Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3870/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun anasıdır, o, xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Anası onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. xx.xx.2023-cü il tarixdə anasının vəziyyəti pisləşmiş və o, anasını Sabunçu xəstəxanasına aparmışdır. xx.xx.2023-cü il tarixdə anası həmin xəstəxanada dünyasını dəyişmişdir. Anası el adəti ilə Suraxanı qəbristanlığında dəfn olunmuşdur. Anası uzun illər xəstə olduğundan yeni nəsil şəxsiyyət vəsiqəsi yox idi. Xəstəxanada ölməyinə baxmayaraq xəstəxana onlara tibbi şəhadətnamə verməmişdir. Onda olan xəstəxananın arayışı ilə Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etsə də, ona imtina verilmişdir. Hazırda anasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin alınması üçün lazımdır. Belə ki, yaşadıqları evin çıxarışı yoxdur, lakin ev kitabı ilə sahibi anasıdır. Anasının ölməsi faktının müəyyən edilməsi həmin evin sahibi kimi onun qeyd edilməsi, kommunal ödənişlərini öz adına keçirməsi və ölümə görə birdəfəlik ödəmənin alınması üçün lazımdır
Ərizəçinin tələbi.
2. xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Tumayan rayonuda doğulmuş, X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi məhkəməyə məktubla müraciət edərək, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, mərhum X6 onun bacısı olub, ərizəçi onun bacısı qızıdır. Bacısı xx.xx.2023-cü ildə ölmüşdür. Mərhum bacısı Yeni Suraxanı qəbristanlığında dəfn olunmuşdur. O, dəfndə və yas mərasimində iştirak etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, X6 onun baldızı olub. Mərhum baldızı xx.xx.2023-cü ildə ölmüş, Yeni Suraxanı qəbristanlığında dəfn olunmuşdur. O, yas mərasimində iştirak etmişdir.
7. Müvəqqəti şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Tumayan rayonuda doğulmuşdur. Şəxsiyyət vəsiqəsi xx.xx.2009-cu il tarixə qədər etibarlı olmuşdur.
8. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə doğulmuşdur.
9. XVT-ЖГ seriyalı 458335 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə doğulmuşdur. X12, anası X2r.
10. “X11” X13 tərəfindən verilən arayışdan müəyyən olunur ki, X6 “X11” stasionar xəstəxanada xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
11. 4 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınmalıdır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir.
12. Suraxanı rayonu X5 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi anası X6 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və xx.xx.2023-cü il tarixdə Yeni Suraxanı qəbristanlığında dəfn olunmuşdur.
13. İş materiallarına əlavə edilmiş bir ədəd fotoşəkildən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307.2 və 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi.
16. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
17. Belə ki, işdə olan “X11” X13 tərəfindən verilən arayışdan müəyyən olunur ki, X6 “X11” stasionar xəstəxanada xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
18. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.
19. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır.
Məhkəmə xərcləri.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Tumayan rayonunda anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.