Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3801/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Qasımov Anar Adil oğlunun sədrliyi, X*0 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "ölüm faktının müəyyən olunması" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X2 2*.*2.202*-ci ildə vəfat etməsi faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X7 2*.*2.202*-ci ildə vəfat etmişdir. Lakin qardaşı evdə rəhmətə getdiyi üçün ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. İndi vərəsəliklə bağlı Notariat Ofisinə müraciət etmişdir və ondan anasının ölüm haqqında şəhadətnaməsi tələb edilir. O, cavabdehə müraciət etmiş, lakin cavabdeh ona 05/*5-558 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə imtina vermiş və ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. O, indi bu sənədi başqa cür əldə edə bilmir və odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi onun qonşusudur, X7 onun qardaşı olmuşdur, və o, 202*-ci ilin dekabr ayında vəfat etmişdir. O, Aidənin qonşusu kimi X2 dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X6 şahid X* ifadəsində qeyd olunmuş xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin 22 iyun 2022-ci il tarixli, 75 №-li arayışından görünür ki, X7 2*.*2.202*-ci il tarixdə ölmüş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X*3 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, X2 yaxınları 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına gec müraciət etdiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X7 2* may *962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli arayışından görünür ki, X5 barəsində Bakı şəhəri, Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 2* may *962-ci ildə Bakı şəhərində anadan olmuş X2 2* dekabr 202*-ci ildə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 2* may *962-ci ildə Bakı şəhərində anadan olmuş X2 2* dekabr 202*-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-3801/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3801/2022
24.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver