Məhkəmə qərarları › İş №2(010)-3854/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3854/2021

06.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3854/2021 06.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı ölüm qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 06 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəçinin anası olmuş X1 21.05.2021-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 16.04.1937-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş X2 ərizəçinin anasıdır. Anası ölən günə qədər ərizəçi ilə birlikdə yaşamışdır. 21.05.2021-ci il tarixdə anasının səhhəti qəfil pisləşdiyindən ərizəçi təcili tibbi yardım stansiyasına zəng vuraraq anasının yaşadığı ünvan 1 ünvana həkim dəvət etmişdir. Lakin təcili tibbi yardım həkimləri gələnədək anası evdə ölmüşdür. Ərizəçi anasının 21 may 2021-ci il tarixdə Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən “Sədərək Xeyriyyə Cəmiyyətinə” məxsus qəbirstanlıqda dəfn etmişdir. Ərizəçinin bütün qohumları anasının yas mərasimlərində iştirak etmiş və həmin şəxslər də anasının ölməsi faktını təsdiq edə bilərlər. 21 may 2021-ci il tarixə çağırışa gəlmiş təcili tibbi yardım həkimləri anasının öldüyünü görüb sahə həkimi üçün xəbərdarlıq vərəqəsi vermişdir. Ərizəçi həmin xəbərdarlıq vərəqəsi ilə Suraxanı rayon Qeydiyyat şöbəsinə gedərək anasının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Qeydiyyat Şöbəsindən anası olmuş X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Anasının 21 may 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ərizəçiyə bir sıra hüquqi məsələlərin həll edilməsinə görə ölüm haqqında şəhadətnamə alması üçün lazımdır. Ərizəçi anası olmuş X1 ölüm faktının müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyinə görə Suraxanı rayon məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, ərizəçinin izahatına, şahidin ifadəsinə dindəyərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Suraxanı RPİ tərəfindən verilmiş 12.05.2006-ci il tarixli AZE saylı 05223446 saylı şəxsiyyət vəsiqəsinə əsasən X2 16 aprel 1937-ci il tarixdə Azəbaycan Respublikası, Gədəbəy rayonunda anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarına əlavə edilmiş Təcili və X4 Stansiyasının 22 saylı bölməsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən saat 01:37-da ünvan 3 ünvana X1 adına çağırış daxil olmuşdur. Həmin ünvanda kişi cinsli meyit aşkar edilmişdir. Mülki işin materiallarında olan Sədərək Xeyriyyə Cəmiyyəti tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli,05/21 saylı arayışa əsasən 16.04.1937-ci ildə Gədəbəy rayonunda anadan olmuş X2 21 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Suraxanı, Günəşli qəsəbəsində yerləşən, “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbristanlıqda dəfn edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli 571-05/75 nömrəli məktubu ilə Suraxanı rayon qeydiyyat şöbəsində Ərizəçi 21.05.2021-ci il tarixdə vəfat etmiş anası X1 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq, X2 barədə 'Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə 05.06.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145. saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası’’ - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkünolduğu izah edilmişdir. Bakı şəhəri Gədəbəy rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 13 iyun 1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx xxx 1963-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyti Başçısının Qaraçuxur qəsəbə İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.06.2021-ci il tarixdi 563 saylı arayış əsasən Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçüxür qəsəbəsi, Vüqar Quliyev küıçəsi, 109 saylı evdə qeydiyyatsız yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz izahatında göstərmişdir ki, X1 ölumunun şahid olmuşdur. Anası yaşlı qadın idi, bacısı Ərizəçi ilə yaşayırdı, onun yanıda 21.05.2021-ci il tarixdə vəfat etmişdir. Təcili tibbi yardımı çağırılanda həkim gəlib onun ölümünü təsdiq etmişdir. Sonradan Ərizəçi 21.05.2021-ci il tarixdə il tarixdə Bakı şəhəri, Suraxanı, Günəşli qəsəbəsində yerləşən, “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbristanlıqda dəfn etmişdir. Həmin ifadəni həmçinin də yazılı şəkildə məhkəməyə təqdim etmişdir. Məhkəmə ərizəçini və şahidləri dindirib, işdəki sənədləri və fotoşəkili nəzərdən keçirdikdən sonra belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olur ki, ərizəçi Ərizəçi anası 16.04.1937-ci il təvəllüdlü X1 21.05.2021-ci il tarixdə il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Suraxanı, Günəşli qəsəbəsində yerləşən, “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbristanlıqda dəfn edilmişdir. Mərhumun ölümü haqqında şəhadətnaməsi ərizəçiyə ölüm haqqında şəhadtənamənin alınması ilə əlaqədar lazımdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi anası 16.04.1937-ci il təvəllüdlü X1 21.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ərizəçi anası X1 16.04.1937-ci il təvəllüdlü Ərizəçi 21.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Suraxanı rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar