Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3923/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X9 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *935-ci il təvəllüdlü X4 *2.*2.*999-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X6 *935-ci ildə anadan olmuşdur. O, uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkmişdir. Xəstəlik şiddətləndiyindən atası *2.*2.*999-cu il tarixdə vəfat etmişdir. Qohumların iştirakı ilə Yeni Günəşli qəsəbəsi ərazisindəki qəbiristanlıqda dəfn edilmişdir. Sonra atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, 857-05/70 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm barədə akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu ona bildirilmişdir. Əlavə olaraq yazılı olaraq ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən atası X4 *2.*2.*999-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamanda X4 *2.*2.*999-cu il tarixində Bakı şəhərində ölməsi ona miras (vərəsəlik) məsələsi ilə bağlı lazımdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X6 onun atasıdır. Atası *2.*2.*999-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşadığı evdə vəfat etmişdir. Həmin vaxtlar o, atası ilə birlikdə yaşamışdır. Atası ölən vaxt bazarda işdə olmuş, balaca qardaşı ona atasının halının pis olduğunu xəbər vermişdir. O, evə gedəndə isə artıq atasının öldüyünün şahidi olmuşdur. Atası rəhmətə gedən zaman təxminən 55-60 yaşı olmuşdur. Həmin vaxt təcili yardım çağırmış, təcili yardım bildirmişdir ki, atası təzyiqdən rəhmətə getmişdir. Bundan sonra onu Suraxanıda dəfn etmişlər. Həmçinin qeyd etdi ki, onlar Füzuli rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışlar. Oğlunun universitetə qəbul olunması üçün sənədləri təqdim etdikdə ondan babasının da məcburi köçkün olmasını təsdiq edən sənədi tələb etmişlər. Bu sənədin tələb edilməsində məqsəd onların məcburi köçkün olmalarının təsdiq ediməsidir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Azərbaycan SSR, Füzuli rayonu, Seyidəhmədli kənd icra nümayəndəliyi tərəfindən *6.*0.*980-ci il tarixdə verilmiş, Vİİ-JQ seriyalı, 346266 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi (atası X6, anası X*0) xx.xx.*980-ci il tarixdə Füzuki rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır.
6. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu sektoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **36 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Füzuli rayonundan məcburi köçkündür. Suraxanı rayonu, Yeni Günəşli “Q” y/s 280 saylı uşaq bağçasında müvəqqəti məskunlaşmışdır.
7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X6 barəsində Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamış, ölüm haqqında ilkin akt qeydləri *999-200*-ci il tarixləri arasında yoxlanılmış, ölüm haqqında ilkin akt qeydləri (Qaraçuxur, Əmircan, Hövsan, Bül-bülə, Zığ, Yeni Suraxanı icra nümayəndəlikləri üzrə *999-2000-ci illər üzrə yoxlanılmış və aşkar olunmamış, ölüm haqqında bərpa akt qeydləri *999-2003-cü il tarixləri üzrə yoxlanılmışdır.
8. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi tərəfindən verilmiş *3.09.2022ci il tarixli, 47* saylı arayışdan görünür ki, X* qəsəbəsi İlqar Musayev küçəsində yerləşən qəbiristanlıqda *2.*2.*999-cu il tarixdə dəfn edilmişdir.
9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 857-05/70 nömrəli məktubdan görünür ki, X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir. *0. İki ədəd fotoşəkildən üzərində “X6. *935-*2.*2.*999. Övladlarından xatirə” yazılan qəbir daşı görünür.
Şahid ifadələri.
**. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*0 bildirmişdir ki, Ərizəçi onun oğludur. X6 isə əri olmuşdur. Quliyev Sulduz təxminən 20-22 il əvvəl rəhmətə getmişdir. O, buna şahid olmuşdur. Mərhum əri səhər saatlarında özünü pis hiss etdiyini bildirmiş, bundan sonra təcili yardım çağırmışlar. Təcili yardım gələnə kimi o ölmüş, həkim də gəldikdən sonra bunu təsdiqləmişdir. Uşaqları Bakıda yaşadığından ziyarət etmək çətin olmasın deyə mərhumu Suraxanıda yerləşən qəbiristanlıqda dəfn etmişlər. *2. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X7 bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X2 isə onun atası olmuşdur. Atası *2.*2.*999-cu ildə Bakıda yaşadığı evdə vəfat etmişdir. Rəhmətə getməmişdən bir gün əvvəl ona baş çəkməyə getmişdir. Həmin gün atası ondan israrla onlarda qalmağını xahiş etmiş, o isə onlarda qalmamış və evlərinə getmişdir. Atası öldükdən sonra isə orada qalmadığı üçün peşman olmuşdur. Növbəti gün qardaşı onlara gəlmiş, atasının vəziyyətinin ağır olduğunu bildirmiş və ağlamağa başlamışdır. Bundan sonra o, atasının öldüyünü başa düşmüş və Günəşlidə yerləşən onların məskunlaşdığı uşaq bağçasına getmişdir. O, evlərinə çatan zaman artıq atasının öldüyünü görmüşdür. Həkimin dediyinə görə yüksək təzyiqdən vəfat etmişdir. Atası Suraxanıda yerləşən qəbiristanlıqda dəfn olunmuşdur.
İşin faktiki halları.
*3. X6 Ərizəçi atası olmuş, *2.*2.*999-cu il tarixdə vəfat etmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini vaxtında almamış, sonradan almaq üçün müvafiq qeydiyyat oranına müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından ölüm barədə akt qeydi tərtib edilməmişdir. Bu səbəbdən o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişdir.
Tətbiq edilən hüquq.
*4. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*6. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*7. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən atası X3 *2.*2.*999-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi atasının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. *9. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər mərhumun dəfn edildiyi qəbiristanlığın yerləşdiyi inzibati ərazi dairəsindən arayış, qəbrin fotoşəkilləri kimi sübutlarla da müvafiq hal təsdiq edilmişdir.
20. Göründüyü kimi X4 *2.*2.*999-ci il tarixdə Bakı şəhərində ölməsi iş materialları və şahid ifadələri ilə sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 *2.*2.*999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçinin atası X4 *2.*2.*999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva