Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3830/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi
1. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01335 nömrəli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01335 nömrəli barışıq sazişi imzalanmışdır. Sazişdə nəzərdə tutulan müddətin keçməsinə baxmayaraq maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etmir. Hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir.
Tərəflərin izahatları
3. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
4. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. Birinci tərəf (Ərizəçi) ikinci tərəf Maraqlı şəxs ona - Birinci tərəfə 4800 (dörd min səkkiz yüz) AZN borcu olduğunu etiraf etdiyini və bu borc məbləğinin İkinci tərəf Maraqlı şəxs tərəfindən Sazişdə göstərilən cədvəl üzrə vaxtında və tam həcmində nağdsız qaydada ona Birinci Tərəfin bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf Maraqlı şəxs etiraf edir ki, Birinci tərəf Ərizəçi 4800 AZN məbləğində borcu qəbul etmişdir. Bu borc məbləğini etiraf edir və Sazişdə göstərilən cədvəl üzrə vaxtında və tam həcmində nağdsız qaydada Birinci Tərəfin bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür.
İşin faktiki halları
6. İşin halları ondan ibarətdir ki, tərəflər arasında mediasiya prosesi nəticəsində yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01335 nömrəli barışıq sazişi imzalanmışdır. Ərizəçinin tələbini əsaslandırması ondan ibarətdir ki, barışıq sazişində nəzərdə tutulan müddət keçsə də, lakin maraqlı şəxs həmin sazişi icra etmir və bu səbəbdən saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Maraqlı şəxsin ərizəyə münasibətinin öyrənilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
8. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Məhkəmənin mövqeyi
9. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
10. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından aydın olur ki, hazırda maraqlı şəxs barışıq sazişi şərtlərini yerinə yetirmir.
11. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə qeyd olunan məsələ barədə barışıq sazişi imzalamışlar. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin təsdiq edilməsi qanuni və əsaslıdır.
Məhkəmə xərcləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. Ərizə təmin edildiyindən, iş üzrə 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, məhkəmə iş materiallarına nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Barışıq Sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: Birinci tərəf (Ərizəçi) ikinci tərəf Maraqlı şəxs ona - Birinci tərəfə 4800 (dörd min səkkiz yüz) AZN borcu olduğunu etiraf etdiyini və bu borc məbləğinin İkinci tərəf Maraqlı şəxs tərəfindən ona Sazişdə göstərilən cədvəl üzrə vaxtında və tam həcmində nağdsız qaydada ona Birinci Tərəfin bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf Maraqlı şəxs etiraf edir ki, Birinci tərəf Ərizəçi 4800 AZN məbləğində borcu qəbul etmişdir. Bu borc məbləğini etiraf edir və Sazişdə göstərilən cədvəl üzrə vaxtında və tam həcmində nağdsız qaydada Birinci Tərəfin bank kartı hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov