Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-389/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakkları ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsi) "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ərizəçi anası X3 xx.xx.1991-ci il tarixdə ölüm faktının müəyyən olunması. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi anası X6 xx.xx.1991-ci ildə vəfat etmişdir. Mərhum anası ərizəçinin yaşadığı ünvan 1 ünvanına səhhəti ilə gəlmişdir. Bir müddət anası ərizəçi ilə birgə yaşamış, sonra anası qəfildən vəfat etdi. Özlərini itirdiyindən təcili yardıma müraciət etməmişlər. Anası Fizuli rayonunun Yuxarı Kürdmahmudlu kənd qəbirsirtanlığında dəfn etmişlər. xx.xx.2024cü il tarixdə Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və ərizəçiyə aşağıdakı məzmunda cavab verilmişdir: Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsində ərizəçinin xx.xx.1991-ci il tarixdə vəfat edən anası X4 ölümün qeydə alınması barədə ərizəsinə baxılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınması mümkün olmamışdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ərizəçinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, izahatında göstərdi ki, Ərizəçi mərhum anası X7 Ərizəçi ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Sonradan qəfildən xx.xx.1991-ci il tarixdə ölmüşdür. Ərizəçinin anası Fizuli rayonunun Yuxarı Kürdmahmudlu kənd qəbirsirtanlığında dəfn olunmuşdur. Ərizəçi anasına ölüm haqqında şəhadətnamə almaq üçün Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oradan imtna cavabı almışdır. Hazırda ərizəçiyə anasının ölümü haqqında şəhadətnamə ona müvafiq orqanlara təqdim etmək üçün lazımdır. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X8 qızı ifadəsində göstərdi ki, Ərizəçi onun qaynıdır. X2 isə qaynanası olub. Özü 1986-cı ildə ərizəçiin qardaşı ilə ailə qurub. X1 iki il xəstə olub və qaynanası onlarla birlikdə yaşayıb və ona özü qulluq edib. Qaynanası onun yanında yaşayırdı. Dəqiq tarixi bilməsə də, hardasa 1991-ci ilin yay aylarında vəfat edi. Qaynanası Fizuli rayonunun Yuxarı Kürdmahmudlu kənd qəbirsirtanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları Jdanov rayonu Şahsevən kənd soveti tərəfindən xx.xx.1981-cb ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə doğulmuş və valideynləri X14 və X5r. Füzuli rayon İcra Hakimiyyətinin Başçısının Kürdmahmudlu kənd İcra Nümayəndəliyinin xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Kürdmahmudlu kənd qeydiyyatında olmuş mərhumə X6 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir və Yuxarı Kürdmahmudlu kənd qəbiristanlığında dəfn olunmuşdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, onun xx.xx.1991-ci il tarixdə vəfat edən anası X4 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31,10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı QaydasT’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bidlirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümünün qeydə alınması mümkün olmamışdır. SSR pasportundan görünür ki, X6 1936-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olmuşdur. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası 1936-cı il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Ərizəçi anası X4 ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin anası X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1936-cı il tarixdə doğulmuş X4 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X4 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1936-cı il təvəllüdlü X4 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X4 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-389/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-389/2025
05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver