddiaçı tərəfin təqdim etdiyi qiymətləndirmə rəyində olan qızıl sep iddiaçıda heç bir vaxt mövcud olmamışdır və tərəf həmin sepin ona məxsusluğuna dair heç bir sübut təqdim etmədiyini məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatlarını, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu şəklində qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 fevral 2013-cü il tarixli AZ-T seriyalı 015541 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh və X5 08 fevral 2013-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 fevral 2013-cü il tarixdə 126 nömrə ilə qeyd edilmişdir. Ərə Niftalı soyadı, arvada Niftalı soyadı verilmişdir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən AZ-T seriyalı 009831 nömrəli, 11.06.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 08.04.2016-cı il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 11 iyun 2016-cı il tarixdə 373 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən, sədrlik edən proses iştirakçıları ilə birlikdə ünvan 1 ünvana yerli baxış keçirilmiş və baxış zamanı iddia tələbində qeyd olunan, lakin mövcud olmayan stul-6 ədəd - 480 kimi göstərilmiş, lakin faktiki sayı 4 ədəd olaraq, müəyyən edilmişdir, su qızdırıcı ariston — 180, paltar yuyan maşın əlnən yuyan—220, toz soran — 220, printer —350, stol üstü komputer philip—1400, cam soba qab-4 ədəd kimi göstərilmiş, lakin faktiki sayı 2 ədəd olaraq, müəyyən edilmişdir, cam qazan- 2 ədəd 250, vaza - 4 ədəd—200, qızının nazik sepi və klonu—240, qızıl üzük - 2 ədəd —700, qızıl bilərzik - 2ədəd —300, qızının balaca qolbağı-150, ümumi dəyəri 2490 manat olan əmlaklar qeyd olunmuşdur. İş materiallarında olan 07 may 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilə cavabdeh X7 arasında bağlanmış akta əsasən, məhkəmə iclasında Cavabdeh tərəfindən 1 ədəd qızıl sep (komplekt)-585, 1 ədəd qızıl bilərzik (komplekt)-585, qızıl üzük (komplekt)-585, qızıl sırğa (komplekt)-585 olan qızıl-zinət əşyaları təqdim olunmuşdur. İş materiallarında olan “X2” MMC-in Mülki Hüquq və Ekspertiza Xidməti tərəfindən verilmiş 04.05.2021-ci il tarixli 978/2021 saylı qızıl-zinət əşyalarının real bazar dəyərinin müəyyən edilməsinə dair rəyə əsasən, X3 qiymətləndirilməsinin tələb etdiyi qızıl-zinət əşyaları – tross sep 38 qram 583 əyyar qiyməti-3135 manat, sırğa, üzük, qolbaq və boyunbağından ibarət komplekt 26 qram 583 əyyar qiyməti 2145 manatdır. X3 qiymətləndirilməsinin tələb etdiyi qızıl əşyalarının ümumi bazar dəyəri 5280 (beş min iki yüz səksən) manat həddindədir. Qızıl-zinət əşyalarının dəyəri hesablanarkən 04.05.2021ci il tarixinə olan bazar qiymətləri əsas götürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnun müdafiə edilməsini dövlətin ali məqsədlərindən biri hesab edərək, onun effektiv həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azəbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Eləcə də, Mülki Məcəllənin 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə qeyd edir ki, ilk olaraq iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının öz əmlakının qanunsuz və faktiki sahibliyində saxlayan cavabdehə yönəlmiş natura şəklində əmlakının geri qaytarılması müqavilədənkənar tələbi təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir: 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. İlk növbədə qeyd edilməlidir ki, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində göstərilmiş bəzi cehiz əşyalarının, o cümələdən stul 2 ədəd, tək döşək, Vəndam kəndindəki mətbəx mebeli ağ qara rəngdə, su qızdırıcı Ariston markalı, paltaryuyan maşın əllə yuyan, tozsoran, fırın qablar şüşədən, fotoaparatın mövcudluğu və onların iddiaçıya məxsus olması hər iki tərəfin, o cümlədən İddiaçı etiabarnamə üzrə nümayəndəsi və vəkili X1 və Cavabdeh izahatlarında, və onları izahatlarını təsvir edən məhkəmə iclas protokollarında, işin mübahisəsiz hallarına aid olunmalıdır. Vindikasiya iddiasının ikinci və üçüncü komponentlərlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə 08 fevral 2013-cü ildə Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Ailə qurduqdan sonra cavabdehin yaşadığı mənzilə gəlin köçərək orada yaşamağa başlamış və öz valideynləri tərəfindən ona məxsus bütün cehiz əşyaları, qızılzinət və digər şəxsi əmlakları birgə yaşadığı mənzillərə yerləşdirilmişdir. Yaşadığı mənzili tərk etmək, cavabdehin kobud rəftarı səbəbindən məcburiyyətində qalmışdır. 07 fevral 2020-ci il tarixdən uşaqı və bir neçə şəxsi paltarlarını götürüb, yaşadığı mənzili tərk etmiş və hal hazırda atasına məxsus olan mənzildə yaşayır, Mənzili tərk edərkən öz şəxsi əmlaklarını, nə də ki, cavabdeh tərəfindən ona nikah zamanı hədiyyə edilmiş qızıl-zinət əşyalarını götürmək imkanı olmamışdır. Nəticə də bütün cehiz, şəxsi və qızıl zinət əşyaları cavabdehin mənzilində qalmışdır və hal-hazırda da həmin mənzildədir. İş materiallarına əlavə edilmiş 07 may 2021-ci il tarixli məhkəmə iclasınını protokolundan görünür ki, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində iddia etdiyi qızıl-zinyət əşyalarının bir qismi, o cümlədən 1 ədəd qızıl sep (komplekt)-585, 1 ədəd qızıl bilərzik (komplekt)-585, qızıl üzük (komplekt)-585, qızıl sırğa (komplekt)-585 olan qızıl-zinət əşyaları məhkəmə iclasında Cavabdeh tərəfindən təqdim olunmuş və İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən qəbul edilmiş, bu barədə məhkəmə iclasında təhvil-təslim aktı tərtib edilmişdir. İddiaçı iddia ərizəsində və iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində iddia etdiyi qızının nazik sepi (4.11 qr) və klonu (1.92 qr)-240 (585 əyarda), qızıl sep – 1 ədəd (585 əyarda), qızıl bilərzik-2 ədəd (4.11 və 4.13 qr) – 300 (585 əyarda), gümüş komplekt-1 ədəd – 300 (925 əyarda), qızının balaca qolbağı-150 (1.5 qr) kimi digər qızıl-zinyət əşyalarının mövcudluğuna dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut, fotoşəkil və ya videogörüntü təqdim edilməmiş, cavabdeh tərəfindən də mövcudluğu təsdiq olunmamışdır. Həmçinin qeyd etdiyi stol üstü kompüter Philipsin mövcudluğuna dair hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda iddia ərizəsində və iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində idddia olunan su filtrin mövcudluğu cavabdeh tərəfindən təsdiq olunsa da, öz etirazında onun alınmasını birgə nikah dövrünə aid edir, iddiaçı həmin su filtrin cehiz əşyalarına aid olunması barədə hər hansı sübut təqdim etmir. Yuxarıda göstərilənlər məhkəməyə belə nəticəyə gəlmək imkan verir ki, vindikasiya iddiasının 2-ci və 3-cü komponentləri hazırki işdə mövcuddur və işin halları ilə təsdiq olunur. Beləliklə, hər iki tərəfin izahatları ilə təsdiq olunur ki, mübahisə predmeti olan iddia ərizəsində göstərilən, cehiz əşyaları mövcuddur və iddiaçıya məxsus olmuş, faktiki sahibliyində idi. İddiaçı cavabdehin evini tərk edəndə, bunun daimi əsaslarla tərk etməsini, birdə qayıtmamasını və gələcəkdə cavabdehlə boşanmasını planlaşdırmamış, özü ilə mübahisə predmeti olan cehiz əşyaları götürməmiş, cavabdehdən tələb etmişdir. Cavabdeh tərəfindən isə həmin əşyalar qaytarılmamışdır. İddiaçı həmin əşyalara dair mülkiyyət hüququndan məhrum olunmuşdur. Cavabdeh tələb edilmiş mövcudluğu müəyyən edilmiş cehiz əşyalarının qaytarılmasına etiraz etmir. İddia olunan qızıl-zinyət əşyalarının bir qismi məhkəmə iclasında qaytarılmışdır. Digər qızıl-zinyət əşyalarının və cehiz əşyalarının mövcudluğu sübuta yetirilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mövcudluğu müəyyən edilmiş cehiz əşyaları cavabdehə qaytarılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Russiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, noversiya prosedurları çərçivəsində süburlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “ əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Yuxarıda qeyd olunan qanun normalarının, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı məxsus olan stul 2 ədəd, tək döşək-2 ədəd, Vəndam kəndindəki mətbəx mebeli ağ qara rəngdə, su qızdırıcısı Ariston, paltar yuyan maşın əllə yuyan, toz soran, fırın qablar şüşədən, foto aparatı olan əşyalar Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır.İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan stul 2 ədəd, tək döşək-2 ədəd, Vəndam kəndindəki mətbəx mebeli ağ qara rəngdə, su qızdırıcısı Ariston, paltar yuyan maşın əllə yuyan, toz soran, fırın qablar şüşədən, foto aparatı kimi əşyalar Cavabdeh alınaraq iddiaçı İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh tutularaq İddiaçı Habil qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar