Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3928/2022 03.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi Abil oğlunun iştirakı ilə, Ərizəçi Abil oğlunun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Abil oğlu hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivində yaşamış X* 28 iyul 202*-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki atası X3 04.*0.*97* -ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Lakin uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar. Atası uzun müddət idi ki, vərəm xəstəliyindən əziyyət çəkirdi. 28.07.202*-ci il tarixdə onunla yolda getdiyi zaman halı pisləşdi, o, təcili tibbi yardım çağırdı, lakin həkimlər gəldikdə atasının artıq vəfat etdiyinin bildirdilər. Ailəsi mərhumun cənazəsini yudurub, dəfni ilə əlaqədar bütün xərcləri də çəkmişdir. Lakin xəstəxana ona ölüm fakını təsdiq edən ölüm haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsindən imtina etmişdir. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiyindən Suraxanı rayon Qeydiyyat Şöbəsi ona mərhum atasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Onun 28.07.202*-ci ildə vəfat etməsini 7 №li təcili yardım stansiyasının mərhumun dəfn olunması üçün verdiyi arayış təsdiq edir. Mərhum atası barəsində ölüm haqqında şəhadətnamənin alınması vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında Ərizəçi Abil oğlu ərizəni tam müdafiə edərək, qeyd edilənlərə uyğun izhahat verib ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqli şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir: İş materillarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Abil oğlu xx.xx.*998-ci il tarixdə anadan olmuşdur. X6, anası Tağıyeva Cənnətdir. İş materiallarında olan Suraxanı Rayon Qeydiyyat Qeydiyyat şöbəsinin 24.08.202*ci il məktubundan görünür ki, Ərizəçi Abil oğlunun ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Hacıyev Abil barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 24.08.202*-ci il tarixədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında qeyd aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan X4 *4.06.2022-ci il tarixli, 522 nömrəli məktubdan görünür ki, X3 09.04.20*9-cu ildən müəssisənin Vərəm şöbəsində fibroz-kavernoz diaqnozu ilə qeydiyyatda olmuşdur. Vətəndaş 28.07.202*-ci il tarixdə “Bakı şəhəri Təcili və X2 Stansiyası”nın həyətində şəxsi avtomobilində vəfat etmişdir. Ölüm səbəbi məlum deyil. Ümumi qeydiyyatı müəssisədə olmadığı üçün müəssisə tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, X* ölüm faktının müəyyən edilməsi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.4.-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Həmin Qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə görə “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “Ölüm haqqında” tibbi şəhadətnamənin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında” tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X* 28 iyul 202*-ci il tarixdə vəfat etməsi faktı iş materialları və ilə tam sübut olunduğundan ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud massivində yaşamış X* 28 iyul 202*-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3928/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3928/2022
03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver