Məhkəmə qərarları › İş №2(010)-3806/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3806/2024

16.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3806/2024 16.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçilər Ərizəçi iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 4 saylı Bakı «Asan Xidmət» X6) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 4 saylı Bakı «Asan Xidmət» X6) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 05.05.*956-cı ildə Bakı şəhərində anadan olmuş mərhum-X2 *4.06.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və bu barədə müvafiq ölüm haqqında şəhadətnamənin AR ƏN-nin 4 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırmışdır ki, “Həyat yoldaşım-X7 *4.06.2024-cü il tarixdə faktiki yaşadığı ünvan 1 ünvanda yerləşən evdə vəfat etmişdir. Bu fakt BŞT və TTYS-nin ** saylı bölməsinin təcili yardım briqadasının təqdim etdiyi *4.06.2024-cü il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə təsdiqlənir. Bildirirəm ki, X3 aramızda olan nikah münasibətləri 07.03.*98*-ci ildə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş və bu barədə İİ-JQ seriyalı 3994*8 saylı 07.03.*98*-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamə təqdim edilmişdir. Məlumat üçün qeyd edim ki, həyat yoldaşım-X7 *4.06.2024-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən qəbristanlığında dəfn olunmuş və bu fakt Bakı şəhəri, Suraxanı rayonu, X5 təqdim etdiyi *79 saylı 2*.06.2024-cü il tarixli arayışla təsdiqlənir. Hazırda vərəsəlik və digər mülki hüquqların həyata keçirilməsi ilə bağlı həyat yoldaşım-X2 ölüm faktının qeyd edilməsi zəruridir. Buna görə də, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ Suraxanı Sağlamlıq Mərkəzinə ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi barədə müvafiq sorğu ilə müraciət edilmiş, həmin mərkəz 96 saylı *0.07.2024-cü il tarixli məktubla xahişimizi təmin etməmişdir. Mərhum-A.D.Popovun ölümü barədə müvafiq şəhadətnamənin təqdim edilməsi üçün AR ƏN-nin 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etdim və həmin şöbə 3-*6-5/8-*5-694/24 saylı *0.07.2024-cü il tarixli məktubu ilə xahişimi təmin etmədi. Bildirirəm ki, həyat yoldaşım-Popov Aleksandr Dmitriyeviçin ölümünün qeydə alınması barədə şəhadətnaməni başqa qavdada ala bilmir və onun əldə edilməsi başqa qaydada qeyri-mümkündür”

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri 4 saylı Bakı «Asan Xidmət» X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Şahid ifadələri.

5. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X8 bildirmişdir ki, Ərizəçi onun anasıdır, mərhum X7 isə onun atası idi. Mərhum atası *4.06.2024-cü ildə Bakı şəhərində yaşadığı evdə qəflətən rəhmətə gedib. Belə ki, atasının ciddi xəstəliyi olmamış, yalnız az hərəkətlilik səbəbindən çəki almağa başlamışdır. Onun ölüm səbəbini həkimlər də müəyyən edə bilməmişlər. Atası Suraxanı qəbirstnalığında dəfn olunub.

İş materialları.

6. Bakı şəhəri 4 saylı Bakı «Asan Xidmət» X6 tərəfindən verilmiş *0.07.2024-cü il tarixli, 3-*6-5/8-*5-694/24 nömrəli məktubdan görünür ki, X2 ölüm faktını təsdiq edən sənəd olunmadığından ölümünün qeydə alınması mümkün olmamışdır.

7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*2 “Bakı Baş Səhiyyə Mərkəzi” X*2 Suraxanı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş *0.07.2024-cü il tarixli, 96 nömrəli məktubdan görünür ki, X7 üçün ölüm haqqında şəhadətnamə FORMA *06 həmin şəxsin 2008-ci ildən sonra müəssisəmizə müraciət etməməsi ilə əlaqədar tərtib edilməmişdir.

8. Bakı şəhəri, X** tərəfindən verilmiş 2*.06.2024-cü il tarixli *79 nömrəli məktubdan görünür ki, Ərizəçi həyat yoldaşı X7 *4.06.2024-cü il tarixdə və fat etmiş və Bakı şəhəri, Yeni Suraxanı qəbiristanlığında dəfn edilmişdir.

9. Təcili və X9 Stansiyası Ölüm haqqında Xəbərdarlı vərəqəsindən görünür ki, X7 həkimə qədər kişi cinsli meyid aşkar edilmişdir.

İşin faktiki halları.

*0. 05.05.*956-cı il təvəllüdlü X7 Ərizəçi həyat yoldaşı olmuşdur. X7 *4.06.2024-cü ildə vəfat etmiş, lakin onun ölümü barədə məlumat rəsmi olaraq qeydə alınmamışdır.

Tətbiq edilən hüquq.

**. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

*2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*3. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

*4. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən yoldaşı X2 *4.06.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 *4.06.2024-cü il tarixdə qəflətən vəfat etmiş, lakin onun ölümü barədə məlumat dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən ərizəçi ailə üzvü olmuş X2 ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *6. Məhkəmə iclasında şahid qismində ifadə vermiş ərizəçinin qızı ərizədə qeyd edilənləri təsdiq etmişdir. *7. Göründüyü kimi, X2 *4.06.2024-cü il tarixdə Bakı şəhərində şəhərində ölməsi faktı iş materialları və şahid ifadəsi ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

*8. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 *4.06.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. *9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 05.05.*956-cı il təvəllüdlü X2 *4.06.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar