Məhkəmə qərarları › İş №2(010)-3887/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3887/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3887/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Әrizəçi Әrizəçi, Әrizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən edilməsi” ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cii il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində doğulmuş X5 30 dekabr 1984-cü il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində ölməsi faktının və 20 dekabr 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 15 iyun 1987-ci il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Әrizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, X17 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.1983-cü il tarixdə X12 və 20 dekabr 1985-ci il tarixdə X13 adlı uşaqları doğulmuşdur. X2 30 dekabr 1984-cii il tarixdə və X13 15 iyun 1987-ci il tarixdə Kürdəmir rayonun Xınıslı kəndində rəhmətə getmişdir. X2 və X3 rayonunun Xınıslı kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşlar. Uşaqları Şöhrət və Samirin adına ölüm haqqında tibbi şəhadətnamə alınması ilə əlaqədar 16 nömrəli Uşaq Poliklinikasına müraciət etmiş,. 16 nömrəli uşaq poliklinikası xx.xx.2023-cii il tarixli, 98 nömrəli məktubla ərizəçinin ərizəsinə cavab olaraq bildirmişlər ki, oğlanları xx.xx.1983-cü il təvəllüdlü X12 və xx.xx.1985-ci il təvəllüdlü X6 tibbi kartaları poliklinikada tapılmadı. O, uşaqları Şöhrət və Samirin adına ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, Suraxanı rayon Qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli. 3-16-5/7-691/2023 nömrəli imtina məktubu verərək bildirmişdir ki. ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə X7 və X9 aid ölüm haqqında akt qeydi aparıla bilməz, ona görə də məhkəməyə müraciət etməlidir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi. 16 saylı evin, 2 saylı mənzili 000343 nömrəli. xx.xx.1984-cü il tarixli order əsasında həyat yoldaşı X14 ailə üzvləri (yəni Әrizəçi, oğlu X12 və qızı X8) nəzərə alınmaqla verilmişdir. Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsi, H.Quliyev küçəsi. 16 saylı evin. 2 saylı mənzilə dair verilmiş orderdə X5 da adı qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamə ona bu səbəbdən lazımdır ki. ölüm haqqında şəhadətnamə olmadığına görə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 16 saylı evin, 2 saylı mənzilə dair çıxarış ala bilmir, bunun üçün X5 da razılığını tələb edirlər. Ona görə də uşaqları Şöhrət və Samirin ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X5 və X6 ölməsini şahidlər məhkəmə iclasında təsdiq edəcəklər. Әrizəyə əlavə olunmuş 104 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 456 nömrəli arayışdın görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi. 16 saylı evin, 2 saylı mənzilində pasport qeydiyyatında olmaqla yaşayır. Hesab edir ki, ərizəsi təmin olunmalı, xx.xx.1983-cii il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində doğulmuş X5 30 dekabr 1984-cii il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində ölməsi faktı və 20 dekabr 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 15 iyun 1987-ci il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində ölməsi faktı müəyyən edilməlidir. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatında ərizəçinin ərizəsini müdafiə etmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, xx.xx.2023-cü il tarixdə keçiriləcək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində göstərdi ki, o, Әrizəçi qaynıdır. X4 ilə Әrizəçi birgə nikahlarından anadan olmuş uşaqları vəfat etmişdir. Uşaqların ölümünə səbəb onların qan qohumluqlarının olmasıdır. Hər iki mərhumun X5 30 dekabr 1984-cü il tarixdə və X6 15 iyun 1987-ci il tarixə Kürdəmir rayonunun Xınıslı kəndində ölmüşlər. Hər iki mərhum Kürdəmir rayonunun Xınıslı kəndində dəfn olunmuşdur. O, hər iki mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, Әrizəçi qaynıdır. X4 ilə Әrizəçi birgə nikahlarından anadan olmuş uşaqları vəfat etmişdir. Uşaqların ölümünə səbəb onların qan qohumluqlarının olmasıdır. X12 30 dekabr 1984-cü il tarixdə və X13 15 iyun 1987-ci il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində ölmüşlər. Hər iki mərhum Kürdəmir rayonunun Xınıslı kəndində dəfn olunmuşdur. O, hər iki mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatlarını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: 16 nömrəli Uaq poliklinikasının xx.xx.2023-cü il tarixli 98 saylı Әrizəçi ünvanladığı məktubundan görünür ki, oğlanları xx.xx.1983-cü il tarixli X12 və xx.xx.1985-ci il təvəllüdlü X6 tibbi kartaları poliklinikada tapılmadı. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli Әrizəçi ünvanlanmış məktubdan görünür ki, X12 və X13 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1980-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1985-ci ildə doğulmuş və valideynləri X17 ilə Әrizəçidır. Doğum haqqında arayışdan görünür ki, X12 10,02.1983-cü ildə doğulmuş və valideynləri X17 ilə Әrizəçidır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X6 barəsində Suraxanı rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında ilkin akt qeydləri 1984-1990-cı il üzrə yoxlanılmışdır. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2004-cü ildə ölmüşdür. Karrar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 708 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Әrizəçi xx.xx.1983-cü ildə Kürdəmir rayonunun Xmıslı kəndində anadan olmuş X12 və xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş X13 adlı övladları olmuşdur. X12 30 dekabr 1984-cü ildə və X13 15 iyun 1987-ci ildə Kürdəmir rayonu Xmıslı kəndində vəfat etmişlər və həmin ünvanda Xmıslı kənd qəbirsitanlığmda dəfn olunmuşlar. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Әrizəçi övladları – xx.xx.1983-cii il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində doğulmuş X12 30 dekabr 1984-cü il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində və 20 dekabr 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş X13 15 iyun 1987-ci il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində vəfat etmişlər. Әrizəçi övladlarının ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi anası barədə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə mərhum əri S.Cavadovun adına olan mənzilin sənədləşməsi prosesinə lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1983-cii il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində doğulmuş X5 30 dekabr 1984-cü il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində ölməsi faktı və 20 dekabr 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 15 iyun 1987-ci il tarixə Kürdəmir rayonunun Xınıslı kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Әrizəçi övladlarının ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Әrizə təmin edilsin. xx.xx.1983-cii il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində doğulmuş X5 30 dekabr 1984-cü il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində ölməsi faktı və 20 dekabr 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 15 iyun 1987-ci il tarixdə Kürdəmir rayonunun Xınıslı kəndində ölməsi faktı müəyyən edilsin. X5 və X6 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar