Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-379/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “sökülmüş əmlakın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və sökülmüş ünvan 1 ünvanında yerləşən mənzillərin Cavabdeh MTK tərəfindən tikilərək ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddianı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzillər 25 fevral 2000-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında ona məxsusdur. İddiaçı tərəf olaraq onunla Cavabdeh MTK arasında 21 may 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1 -ci maddəsinə əsasən Cavabdeh MTK Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən 14 aprel 2017-ci il tarixli 157 nömrəli sərəncamı əsasında və tapşırığı ilə əlaqədar olaraq, ünvan 1 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. Mülkiyyətçi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.5 kv.m, İddiaçı məxsus 2 və 14 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədilə Cavabdeh MTK -ya təhvil verir. Cavabdeh MTK isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən (83 kv.m. az olmayaraq) az olmamaq şərtilə təmirsiz qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən qeyri-yaşayış sahəsi 18-24 aya təhvil verilməlidir. Eyni zamanda müqavilənin 4.5-ci bəndinə əsasən Cəmiyyət binanı tikib təhvil verməzsə mülkiyyətçinin mənzillərini tikib təhvil verir (təmirli həm daxili, həm də fasadı; Mənzilin tikintisi üçün lazım olan dövlət orqanlarından bütün icazə və rüsumlar Cəmiyyət tərəfindən çəkilməlidir). Cavabdeh 2017-ci ildən bu günədək həmin ərazidə heç bir tikinti işləri aparmamış və sökülən ərazidə heç bir dəyişiklik edilməmişdir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, cavabdeh iddiaçı ilə bağladığı müqavilənin 3-cü və 4- cü maddəsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh MTK arasında mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh MTK Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən 14 aprel 2017-ci il tarixli 157 nömrəli sərəncamı əsasında və tapşırığı ilə əlaqədar olaraq, ünvan 1 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. İddiaçı mülkiyyətində olan iki mənzil pilot layihə çərçivəsində 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən sökülmüşdür. Cavabdeh MTK isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən (83 kv.m.) az olmamaq şərtilə təmirsiz qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verməli idi. Söküntü başlandıqdan sonra iddiaçıya 2020-ci il tarixinə kimi Cavabdeh MTK tərəfindən, aylıq 500 manat məbləğində kirayə haqqı ödənilmiş, 2020-ci ildən sonra isə heç bir pul vəsaiti ödənilməmişdir. Cavabdeh 2017-ci ildən bu günədək həmin ərazidə heç bir tikinti işləri aparmamışdır. Bununla bağlı, Cavabdeh MTK -ya müraciət edilsə də, onun rəhbərliyini tapmaq mümkün olmamışdır. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İddiaçının mülkiyyət hüquqları pozulduğundan ona məxsus olan və sökülmüş ünvan 1 ünvanında yerləşən mənzillərin Cavabdeh MTK tərəfindən tikilərək ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh “BUTA QROUP“ MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün sayır.
İş materialları.
6. İddiaçı tərəfindən “BUTA QROUP“ MMC-yə ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşmiş, onun - İddiaçı mülkiyyətində olan daşınmaz əmlaklar 15 avqust 2017-ci il tarixli, “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqaviləyə əsasən Cavabdeh MMC-nin (VÖEN: **********) səlahiyyətinə verilmişdir. Qanunsuz və özbaşına hərəkətlər nəticəsində ona bir mülkiyyətçi kimi böyük məbləğdə maddi və mənəvi zərər dəymişdir. Həmçinin aylıq ödənişin belə vaxtlı vaxtına edilməməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3540/2023 qətnaməsindən irəli gələn öhdəliklər də bu günədək icra edilməmişdir. Vurulmuş zərər və əmlakının əvvəlki vəziyyətinə qaytarılması barədə, bir sözlə maddi və mənəvi zərər tələbi ilə bağlı iddia irəli sürür. Göstərilənləri nəzərə almağı və müqavilə öhdəliklərini yerinə yetirməyi tələb edir.Əgər tədbir görülməsə və ən geci 10 iş günü ərzində məktubun sonunda göstərilən əlaqə vasitələrinin biri ilə əlaqə saxlamağı tələb edir. Geri dönüş olmazsa məcburiyyət qarşısında müqavilənin 7-ci bəndində də göstərildiyi kimi mövcud qanunvericiliyə uyğun hərəkət edəcəkdir.
7. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 029897 saylı Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, R.Behbudov küçəsi, 77 saylı evin 23,5 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 2 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 761 №-li Reyestr kitabında 114267-ci səhifədə 30/3798 saylı qeydəalmada xx.xx.2000-ci il tarixdə qeydiyyat aparılmışdır.
8. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 028507 saylı Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 77 saylı evin 37 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 saylı mənzili İddiaçı adına bir y/otaq, X2 adına iki y/otaq xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 235 №-li Reyestr kitabında 34493-ci səhifədə 30/3838 saylı qeydəalmada xx.xx.2000-ci il tarixdə qeydiyyat aparılmışdır.
9. Mənzilə dair hüquqların ötürülməsi, Mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında xx.xx.2017-ci il tarixli Müqavilənin surətindən müəyyən olunur ki, bu müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən Azərbaycan Respublikasının Qanunvericiliyə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən, Buta qurup Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əsgərov Rəşad digər tərəfdən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan, ASAN 1 tərəfindən xx.xx.2015-ci il tarixində verilmiş seriya AZE № 13583247 olan şəxsiyyət vəsiqəsinin sahibi, vətəndaş İddiaçı (bundan sonra “Mülkiyyətçi” adlandırılacaq), aşağıdakı şərtlərlə bağlanmışdır. Bu müqaviləyə əsasən “Cəmiyyət”, Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyətinin Başçısı tərəfindən 14 aprel 2017-ci il tarixli 157 nömrəli sərəncamı əsasında və tapşırığı ilə əlaqədar olaraq ünvan 4 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. ’’Mülkiyyətçi” mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60.5 kv.metr, İddiaçı məxsus olan 2 və 14 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə “Cəmiyyətə”-ə təhvil verir. "Cəmiyyət" isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən (83 kv.m. az olmayaraq) az olmamaq şərti ilə təmirsiz qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”-yə təhvil verir. 10.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 5 ünvanının kimin mülkiyyətində olması ilə bağlı müvafiq məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. ünvan 5 ünvanı xx.xx.2000-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 11.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 77, 14 saylı mənzilin məxsus olması barədə məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 77, 14 saylı mənzilin 1 otağı İddiaçı adına qeydiyyatdan keçmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 77, 2 saylı mənzilə dair qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlər barədə məlumat və sənəd surətinin təqdim edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 77, 2 saylı mənzil Bakı şəhəri 21 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 3-M-A-571 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.
13. xx.xx.1999-cı il tarixli Müqavilənin surətindən müəyyən olunur ki, X3, Bakı şəhəri, R.Behbudov küç, ev 77, mənzil 2-də yaşayış sahəsi 23.5 kv.m olan iki otaqdan ibarət yaşayış evini(mənzilini) İddiaçı satmışdır. Satıcı (X3), alıcıdan (İddiaçı) 24000000 manat almışdır.
14. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov 77, 2 saylı mənzilin sahibi X1r.
15. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov 77, 14 saylı mənzilin sahibi X1r.
16. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-3540/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, cavabdeh “BUTA QROUP“ MMC-dan İddiaçı xeyrinə 15 000 manat və eləcə də ödənilmiş dövlət rüsumuna görə 135 manat olmaqla, cəmi 15135 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir.
17. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 nömrəli sərəncamından müəyyən olunur ki, 1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, ünvan 6 ünvanda yaşayış binasına dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/882 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş, 1.1 "BUTA QROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2017-ci il tarixli 05/06 saylı müraciətini, 17 may 2007-ci il tarixli, ******* saylı və xx.xx.2017-ci il tarixli 2 saylı torpağın alqı-satqı müqavilələrini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 1207 saylı sərəncamı ilə “Atrabank" X5 Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-ci məhəllədə bank binası, yaşayış evi layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin istifadə edilməmiş 0,107 ha hissəsi yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə (icarə əsasında) "BUTA QROUP“ MMC-nin istifadəsinə verilmişdir.
18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 77, 14 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı 1 yaşayış otağı və X4 2 otaq məxsusdur.
İşin faktiki halları.
19. 25 fevral 2000-ci il tarixli qeydiyyat vəsiqələrinə əsasən Bakı şəhəri, R.Behbudov küçəsi, 77 saylı evin 23,5 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 2 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 77 saylı evin 37 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 saylı mənzilindən bir y/otağı İddiaçı adına qeydiyyatdan keçmişdir. 20.Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, ünvan 6 ünvanda yaşayış binasına dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/882 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş, 1.1 "BUTA QROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2017-ci il tarixli 05/06 saylı müraciətini, 17 may 2007-ci il tarixli, ******* saylı və xx.xx.2017-ci il tarixli 2 saylı torpağın alqı-satqı müqavilələrini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 1207 saylı sərəncamı ilə “Atrabank" X5 Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-ci məhəllədə bank binası, yaşayış evi layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin istifadə edilməmiş 0,107 ha hissəsi yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə (icarə əsasında) "BUTA QROUP“ MMC-nin istifadəsinə verilmişdir.
21. İddiaçı ilə “BUTA QROUP“ MMC arasında mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və bu müqaviləyə əsasən “Cəmiyyət”, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən 14 aprel 2017-ci il tarixli 157 nömrəli sərəncamı əsasında və tapşırığı ilə əlaqədar olaraq ünvan 4 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. ’’Mülkiyyətçi” mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60.5 kv.metr, İddiaçı məxsus olan 2 və 14 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə “Cəmiyyətə”-ə təhvil verir. "Cəmiyyət" isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən (83 kv.m. az olmayaraq) az olmamaq şərti ilə təmirsiz qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”-yə təhvil verir.
Tətbiq edilən hüquq.
22. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.
25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənziltikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
28. İşin faktiki hallarından görünür ki, 25 fevral 2000-ci il tarixli qeydiyyat vəsiqələrinə əsasən Bakı şəhəri, R.Behbudov küçəsi, 77 saylı evin 23,5 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı 2 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 77 saylı evin 37 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 saylı mənzilindən bir y/otağı İddiaçı adına dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
29. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, ünvan 6 ünvanda yaşayış binasına dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/882 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş, "BUTA QROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2017-ci il tarixli 05/06 saylı müraciətini, 17 may 2007-ci il tarixli, ******* saylı və xx.xx.2017-ci il tarixli 2 saylı torpağın alqı-satqı müqavilələrini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 1207 saylı sərəncamı ilə “Atrabank" X5 Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-ci məhəllədə bank binası, yaşayış evi layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin istifadə edilməmiş 0,107 ha hissəsi yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə (icarə əsasında) "BUTA QROUP“ MMC-nin istifadəsinə verilmişdir.
30. İddiaçı ilə “BUTA QROUP“ MMC arasında mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və bu müqaviləyə əsasən “Cəmiyyət”, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən 14 aprel 2017-ci il tarixli 157 nömrəli sərəncamı əsasında və tapşırığı ilə əlaqədar olaraq ünvan 4 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. ’’Mülkiyyətçi” mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60.5 kv.metr, İddiaçı məxsus olan 2 və 14 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə “Cəmiyyətə”-ə təhvil verir. "Cəmiyyət" isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən (83 kv.m. az olmayaraq) az olmamaq şərti ilə təmirsiz qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”-yə təhvil verir.
31. İşin faktiki halı kimi “BUTA QROUP“ MMC Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən 14 aprel 2017-ci il tarixli 157 nömrəli sərəncamı və tapşırığı əsasında ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus olan və istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü aparmışdır. Həmin torpaq sahəsinin istifadə edilməmiş 0,107 ha hissəsi yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə (icarə əsasında) "BUTA QROUP“ MMC-nin istifadəsinə verilmişdir. Lakin bu sahədə yeni yaşayış kompleksinin tikintisinin aparılması nəzərdə tutulsa da, həmin tikinti aparılmamışdır. Nəticədə cavabdeh tərəfindən iddiaçı ilə bağlamış olduğu müqavilə üzrə qeyri-yaşayış sahəsinin mülkiyyətçiyə təhvil verilməsi barədə öhdəlik yerinə yetirilməmiş, iddiaçı özünün mülkiyyətində olmuş tikilinin yenidən bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir.
32. Məhkəmə hesab edir ki, binanın sökülməsi onun istismar müddətinin ötürülməsi ilə bağlı olsa da, sökülmüş binanın yerində yeni yaşayış kompleksinin tikilməməsinin səbəbləri məhkəməyə bəlli deyildir. 33.Həmin məsələnin araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə sərəncamın icrasına nəzarət olunması ilə bağlı olaraq sorğu verilmiş, lakin həmin sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli 226 saylı Fərmanı ilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən və həmin Fərmana əsasən Tikintiyə icazə verilməsi səlahiyyəti müvafiq qurumda olduğundan aidiyyəti üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məsələyə dair münasibət bildirilməmişdir.
34. Məhkəmə qeyd edir ki, iddiaçı hər iki sökülmüş mənzilin mülkiyyətçisidir və cavabdeh “BUTA QROUP“ MMC ünvan 4 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikilməsi və verilən mənzilin ümumi sahəsindən (83 kv.m. az olmayaraq) az olmamaq şərti ilə təmirsiz qeyriyaşayış sahəsini “Mülkiyyətçi”-yə təhvil verməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuş və iddiaçıya maddi zərər dəymişdir.
35. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlər xarakterinə görə podrat müqaviləsindən irəli gələn münasibətlərə uyğun gəlir. Belə ki, cavabdeh podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı halda isə iddiaçı pul vəsaitinin əvəzinə öz mülkiyyətində olan daşınmaz əmlakları cavabdehə təhvil vermiş, cavabdeh isə təhvil verilən mənzilin ümumi sahəsindən az olmamaq şərti ilə təmirsiz qeyri-yaşayış sahəsinin mülkiyyətçiyə təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüşdür.
36. Məhkəmə qeyd edir ki, iddiaçı sökülmüş daşınmaz əmlaka münasibətdə mülkiyyət hüquqlarına malik olsa da, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına malik olmamışdır. Torpaq sahəsi yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə (icarə əsasında) "BUTA QROUP“ MMC-nin istifadəsinə verilmişdir. Cavabdeh “BUTA QROUP“ MMC tərəfindən ünvan 4 ünvanında nəzərdə tutulan yeni yaşayış kompleksinin tikilməsi həyata keçirilmədiyindən iddiaçının qeyri-yaşayış sahəsi ilə təmin olunması da mümkün olmamışdır.
37. Beləliklə məhkəmə hesab edir ki, ünvan 4 ünvanında əvvəllər mövcud olmuş mənzillərin cavabdeh tərəfindən tikilərək iddiaçıya təhvil verilməsi qeyri-mümkündür. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə mənzillərin sökülməsi məqsədilə cavabdehə təhvil verilməsi, həmin ünvanda yeni yaşayış kompleksinin tikilməsi və tikiləcək yeni yaşayış kompleksində iddiaçının təmirsiz qeyri-yaşayış sahəsi ilə təmin olunması razılaşdırılmışdır. Həmin ərazidə yerləşən torpaq sahəsinin istifadə edilməmiş 0,107 ha hissəsi yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə (icarə əsasında) "BUTA QROUP“ MMC-nin istifadəsinə verilsə də, hal-hazırda yeni yaşayış kompleksi tikilməmiş və cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
38. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olmuş əmlakın sökülməsi nəticəsində o maddi zərərə uğrasa da, maddi zərəri deyil, başqasının icarəsinə verilmiş torpaq sahəsində özünün əvvəllər mülkiyyətində olmuş daşınmaz əmlakın yenidən bərpa olunmasını tələb edir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzillərin “BUTA QROUP“ MMC tərəfindən tikilərək ona təhvil verilməsi öhdəliyinin “BUTA QROUP“ MMC-nın üzərinə qoyulması tələbi təmin oluna bilməz və iddiaçı mövcud olmuş mülkiyyətə münasibətdə cavabdehdən daşınmaz əmlakın dəyərini və ona vurulmuş zərəri tələb edə bilər.
Məhkəmə xərcləri.
39. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
40. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “sökülmüş əmlakın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır.
41. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. 42.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “sökülmüş əmlakın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova