Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3973/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qafarova Rübabə Nurulla qızı Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması barədə” ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması barədə” ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Qanunun tələbinə əsasən müəyyən olunmuşdur ki, Ərizəçi rəsmi Sabunçu rayon ərazisində, yənin ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Ərizəyə ərizəçinin faktiki olaraq Suraxanı rayonu ərazisində yaşamasına dair müvafiq arayış əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin bildirilir ki, AR MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264,267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “şəxsin vəfat etməsi faktının müəyyən olunması barədə” ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, hazırki qərardadda göstərilən nöqsan aradan qalxdıqdan yenidən hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3973/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3973/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver