Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3979/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi X2 iştirakı ilə Ərizəçi X2 (Maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin müvafiq bəndinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi X4 (Maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin müvafiq bəndinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Maraqlı şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/8/2024-02626 nömrəli barışıq sazişinin müvafiq bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında xx.xx.2019-cu il tarixində 2206 nömrə ilə nikahları qeydə alınmışdır. Aralarında tez-tez mübahisə olduğundan nikahın pozulması qərarına gəlmişdir. Qanunvericiliyin tələbinə əsasən, ailə münasibətləri ilə əlaqədar əvvəlcə mediasiyaya müraciət etmək məcburi olduğundan ora müraciət edilmiş, sonradan aralarında xx.xx.2024-cü il tarixdə “Mediasiya xidmətlərinin göstərilməsi” barədə Bakı 8 saylı Mediasiya Təşkilatında müqavilə bağlanmışdır. Bundan sonra, aralarında xx.xx.2024-cü il tarixində mübahisə predmetinə dair “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə müvafiq olaraq barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinin 1, 2, 4-cü bəndlərinin yerinə yetirilməsinə baxmayaraq, Maraqlı şəxs barışıq sazişinin 4-cü bəndinin şərtlərini yerinə yetirməmişdir. Belə ki, Maraqlı şəxs birgə nikahdan anadan olan yetkinlik yaşına çatmayan övladları – xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 onunla görüşməsinə maneə olur və uşaqlarda onunla bağlı mənfi fikirlər yaratmağa çalışır. Aralarında bağlanmış nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-816/2025 nömrəli qətnaməsi ilə pozulmuşdur.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında ərizəçi X4 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə baxış iclasında Maraqlı şəxs ərizə ilə razılaşmayaraq, məhkəmədən ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-816/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulmasına dair iddia tələbi təmin edilmiş, iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2206 nömrəli nikahın pozulması qət edilmişdir.
6. Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatında aşağıdakı şərtlərlə xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02626 nömrəli barışıq sazişi bağlanmışdır: “1. Birinci tərəf (Ərizəçi) bu saziş imzalandıqdan sonra ikinci tərəf (Maraqlı şəxs) ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 2206 nömrəli akt qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.
2. Birinci tərəf (Ərizəçi) ikinci tərəf (Maraqlı şəxs) ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 (uşaqların mənafeləri nəzərə alınaraq) ikinci tərəfin (Maraqlı şəxs) yanında (himayəsində) qalmalarına razıdır.
3. Birinci tərəf (Ərizəçi) ikinci tərəf (Maraqlı şəxs) ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəfin (Maraqlı şəxs) ondan birinci tərəfdən (Ərizəçi) aliment tələbinin olmadığı ilə razıdır.
4. Birinci tərəf (Ərizəçi) ikinci tərəf (Maraqlı şəxs) ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan (atanın himayəsində qalacaq) övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə (uşaqların mənafeyi nəzərə alınaraq, atanın iştirakı olmadan) xx.xx.2024-cü il tarixindən etibarən hər həftənin şənbə günü səhər saat 09:00-dan, bazar günü axşam saat 21:00-dək (gecəni ananın yanında qalmaları şərti ilə), əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri və qeyri-iş günləri ünsiyyətdə olmalarına (gecəni ananın yanında qalmaları şərti ilə) ikinci tərəfin (Maraqlı şəxs) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
5. Birinci tərəf (Ərizəçi) bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür”.
İşin faktiki halları.
7. Ərizəçi Gülnar Səmədova və maraqlı şəxs Elvin Həsənovun birgə nikahından 2 uşaq - xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur.
8. Tərəflər arasında baş tutmuş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişin 4-cü bəndinə əsasən, birinci tərəf (Ərizəçi) ikinci tərəf (Maraqlı şəxs) ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan (atanın himayəsində qalacaq) övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə (uşaqların mənafeyi nəzərə alınaraq, atanın iştirakı olmadan) xx.xx.2024-cü il tarixindən etibarən hər həftənin şənbə günü səhər saat 09:00-dan, bazar günü axşam saat 21:00-dək (gecəni ananın yanında qalmaları şərti ilə), əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri və qeyri-iş günləri ünsiyyətdə olmalarına (gecəni ananın yanında qalmaları şərti ilə) ikinci tərəfin (Maraqlı şəxs) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
Tətbiq edilən hüquq.
9. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
12. İşin faktiki hallarından görünür ki, ərizəçi Gülnar Səmədova və Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlanmış, tərəflərin birgə nikah münasibətlərindən iki uşaq - xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Aralarında ailə münasibətlərinin pozulduğunu hesab edən ərizəçi əvvəlcə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə ərazi üzrə mediasiya təşkilatına müraciət etmiş və tərəflər arasında keçirilmiş ilkin mediasiya sessiyası nəticəsində mübahisə edilən məsələlər üzrə qarşılıqlı razılıq nəticəsində xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02626 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişin şərtlərinə əsasən, tərəflər nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulan uşaqların atalarının yanında qalmasının müəyyən edilməsi, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anadan heç bir aliment tələbinin olmaması və uşaqlarla ananın ünsiyyət hüququnun həyata keçirilməsi qaydası və şərtlərinə dair məsələlər üzrə qarşılıqlı razılıq əldə olunmuşdur. Barışıq sazişin şərtlərinin yerinə yetirilməsi üçün müəyyən edilmiş könüllü icra müddətində öhdəliklər yerinə yetirilmiş, ərizəçi nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 816/2025 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Ərizəçi tərəfindən müvafiq barışıq sazişi üzrə öz üzərinə götürdüyü öhdəliklər lazımı qaydada yerinə yetirilsə də, maraqlı şəxs barışıq sazişinin 4-cü bəndinə razılaşdırılmış uşaqların anaları ilə ünsiyyət hüququnun təmin edilməsindən ibarət öhdəliyini lazımı qaydada icra etməmiş və barışıq sazişinin icrasından imtina etmişdir. İşin qeyd edilən halı həmçinin, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində də öz əksini tapmış, maraqlı şəxs barışıq sazişinin qeyd edilən bəndinin icrasından yayınması zərurətini məhz uşaqların mənafeləri ilə əlaqələndirmişdir.
13. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişlərinin məhkəmə qaydasında təsdiq edilməsi və bundan imtina üçün prosessual əsaslar mülki prosessual qanunvericiliklə dəqiq müəyyən edilmiş, bu və ya digər əsasların həmin siyahıya daxil edilməsi, nəticədə bu siyahının genişləndirilməsi imkanı qanunla istisna edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunmuş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda həmin barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət etmək ərizəçinin qanunla müəyyən edilmiş prosessual hüququdur və bu hüququn həyata keçirilməsi imkanı maraqlı şəxsin formal mülahizələri əsasında məhdudlaşdırıla bilməz.
14. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, bu saziş qanuna zidd deyil. Həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir.
Məhkəmə xərcləri.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizə təmin edildiyindən ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçinin xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X4 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 4-cü bəndi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçinin xeyrinə ödənilməlidir.
18. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi X4 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02626 nömrəli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin: “...4. Birinci tərəf (Ərizəçi) ikinci tərəf (Maraqlı şəxs) ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan (atanın himayəsində qalacaq) övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə (uşaqların mənafeyi nəzərə alınaraq, atanın iştirakı olmadan) xx.xx.2024-cü il tarixindən etibarən hər həftənin şənbə günü səhər saat 09:00-dan, bazar günü axşam saat 21:00-dək (gecəni ananın yanında qalmaları şərti ilə), əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri və qeyri-iş günləri ünsiyyətdə olmalarına (gecəni ananın yanında qalmaları şərti ilə) ikinci tərəfin (Maraqlı şəxs) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır...” Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçi X2 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva