Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3801/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu 01.09.1993-cü tarixdə Zəngilan rayonunda doğulan X2 10.09.1993-cü il tarixdə Zəngilan rayonunda ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi və qətnamənin icrasını Zəngilan rayonu X1 Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, X4 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş və bu nikahdan 3 uşağı doğulmuşdur. Uşaqlarından 01,09.1993-cü tarixdə doğulan X5 doğulduqdan sonra cəmi 10 gün yaşamış və 10.09.1993- cü il tarixdə Zəngilan rayonunda rəhmətə getmişdir. Uşaq rəhmətə getdiyi üçün özü və ailə üzvləri çox pis olduğu üçün ona hər hansı nə doğum nə də ölüm haqqında şəhadətnamə götürə bilməmişdir. Məlum hadisələrlə bağlı isə Zəngilan rayonu erməni işğalçıları tərəfindən işğal olunduğu üçün onların bəzi sənədləri işğal zonasında qalmışdır, o cümlədən də rəhmətə gedən uşağa xəstəxana tərəfindən verilən doğumunu təsdiq edən həkim arayışı da işğal zonsında qalmışdır. Uşaq rəhmətə getdikdən sonra onu Zəngilan rayonunda yerləşən qəbiristanlığında dəfn etmişlər. Son vaxtlar isə o, evlə bağlı sənədləşmə aparmaq istədikdə ona bildirilmişdir ki, onun digər övladının adı sistemdə çıxır, o bildirdikdə ki, həmin uşaq doğulandan sonra rəhmətə gedib, ondan ölüm haqqında şəhədatnamə istənilmişdir. Özü isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Suraxanı Qeydiyyat şöbəsinə müraciət etsə də onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və ona bildirmişlər ki, 01.09.1993-cü tarixdə doğulan X2 nə doğumu barədə, nə də ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi ilə bacıdır. Həmdə Ərizəçi ilə Mincivanda qonşu olmuşdur. Bacısının oradakı xəstəxanada bir oğlu anadan olmuşdur. Uşaq xəstə və zəif doğulmuşdu. Həkimlər də sağ qalacağına ümid vermirdilər. Uşaq doğulduğu vaxtdan 10 gün sonra öldü. Uşağın adı Orxan idi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, Ərizəçi qardaşıdır. Bacısının 1993-cü ildə bir oğlu anadan olmuşdur, uşaq doğulandan anormal idi. Uşaq Dəmiryol xəstəxanasında doğulmuşdur. Doğulandan 10 gün sonra uşaq evdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Kirov rayon VVAQ şöbəsi tərəfindən 22.06.1985-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə Ərizəçi arasında nikah 22.06.1985-ci il tarixdə bağlanmışdır. Kirov rayon VVAQ şöbəsi tərəfindən 12.10.1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 12.09.1985-ci ildə anadan olmuş, valideynləri X4 və Ərizəçidır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 10.08.2021-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”ni nəzərdən keçirərkən 01.09 1993-cü il tarixdə doğulmuş X2 ölümü haqqında hər hansı məlumat aşkar etməmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsinin 07.07.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş 498 saylı 02.11.1993 il tarixli doğum haqqında akt qeydindən müəyyən olunur ki, X5 01.09.1993-cü ildə doğulmuş, valideynləri X4 və Ərizəçidır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 01.09.1993cü ildə oğlu anadan olmuşdur. 01.09.1993-cü il təvəllüdlü X5 10.09.1993-cü il tarixdə vəfat etmişdir. Ərizəçi oğlunun ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oğlu barədə heç bir sənəd təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə oğlunun ölümü barədə şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 01.09.1993-cü il təvəllüdlü X2 10.09.1993-cü il tarixdə Zəngilan rayonunda ölməsi faktı müəyyən edilməli və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.09.1993-cü il təvəllüdlü X2 10.09.1993-cü il tarixdə Zəngilan rayonunda ölməsi faktı müəyyən edilsin və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılsın. Ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3801/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3801/2021
16.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver