Məhkəmə qərarları › İş №2(010)-395/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-395/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-395/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi və nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi və nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında VAZ 21214 minik markalı, **-XO-*** dövlət nömrə nişanlı maşına dair bağlanmış 07 fevral 2020-ci il tarixli nəqliyyat vasitəsinə dair ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 3000 (üç) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi və onun mülkiyyətində olan VAZ 21214 minik markalı, **-XO-*** dövlət nömrə nişanlı maşının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə 07 fevral 2020-ci tarixdə ona məxsus VAZ 21214 minik markalı, **-XO-*** dövlət nömrə nişanlı maşına dair “Nəqliyyat vasitəsinə dair ilkin alqı satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 11000 (on bir min) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş məbləği 24 ay müddətinə hər ay 458 (dörd yüz əlli səkkiz) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən ilkin alqı-satqı müqaviləsi üzrə ilk iki ayın ödənişləri həyata keçirilsə də, qalan məbləğ indiyə qədər ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə 6 ayın ödənişləri həyata keçirilməmişdir ki, bu da ümumilikdə 2748 (iki min yeddi yüz qırx səkkiz) manat təşkil edir. Cavabdeh 07 fevral 2020-ci il tarixli “Nəqliyyat vasitəsinə dair ilkin alqı satqı müqaviləsi”nin şərtlərinə əməl etməyərək, aylıq ödənilməli olan məbləğləri ödəməmiş, bununla da ona zərər vurmuşdur. Buna görə də aralarında bağlanmış müqavilə ləğv edilərək ona dəymiş zərər ödənilməli, ona məxsus nəqliyyat vasitəsi öz sahibliyinə qaytarılmalıdır. Odur ki, onunla Cavabdeh arasında VAZ 21214 minik markalı, **-XO-*** dövlət nömrə nişanlı maşına dair bağlanmış 07 fevral 2020-ci il tarixli nəqliyyat vasitəsinə dair ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 3000 (üç) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi və onun mülkiyyətində olan VAZ 21214 minik markalı, **-XO-*** dövlət nömrə nişanlı maşının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 öz izahatına əsasən, Cavabdeh ilə müqavilə imzalandıqdan sonra 2 ay ödəniş etdiyini, son 12 aydır ki, heç bir ödəniş etmədiyini və ödənilməyən borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.02.2020-ci il tarixli nəqliyyat vasitəsinə dair ilkin alqı-satqı müqaviləsinə əsasən, tərəflər bu müqavilədə müəyyən edilmiş şərtlərlə 31.01.2020-ci il tarixdə, AD № 733548 qeydiyyat nömrəsi olan Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Satıcı İddiaçı məxsus olan VAZ 21214 Minik markalı ban XTA**********7002, buraxılışlı, ili 2005-ci il, dövlət nömrə nişanı 10XO248 olan avtomobilə dair alıcı Cavabdeh ilə hal-hazırda ilkin alqı-satqı və gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdəsinə götürürlər. Avtomobilin satış qiyməti 11000 (on bir min) manat müəyyən edilir. Alıcı 2.1-ci bənddə müəyyən edilən pulu 24 ay müddətinədək hər ay 458 (dörd yüz əlli səkkiz) manat olmaqla satıcıya ödəməyə öhdəsinə götürür. İş materiallarında olan Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 26.09.2020-ci il tarixli 684 nömrəli arayışa əsasən, X3 İ.İsmayılov küçəsi 26 saylı evin 107 mənzilində qeydiyyatdadır. İş materiallarında olan 07.02.2020-ci il tarixli ƏN-V № 166880 saylı nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən, İddiaçı mülkiyyətində olan VAZ 21214 markalı 10XO248 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 31.01.2020-ci ildən 09.01.2021-ci il tarixinədək etibarnamə əsasında vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 2 23.09.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 13 noyabr 2020-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X5 öz ifadəsinə əsasən bildirmişdir ki, 31 yanvar Bağırov Kənanla müqavilə bağlanmışdır. Bir ay sonra, 07 fevralda isə İddiaçı ilə bağlanmışdır. Müqavilə 24 aylıq müddətə bağlanmışdır. Müqavilə 11000 manata bağlanmışıdır. Cavabdeh cəmi 3 dəfə- 01 mart 458 manat, 3 mart 458 manat və 30 aprel 400 manat məbləğində ödəniş etmişdir. May ayının sonu cavabdehə zəng çatmamış, 5 gün sonra cavabdehin atası bildirmişdir ki, onun elə bir oğlu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh 07 fevral 2020-ci il tarixli “Nəqliyyat vasitəsinə dair ilkin alqı satqı müqaviləsi”nə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında 07 fevral 2020-ci il tarixli “Nəqliyyat vasitəsinə dair ilkin alqı satqı müqaviləsi”ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.02.2020-ci il tarixli müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, İddiaçı Cavabdeh ilə 07 fevral 2020-ci tarixdə ona məxsus VAZ 21214 minik markalı, **-XO-*** dövlət nömrə nişanlı maşına dair “Nəqliyyat vasitəsinə dair ilkin alqı satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 11000 (on bir min) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş məbləği 24 ay müddətinə hər ay 458 (dörd yüz əlli səkkiz) manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən cəmi 3 ay ödəniş edilmişdir. Belə ki, bu fakt, tərəflər arasında nəqliyyat vasitəsinə dair ilkin alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi çıxış etmiş X5 13 noyabr 2020-ci il tarixli məhkəmə iclasında şahid kimi ifadəsində cavabdehin cəmi 3 dəfə ödəniş etdiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 07.02.2020-ci il tarixli nəqliyyat vasitəsinə dair ilkin alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı dəymiş zərərin əvəzi olaraq 2290 (iki min iki yüz doxsan) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli və iddiaçı İddiaçı mülkiyyətində olan VAZ 21214 minik markalı, **-XO-*** dövlət nömrə nişanlı maşının Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 27 (iyirmi yeddi) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 07.02.2020-ci il tarixli nəqliyyat vasitəsinə dair ilkin alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı dəymiş zərərin əvəzi olaraq 2290 (iki min iki yüz doxsan) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı İddiaçı mülkiyyətində olan VAZ 21214 minik markalı, **-XO-*** dövlət nömrə nişanlı maşının Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar