Məhkəmə qərarları › İş №2(010)-3911/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3911/2025

09.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3911/2025 09.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhər Suraxanı Rayon Qeydiyyat Şöbəsi) "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ərizəçi həyat yoldaşı xx.xx.1966-cı ildə Qubadlı rayonunda anadan olmuş X1 13 iyun 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi həyat yoldaşı X4 xx.xx.1966-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, 13 iyun 2025-ci ildə isə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. O, və qohumları həyat yoldaşını Əmircan qəsəbə məzarlığında dəfn etmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni yoldaşının vəsəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. O, həyat yoldaşına ölüm şəhadətnaməsi almaq məqsədi ilə Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”- nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından yoldaşının X1 ölümünün qeydə alınması mümkün olmamışdır”. Həyat yoldaşının ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həyat yoldaşının ölməsi faktını təsdiq edəcək sübutlarını ərizəyə əlavə edir və həmin faktı təsdiq edəcək şahidləri də olacaqdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli 3-16-5/7-10- 1964/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə keçiriləcək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə qonşudur. O, Səbirənin mərhum həyat yoldaşını tanıyırdı. Filmanın ürəyi xəstə idi. O, teztez Səbirə xanımın evində olurdu. Filanın öldüyü gün Səbirə xanımın evində olanda həyat yoldaşı Filmanın halı pisləşdi, güclə nəfəs alırdı. Həmin vaxt Filmanın nəfər almağı çətinləşdi və o, vəfat etdi. Ailəsi Filmanın halı pisləşdiyi üçün Təcili yardım çağırmışdır. Sonra qohumları və yaxınları gəldilər. Mərhum Əmircan qəbiristanlıqda dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Ərizəçi onun bibisidir. Bibisi Əmircan qəsəbəsində yaşayır. Mərhum Filman bibisinin həyat yoldaşı idi. Filman 13 iyun 2025-ci il tarixdə vəfat etmişdir. Mərhum Əmircan qəbirstanlığında dəfn olunmuşdur. O, mərhumun yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin in ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları Abşeron rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci ildə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X6 arasında nikah xx.xx.2007-ci ildə bağlanmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, onun 13 iyun 2025-ci il tarixdə Bakı şəhərində vəfat edən əri X1 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X1 ölümünün qeydə alınması mümkün olmamışdır. 42 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, vəfat etmiş həyat yoldaşı X2 aid “Ölüm haqqında tibbi şəhadətnamə”sinin təqdim edilməsi haqqında xx.xx.2025-ci il tarixli müraciətinə 42 nömrəli Şəhər Poliklinikasında aidiyyəti üzrə baxılmışdır. Qeyd edilmiş tarixə əsasən xx.xx.2025-ci il tarixdə vəfat edən həyat yoldaşı ünvan 4 ünvanında yaşamış X4 barədə baxılması üçün aidiyyəti üzrə araşdırıldı. Belə ki, F.Cəbrayılov bu poliklinikaya müraciəti olmayıb və hər hansı bir xəstəliklə dispanser qeydiyyatda olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” təqdim edilməkdən imtina edilir. Təcili və təxirəsalınmaz Tibbi yardım Stansiyasının xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqindən görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 6 ünvana X1 adına çağırış olmuş və çağırışa gələn həkim « həkimə qədər ölüm, kişi cinsli meyid» aşkar olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 8ünvanında qeydiyyatda olan Ərizəçi mərhum həyat yoldaşı X4 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Əmircan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhər 42 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, vəfat edən X3 42 nömrəli Şəhər Poliklinikasına müraciəti olmayıb və hər hansı bir xəstəliklə dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməkdən imtina edilir. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11 Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311 Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı xx.xx.1966-cı ildə Qubadlı rayonunda anadan olmuş X4 13 iyun 2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi əri X2 ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin əri X1 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1966-cı ildə Qubadlı rayonunda anadan olmuş X1 13 iyun 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X1 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı ildə Qubadlı rayonunda anadan olmuş X1 13 iyun 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar