Məhkəmə qərarları › İş №2(010)-3939/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3939/2020

14.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3939/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak”tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 1674 manat olan 43MU6100UXRU model Samsung LED markalı televizor, HP8656/00 model Philips markalı Fen-daraq və MQ3035 WH model Braun markalı blender, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC-dən aldığı ümumi alqı-satqı qiyməti 2970 manat olan X3, X4 və Venetsiya FS-5 (Açıq Kahve), xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 849 manat olan 32LK615 model LG LCD markalı televizor, X1 Grey induk qapaqlı 22sm, X2 Grey Granil 30 sm Qapaqlı və X2 Grey Granit 30 sm Qapaqlı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 1805 manat olan VCC4520 model Samsung markalı Tozsoran, KT2200 model Hoffmann markalı çaynik, G2390S model Hoffmann markalı mikrodalğalı soba, Demir Döküm Atron H24 (75/100 sm) markalı Kombi, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 180 manat olan VCC4520 model Samsung markalı Tozsoranın Cavabdeh alınaraq ona verilməsi, qeyd edilən əşyalar olmadıqda onların ümumi dəyəri olan 7478 (yeddi min dörd yüz yetmiş səkkiz) manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “əmlak”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar