Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3840/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X5 *4.06.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “X3 23.08.*945-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında yaşayırdı. X3 *4.06.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. BŞT təcili yardım stansiyasının ** saylı bölməsinin *4.06.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X5 yanına gəlmə zamanı “həkimə qədər ölüm, qadın cinsi meyit” müəyyən edimişdir. Lakin başım işlərə qarışdığından anamın adına ölüm haqqında şəhadətnamənin alınması üçün zamanında müraciət edə bilməmişəm. Bununla bağlı Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etsəm də, tibb müəssisəsinin müvafiq sənədi olmadığından, müraciətim təmin olunmamışdır”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X* onun anası olmuş, anası rəhmətə gedənə qədər birlikdə yaşamışlar. Anası “alzheimer” xəstəliyindən müalicə almışdır. Rəhmətə getməmişdən bir il yarım əvvəldən yataq xəstəsi olmuşdur. Bu ilin may ayının *9-da birinci dəfə komaya düşmüşdür. Həmin vaxt X*8 çağırmiş, həkim anasının komada olduğunu bildirmişdir. Bundan iki gün sonra anası komadan ayılmış, 27 gün yaşayandan sonra, iyun ayının *4-də gecə saat 2-nin yarısı vəfat etmişdir. Həmin tarixdə X*8 Stansiyasının həkimləri gəlmiş, anasının öldüyünü bildirərək, xəbərdarlıq vərəqəsində “həkimə qədər ölüm” qeydini etmişlər. Anasının adına ölüm haqqında şəhadətnamə almaq üçün poliklinikaya getmiş, lakin anasının xəstəlik tarixçəsi olmadığından onun adına ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Anasının adına ölüm haqqında şahədətnamənin alınması sənədləşmə işlərinin aparılması üçün zəruridir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
İş materialları.
5. Bakı şəhəri Şaumyan (Xətai) rayon VVAQ tərəfindən 0*.02.*968-ci il tarixdə verilmiş AZ *453483 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X8, anası X7) xx.xx.*968-ci il tarixində Bakı şəhəri Şaumyan (Xətai) rayonunda doğulmuş, bu barədə 0*.02.*968-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır.
6. Bakı şəhər İcra Hakimiyyəti MKT Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş *3.09.2023-cü il tarixli, 70 nömrəli arayışdan görünür ki, X7 *4.06.2023cü il tarixdə Xətai rayonu, Keşlə qəbiristanlığında dəfn olunmuş və onun dəfn xərclərini mərhumun oğlu Ərizəçi çəkmişdir.
7. Təcili və X6 Stansiyası ** saylı Bölmə tərəfindən verilmiş *4.06.2023-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X*8 briqadası *4.06.2023-ci il tarixdə, saat 02:*2-də çağırış üzrə ünvana çatmış, xəstə X5 həkimə qədər öldüyü müəyyən edilmişdir.
8. “Bakı Baş Səhiyyə Mərkəzi” X*9 30 nömrəli ambulatoriya tərəfindən verilmiş *8.07.2023-cü il tarixli, 7* nömrəli arayışdan görünür ki, 23.08.*945-ci il təvəllüdlü xəstənin tibbi kartasından çıxarışdan görünür ki, *0.06.*936-cı il təvəllüdlü X5 30 nömrəli ambulatoriyada ambulator kartasının olmaması və mərhumun qeydiyyatda olduğu ünvanda yox, digər ünvanda vəfat etməsi səbəbindən mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir.
9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 2*.06.2023-cü il tarixli, 3-*6-5/7-7*8/2023 nömrəli məktubdan görünür ki, X5 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir.
Şahid ifadələri.
*0. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*0 bildirdi ki, Ərizəçi onun xalası oğludur. X* isə onun xalası olmuşdur. X*5 2023-cü ilin iyun ayında rəhmətə getmişdir. Artıq 3-4 il olardı ki, onun yaddaşı ilə bağlı problemləri olmuşdur. Hətta elə olmuşdur ki, onu belə tanımamışdır. Xalası, oğlu şəhid olduğu üçün dərd çəkmiş, elə fikirdən də bu xəstəliyə tutulmuşdur. Axırıcı dəfə xalasına baş çəkməyə gedəndən 3 gün sonra xalası oğlu İsmayıl ona zəng edərək, anasının rəhmətə getdiyini xəbər vermişdir. Mərhum xalasını Keşlə qəbiristanlığında dəfn etmişlər. **. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 bildirdi ki, Ərizəçi onun qonşusudur. Validə Kərimova isə ərizəçinin anası olmuş və qonşuluqda yaşamışlar. Validə xalanın bir müddətdir yataq xəstəsi olduğundan xəbəri olmuşdur. Onun rəhmətə getməsini isə səhəri gün işə gedəndə bilmişdir. Belə ki, iyun ayının *4-ü səhər evdən çıxanda qonşunun qapısının açıq olduğunu görmüş, nə baş verdiyi ilə maraqlandıqda Validə xalanın rəhmətə getdiyini öyrənmişdir. Mərhumun yas və dəfn mərasimlərində iştirak etmişdir. Mərhum Keşlə qəbiristanlığında dəfn edilmişdir.
İşin faktiki halları.
*2. Ərizəçi anası X5 *4.06.2023-cü il tarixdə Bakı şəhərinə ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Onun ölümündən sonra ünvana çağırış üzrə gedən X*8 stansiyası əməkdaşları tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Buna baxmayaraq, ərizəçinin anasının ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə anasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişdir.
Tətbiq edilən hüquq.
*3. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, anasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*6. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədə anası X5 *4.06.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi anasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və X6 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun həmin tarixdə qəbiristanlıqda dəfn edilməsinə dair müvafiq arayış kimi sübutlarla da təsdiq edilmişdir. *9. Göründüyü kimi, ərizəçinin anası X5 *4.06.2023-cü tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5 *4.06.2023-cü tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. 2*. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X5 *4.06.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva