Məhkəmə qərarları › İş №2(010)-384/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-384/2021

17.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-384/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri, cavabdehin mülkiyyətində olan Quba rayonu Zizik kəndində yerləşən 0,12 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin birgə mülkiyyət hesab edilməklə bölünməsi və həmin torpaq sahələrinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması, "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli ********* saylı payçı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi 2-ci bina, 11-ci mərtəbə, 82 saylı, 3 otaqlı mənzilə görə ödənilmiş 36903 manat pulun 1/2 hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri, cavabdehin mülkiyyətində olan Quba rayonu Zizik kəndində yerləşən 0,12 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin birgə mülkiyyət hesab edilməklə bölünməsi və həmin torpaq sahələrinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması, "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli ********* saylı payçı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi 2-ci bina, 11-ci mərtəbə, 82 saylı, 3 otaqlı mənzilə görə ödənilmiş 14815 manat pulun 1/2 hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh 25 aprel 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahları Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(010)-4504/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Onlar birgə nikahda olduqları dövrdə "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2017ci il tarixli ********* saylı payçı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi 2-ci bina, 11-ci mərtəbə, 82 saylı, 3 otaqlı mənzili müqaviləyə uyğun olaraq mənzilin ümumi qiymətinin - 127845 manatın 11,59 faizi məbləğində - 14815 manat ilkin ödəniş etməklə almışlar. 29 noyabr 2017-ci il tarixindən nikahlarının pozulduğu günədək, hər ay 1004 manat olmaqla, 22 ay ərzində 22088 manat, ümumilikdə 36903 manat pulu Benəlxalq Banka ödəmişlər. Xəzər İnşaat XXİ Əsr MTK-dan alınan ev ipotekalı olduğu üçün çıxarışı yoxdur, lakin müqavilə mövcuddur. Həmçinin, borc tamamilə ödənilməyib, müqavilənin müddəti 17 illikdir və onlar hər ay 1004 manat ödəniş edirlər. Tərəflər həmin evdə 2 il yaşayıblar. Bundan başqa Quba rayonu, Zizik kəndində yerləşən 0.12 ha torpaq sahəsini 4 iyun 2013-cü il tarixli, AN-1№ ******* saylı alqı-satqı müqaviləsi ilə X1 almışlar. Həmin torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətindədir. Quba rayonu, Zizik kəndində yerləşən 0,10 ha torpaq sahəsini 24 aprel 2014-cü il tarixli, AN-1 № ******* saylı alqı-satqı müqaviləsi ilə X2 almışlar. Həmin torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışa əsasən cavabdehin mülkiyyətindədir. Birgə nikah müddətində əldə etdikləri əmlaklar iddiaçı ilə cavabdehin birgə gəlirləri hesabına və əvəzli əldə edilmişdir. Onlar birgə nikah dövründə əldə olunan həmin əmlakların aralarında bölünməsi barədə razılığa gələ bilmirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 25.04.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 576758 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 25.04.2010-cu il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010-cu ilin 04-cü ayının 25-ci günündə 560 nömrə ilə qeyd edilmişdir. DTXK-nin Quba rayon torpaq şöbəsi tərəfindən verilmiş 12.05.2006-cı il tarixli JN- 546F KOD 30304028 saylı Şəhadətnaməyə əsasən Quba rayonu Zizik kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi X3 məxsusdur. X5 ilə Cavabdeh arasında bağlanmış 04.06.2013-cü il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X5 ona məxsus Quba rayonu Zizik kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsini Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu Zizik kəndində yerləşən 0,118 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 02.08.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. DTXK-nin Quba rayon torpaq şöbəsi tərəfindən verilmiş 12.05.2006-cı il tarixli JN- 059F KOD 30304028 saylı Şəhadətnaməyə əsasən Quba rayonu Zizik kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi X4 məxsusdur. X6 adından X5 ilə Cavabdeh arasında bağlanmış 24.04.2014-cü il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X6 ona məxsus Quba rayonu Zizik kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsini Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu Zizik kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 16.10.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 19.12.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 334726 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın pozulması bağlanması haqqında akt qeydləri kitabında 2019-cu ilin 10-cu ayının 29-cu günündə 408 nömrə ilə qeyd edilmişdir. 21.09.2020-ci və 30.09.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li “Çıxarış”a əsasən Quba rayonu, Zizik kəndində yerləşən 0,118 (0,12) ha həyətyanı torpaq sahəsi və RX seriyalı ******* nömrəli “Çıxarış”a əsasən Quba rayonu, Zizik kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi İddiaçı ilə Cavabdeh birgə nikah dövründə birgə gəlirləri hesabına əldə olunmuşdur və qanunvericiliyin qeyd olunan tələblərinə görə onların ümumi birgə mülkiyyətidir. İddia tələbinin həmin hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li “Çıxarış”a əsasən Quba rayonu, Zizik kəndində yerləşən 0,118 (0,12) ha həyətyanı torpaq sahəsi və RX seriyalı ******* nömrəli “Çıxarış”a əsasən Quba rayonu, Zizik kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları əmlak hesab edilərək İddiaçı və Cavabdeh arasında bölünməli və Quba rayonu, Zizik kəndində yerləşən 0,118 (0,12) ha və 0,10 ha həyətyanı torpaq sahələrinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüquqları tanınmalıdır. İddiaçı, həmçinin, "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli ********* saylı payçı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi 2-ci bina, 11-ci mərtəbə, 82 saylı, 3 otaqlı mənzilə görə ödənilmiş 14815 manat pulun 1/2 hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli ********* saylı payçı müqaviləsi əsasında Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi 2-ci bina, 11ci mərtəbə, 82 saylı, 3 otaqlı mənzili müqaviləyə uyğun olaraq mənzilin ümumi qiymətinin - 127845 manatın 11,59 faizi məbləğində - 14815 manat ilkin ödəniş etməklə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İddia tələbinin həmin hissəsinə münasibət bildirərək məhkəmə belə hesab edir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli ********* saylı payçı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, 2-ci bina, 11-ci mərtəbə, 82 saylı, 3 otaqlı mənzilə görə ilkin ödənilmiş 14.815 manatın 1/2 hissəsi – 7407,50 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li “Çıxarış”a əsasən Quba rayonu, Zizik kəndində yerləşən 0,118 (0,12) ha həyətyanı torpaq sahəsi və RX seriyalı ******* nömrəli “Çıxarış”a əsasən Quba rayonu, Zizik kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları əmlak hesab edilərək İddiaçı və Cavabdeh arasında bölünməli və Quba rayonu, Zizik kəndində yerləşən 0,118 (0,12) ha və 0,10 ha həyətyanı torpaq sahələrinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüquqları tanınmalı, Xəzər İnşaat XXİ Əsr” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli ********* saylı payçı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, 2ci bina, 11-ci mərtəbə, 82 saylı, 3 otaqlı mənzilə görə ilkin ödənilmiş 14.815 manatın 1/2 hissəsi – 7407,50 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li “Çıxarış”a əsasən Quba rayonu, Zizik kəndində yerləşən 0,118 (0,12) ha həyətyanı torpaq sahəsi və RX seriyalı ******* nömrəli “Çıxarış”a əsasən Quba rayonu, Zizik kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları əmlak hesab edilərək İddiaçı və Cavabdeh arasında bölünsün və Quba rayonu, Zizik kəndində yerləşən 0,118 (0,12) ha və 0,10 ha həyətyanı torpaq sahələrinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüquqları tanınsın. "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli ********* saylı payçı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, 2-ci bina, 11-ci mərtəbə, 82 saylı, 3 otaqlı mənzilə görə ilkin ödənilmiş 14.815 (on dörd min səkkiz yüz on beş) manatın 1/2 hissəsi – 7407,50 (yeddi min dörd yüz yeddi manat əlli qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar