Məhkəmə qərarları › İş №2(010)-4042/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4042/2025

12.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4042/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndələri X5 və X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı Cavabdeh qarşı əşyaların qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət və cehiz əşyalarının - 01 ədəd televizor (700 manat), 02 ədəd xalça (300 manat), 03 ədəd çilçıraq (270 manat), 01 ədəd stol və 06 ədəd stul dəsti (1050 manat), 01 ədəd komod (350 manat), 01 ədəd yataq dəsti – paltar şkafı, cam güzgü (1500 manat), 01 ədəd sandıq (100 manat), 01 ədəd künc divanı (900 manat), 01 ədəd “jurnalni” (100 manat), 01 dəst yorğandöşək, 09 ədəd ədyal (750 manat), 01 ədəd tozsoran (120 manat), 01 ədəd ütü (80 manat), 01 ədəd ütü masası (70 manat), 05 ədədli qazan dəsti (650 manat), 01 ədəd qazan (50 manat), 12 ədəd çay stəkanı (xrustal) və nəlbəki (120 manat), 12 nəfərlik 01 ədəd yemək dəsti (800 manat), 12 nəfərlik 01 ədəd yemək dəsti (500 manat), 12 nəfərlik 48 parça yemək dəsti (60 manat), 06 nəfərlik 24 parça yemək dəsti (35 manat), 36 ədəd stəkan (140 manat), 03 dəst çay üçün 06 nəfərlik “çaşka” dəsti (150 manat), 03 ədəd meyvə qabı, 04 ədəd konfet qabı, 04 ədəd mürəbbə qabı, 04 ədəd şirniyyat qabı, 04 ədəd ləbləbi qabı, 02 ədəd qənd qabı, 01 ədəd güldan dəsti (400 manat), 01 ədəd tok çayniki dəm çayniki ilə birgə (150 manat), 04 ədəd 2 nəfərlik pastel dəsti (300 manat), 02 nəfərlik yorğan, 04 ədəd “sentefon” balış ilə birgə, 01 ədəd yorğan (180 manat), 24 ədəd armudu stəkan (100 manat), 01 ədəd “sini podnos” (80 manat), 01 ədəd saçqurudan (45 manat), 01 ədəd bıçaq dəsti (35 manat), 01 ədəd “Tefal” markalı qazan qaşıqları dəsti (40 manat), 02 ədəd tort qabı dəsti (80 manat), 12 qaşıqdan ibarət 01 ədəd qaşıq dəsti (75 manat), 01 ədəd stolüstü saat (25 manat), ikitərəfli 01 ədəd tava (35 manat), 06 ədəd yumşaq oyuncaq (130 manat), 01 ədəd, 585 əyarlı, ümumi çəkisi 1.48 qram olan qızıl üzük (170 manat), 01 ədəd, 750 əyarlı, ümumi çəkisi 5.83 qram olan qızıl üzük (700 manat), 01 dəst 750 əyarlı, ümumi çəkisi 20.83 qram olan 01 ədəd boyunbağı, 01 ədəd qolbaq, 01 ədəd üzük və 01 ədəd sırğadan ibarət qızıl dəst (2500 manat), 01 ədəd 750 əyarlı, ümumi çəkisi 2.92 qram olan qızıl üzük (350 manat) cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, əşyalar olmadıqda və ya zədələndikdə dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin ali təhsil haqqında diplom, hərbi bilet, doğum haqqında şəhadətnamə, sertifikat, albom və şəkillərin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pul vəsaitinin, 60 manat məbləğində mediasiya xərcinin və 135 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə Səadət sarayı (Bakı nikah evi) tərəfindən 594 nömrəli akt qeydi ilə rəsmi nikah qeydiyyatına daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra o, el adəti ilə onun yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. Gəlin köçən zaman valideynləri tərəfindən ona verilmiş cehiz əmlakı da həmin ünvana aparılaraq orada qurulmuşdur. Cehiz əmlakı cavabdehin ünvanına gəlin köçməmişdən əvvəl öz qohumları tərəfindən həmin ünvana aparılaraq qurulmuş və bəzədilmişdir. 01 ədəd televizor (700 manat), 02 ədəd xalça (300 manat), 03 ədəd çilçıraq (270 manat), 01 ədəd stol və 06 ədəd stul dəsti (1050 manat), 01 ədəd “komod” (350 manat), 01 ədəd yataq dəsti – paltar şkafı, cam güzgü (1500 manat), 01 ədəd sandıq (100 manat), 01 ədəd künc divanı (900 manat), 01 ədəd “jurnalni” (100 manat), 01 dəst yorğan-döşək, 09 ədəd ədyal (750 manat), 01 ədəd tozsoran (120 manat), 01 ədəd ütü (80 manat), 01 ədəd ütü masası (70 manat), 05 ədədli qazan dəsti (650 manat), 01 ədəd qazan (50 manat), 12 ədəd çay stəkanı (xrustal) və nəlbəki (120 manat), 12 nəfərlik 01 ədəd yemək dəsti (800 manat), 12 nəfərlik 01 ədəd yemək dəsti (500 manat), 12 nəfərlik 48 parça 01 ədəd yemək dəsti (60 manat), 06 nəfərlik 24 parça 01 ədəd yemək dəsti (35 manat), 36 ədəd stəkan (140 manat), 03 ədəd çay üçün 06 nəfərlik “çaşka” dəsti (150 manat), 03 ədəd meyvə qabı, 04 ədəd konfet qabı, 04 ədəd mürəbbə qabı, 04 ədəd şirniyyat qabı, 04 ədəd ləbləbi qabı, 02 ədəd qənd qabı, 01 ədəd güldan dəsti (400 manat), 01 ədəd tok çayniki dəm çayniki ilə birgə (150 manat), 04 ədəd 02 nəfərlik pastel dəsti (300 manat), 02 nəfərlik yorğan 04 ədəd “sentefon” balış ilə birgə, yorğan (180 manat), 24 ədəd armudu stəkan (100 manat), 01 ədəd “sini podnos” (80 manat), 01 ədəd saçqurudan (45 manat), 01 ədəd bıçaq dəsti (35 manat), 01 ədəd “Tefal” markalı qazan qaşıqları dəsti (40 manat), 02 ədəd tort qabı dəsti (80 manat), 12 qaşıqdan ibarət 01 ədəd qaşıq dəsti (75 manat), 01 ədəd stolüstü saat (25 manat), ikitərəfli 01 ədəd tava (35 manat), 06 ədəd yumşaq oyuncaq (130 manat). Cavabdeh ilə ailə həyatı qurduğu zaman (hərili vaxtlarından ailə həyatı qurduqları gün daxil) cavabdeh tərəfdən ona taxılan qızıllar, həmçinin qardaşı tərəfindən toy günü ona hədiyyə olunmuş qızıl-zinət əşyaları vardır: 01 ədəd, 585 əyarlı, ümumi çəkisi 1.48 qram olan qızıl həri üzüyü (170 manat), 01 ədəd, 750 əyarlı, ümumi çəkisi 5.83 qram olan qızıl nişan üzüyü (700 manat), 01 ədəd, 750 əyarlı, ümumi çəkisi 20.83 qram olan 01 ədəd boyunbağı, 01 ədəd qolbaq, 01 ədəd üzük və 01 ədəd sırğadan ibarət qızıl dəst (2500 manat), 01 ədəd, 750 əyarlı, ümumi çəkisi 2.92 qram olan hədiyyə qızıl üzük (350 manat). Ailə həyatı qurduqdan sonra o, özünə məxsus olan sənədlərini ailə qurduğu evə götürmüşdür. Həmin sənədlər - ali təhsil haqqında diplom, hərbi bilet, doğum haqqında şəhadətnamə, sertifikat, albom və şəkillərdən ibarətdir. xx.xx.2025-ci il tarixdə əkiz körpələri doğulmuş - X6 və X7. Cavabdeh ilə ailə münasibətləri pozulduğu üçün o, iki azyaşlı körpəsi ilə birlikdə ata evinə ünvan 2 ünvanına qayıtmışdır. Sonradan Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə arasında xx.xx.2024-cü il tarixdə Səadət sarayı (Bakı nikah evi) tərəfindən 594 nömrə ilə qeydə alınmış nikahın pozulması, övladları xx.xx.2025-ci il təvəllüdlü X6 və X3 nikahın pozulmasından sonra himayəsində saxlanılması və övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa hər ay 300 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması, həmçinin övladları 3 yaşa çatanadək onlara baxması ilə əlaqədar 100 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, həmçinin ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına 2(010)-2884/2025 nömrə ilə qeydiyyata alınaraq, hal-hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi xanım Səlimə Miriyevanın icraatında baxılmaqdadır. Həmçinin aliment tələbinə dair olan hissədə müraciəti, müvəqqəti təminat tədbiri görülməsi, alimentin Cavabdeh alınaraq, ona ödətdirilməsi barədə qərardad Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyevin icraatındadır. Halhazırda o, artıq Cavabdeh ilə barışmaq fikrində olmadığı üçün özünə məxsus olan bütün əmlaklarını gəlin köçdüyü və yaşadığı ünvandan qəti şəkildə götürmək fikrindədir. Bununla bağlı, o, ərizə ilə Mediasiya Şurasına müraciət edib, Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/8/2025-01264 nömrəli, xx.xx.2025-ci il tarixli müvafiq arayışı almışdır. Sadalanan qızıl-zinət əşyaları və ona verilmiş hədiyyə qızıl üzük o, azyaşlı körpələri ilə ata evinə qayıdan zaman Cavabdeh yaşadığı ünvan 3 ünvanında qalmış və hal-hazıradək cavabdeh tərəfindən ona qaytarılmamışdır. Qeyd etdiyi cehiz əmlakı nikaha daxil olanadək ona məxsus olduğundan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1ci maddəsinə əsasən onun ayrıca mülkiyyəti hesab olunur. Ona görə də, özünə məxsus əmlak cavabdehdən alınaraq ona verilməlidir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarının CVN/0 22 -386/25 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilən məbləğdə, yəni 6166 manat dəyərində tutulmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirdi ki, onun hamilə olduğu vaxt hematoması olmuşdur. O, xx.xx.2024-cü il tarixdə evdən çıxmışdır, ancaq heç bir dava-dalaş olmadan getmişdir. Həm də Elnur rayona getdiyi üçün onu atasıgilə aparıb qoymuş, qayıdanda gəlib götürəcəyini demişdir. O evdən davasız, problemsiz getmişdir. Bu səbəbdən evdən gedəndə heçnə aparmamışdır. Sonradan isə ona şər atmışdır ki, guya Zakir gəlib onu evdən aparıb. Zakir isə onun xalası oğludur. Elnurun deməsinə görə qızılları Zakir götürüb, ancaq uşaqlar doğulandan sonra xəstəxana çıxışına Zakir gəlib, Elnur da orada olub. Əgər Zakir qızılları götürmüş olsaydı, ora gəlməzdi. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahat verərək bildirdi ki, qızı hələ evlənmədən Elnur onun başını aldatmış, onu Elnurla evləndirməyəcəklərini demiş və onlar da qaçmışlar. Qızı hamilə olan vaxt hematoması olmuş, Elnur özü qızını onlara gətirmişdir. Daha əvvəl də qızı 3 dəfə onlara gəlmişdir. Elnur daha əvvəl qızılların Zakirdə olduğunu deyirmiş, indi də onda olduğu yalanını danışır. Odur ki,iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək bildirdi ki, toy günü qızı üçün qızıl komplekt dəsti gətiriblər və oynaya-oynaya taxıblar, sonra isə öz evlərinə gediblər. Təqdim edilmiş şəkillər onlarda çəkilib. Onlar qızılları tələb edirlər. iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, cehiz əşyalar və sənədlər onun evindədir. Cehiz əmlaklarını apardıqları evdə heç yaşamır, evin qapısı bağlıdır, əşyalar da içəridədir. O, dəfələrlə əşyaları gəlib götürmələrini demiş, hətta mediasiyada da yazmışdır, ancaq gəlib aparmamışlar. Qızıllar isə onda deyil. O, evdə olmayan vaxt Zakir və həyat yoldaşı gəlmiş, onun valideynləri evdə olmuşdur, Zakir özünü polis kimi, Rəfiqə isə polisin arvadı kimi tanıtmış və içəri girib qızılları götürmüşlər. Onların qapısı açıq olmuş, qızıllar da şkafın içində olmuşdur. O, qızılları Mərkəzi Univermaqdan almış, 2500 manatı da sayaraq orada özü vermişdir. Komplekt qızıl dəsti onlarda deyil, digərlərini isə verməyə razıdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-4042/2025 nömrəli qərardadı ilə qiymətləndirici-mütəxəssis cəlb edilmiş və mütəxəssis qarşısında “bir ədəd üzük (585 əyarlı, 1.48 qr.), bir ədəd üzük (750 əyarlı,5.83 qr.), dəst kompekt; bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd üzük və bir cüt sırğa (750 əyarlı, ümumi çəkisi 20.83 qr.) və bir ədəd üzüyün (750 əyarlı, 2.92 qr.) real bazar qiyməti nə qədər təşkil edir?” sualları qoyulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş CVN/O 22-386/25 nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, bir ədəd üzük (585 əyarlı, 1.48 qr.)-250 manat, bir ədəd üzük (750 əyarlı, 5.83 qr.)-1166 manat, dəst kompekt; bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd üzük və bir cüt sırğa (750 əyarlı, ümumi çəkisi 20.83 qr.)-4166 manat və bir ədəd üzük (750 əyarlı, 2.92 qr.)-584 manat, qızıl-zinət əşyalarının ümumilikdə orta bazar qiyməti 6166 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 13 ədəd fotoşəkildən iddiaçının üzərində qızıl-zinət əşyalarının olması və evində cehiz əşyalarının yerləşdirilməsi görünür. İş materiallarına əlavə edilmiş diskdən iddiaçının cehiz olaraq gətirdiyi əşyaların evdə yerləşdirilməsi və toy zamanı qızılların taxılması görünür. xx.xx.2025-ci il tarixli xidmət göstərilməsinə dair müqavilədən görünür ki, sifarişçi “X9” MMC-yə hüquqi xidmətlərin yerinə yetirilməsinə görə 320 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 134,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/8/2025-01264 nömrəli arayışdan müəyyən olunur ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə cehiz və qızıl-zinət əşyalarının, ona aid sənədlərin və şəxsi əşyaların qaytarılması tələbinə dair ilkin mediasiya sessiyası keçirilmiş, lakin irəli sürülən tələblər üzrə qarşılıqlı razılıq əldə edilməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi qərara alınmışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin əşyaların qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən qeyd edilməlidir ki, müvafiq hüquq normasının istənilən mübahisəli hüquq münasibətinə tətbiqi üçün 3 şərt eyni anda mövcud olmalıdır - 1) mübahisə edilən əşya(lar) iddiaçıya (mübahisə edən tərəfə) məxsus olmalı (onun mülkiyyətində olmalı), 2) həmin əşyalar iddiaçının (mübahisə edən tərəfin) iradəsindən kənar qarşı tərəfin (iddia tələbinin yönəldiyi şəxsin) sahibliyinə keçməli və 2) bu sahiblik qanunsuz (qanuna zidd) olmalıdır. Həmçinin, həmin şərtlərin hər biri eyni zamanda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tələbləri mübahisəli hüquq münasibətinə tətbiq edilməlidir. İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi əşyalar cehiz əşyaları, şəxsi sənədləri və qızıl-zinət əşyalarından ibarətdir. Məhkəmə iddia tələbinin cehiz əşyaları və şəxsi sənədlərə dair hissəsində qeyd edir ki, həmin əşyaların siyahısı və onlar barədə məlumatlar iddia ərizəsində sadalanmışdır. Cavabdeh iş üzrə məhkəmənin hazırlıq iclaslarında iştirak edərək iddia tələbi ilə tanış olduğunu, tələb olunan əşya və sənədlərin onda olduğunu, iddiaçının istədiyi vaxt götürə biləcəyini açıq şəkildə bildirmişdir. Məhkəmə tərəfindən cavabdehin iddia ərizəsi, ərizədə sadalanan əşyalar və qeyd olunan məlumatlarla tanış olub-olmaması aydınlaşdırılmış, cavabdeh isə məlumatlı olduğunu və həmin hissədə iddia tələbini qəbul etdiyini etiraf etmişdir. Daha sonra məhkəmə baxışı mərhələsində cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq cehiz əşyaların hamısının onda olmadığını, ümumiyyətlə isə bəzilərinin cehiz əşyası kimi gətirilmədiyini bildirmişdir. Lakin cavabdeh hansı əşyaların onda olduğunu, hansıların olmadığını konkretləşdirməmiş, bu barədə hər hansı fikir bildirməyərək sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin sonradan irəli sürdüyü bu ümumi və qeyrimüəyyən etiraz onun əvvəlki açıq etiraflarını təkzib edən hal kimi qiymətləndirilə bilməz. Çünki cavabdehə iddia tələbi ilə tanış olmaq üçün kifayət qədər imkan yaradılmış, məhkəmə tərəfindən bu hal dəfələrlə yoxlanılmış, o isə öz iradəsini sərbəst və birmənalı şəkildə ifadə edərək tələb olunan cehiz əşyalarının və şəxsi sənədlərin onda olduğunu bildirmişdir. Sonradan irəli sürülən, lakin konkretləşdirilməyən və heç bir sübutla təsdiqlənməyən etirazlar həmin əvvəlki izahatların etirafedici qüvvəsini aradan qaldırmır. Bu səbəbdən məhkəmə cavabdehin əvvəlki iclaslarda verdiyi etirafedici izahatları, işin digər halları ilə birlikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən cehiz əşyaları və iddiaçıya məxsus şəxsi sənədlər cavabdehin faktiki sahibliyindədir və ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Qızıl-zinət əşylarına münasibətdə, iddiaçı iddia edir ki, rəsmi nikahda olduqları zaman cavabdeh ilə aralarında heç bir mübahisə olmadan, xəstə olduğu üçün ata evinə getmiş və həmin vaxtda özü ilə qızıl əşyalarından heç birini aparmamış, həmin əşyalar cavabdehə məxsus evdə qalmışdır. Sonradan cavabdehdən qızıl-zinət əşyalarını tələb etsə də, cavabdeh qızılların onda olmadığını bildirmişdir. Cavabdeh isə əvvəlki məhkəmə iclaslarında həmin qızıl-zinət əşyalarının onda olmadığını, iddiaçının qohumları tərəfindən evə daxil olaraq aparıldığını, buna dair sübutlarının olduğunu bildirmişdir. Məhkəmə zəruri sübutların təqdim olunması üçün dəfələrlə məhkəmə iclasını təxirə salmış, lakin cavabdeh tərəfindən qeyd edilən halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında cavabdeh komplekt dəstdən başqa, qeyd olunan qızılların onda olduğunu bildirmişdir. Beləliklə işin hallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə birgə yaşadığı evi tərk edərkən ailə münasibətlərinin pozulacağını güman etməmiş, xəstə olması ilə əlaqədar cavabdeh tərəfindən atasının evinə aparılmış, həmin əşyaları götürmək imkanı istisna olmuşdur. Cavabdeh əvvəlki iclaslarda qeyd olunan qızıl-zinət əşyalarının onda olmadığını bildirsə də, lakin sonrakı iclasda dəst komplekt istisna olmaqla digər əşyaların onda olduğunu etiraf etmişdir. Cavabdehin məhkəmə iclasınlarında verdiyi izahatların bir-birinə zidd olması onun mövqeyinin etibarlılığını şübhə altına alır. Belə ki, cavabdehin sonradan qızıl üzük əşyalarının onda olduğunu etiraf etməsi məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı mənzili tərk edərkən qızıl-zinət əşyalarını özü ilə aparmamış və həmin əşyalar mənzildə qalmışdır. Qeyd edilən işin faktiki halları məhkəmə araşdırması gedişində iş materiallarına əlavə edilmiş fotoşəkillər və disk, iddiaçının izahatı ilə öz təsdiqini tapmış, iş üzrə keçirilən məhkəmə iclaslarından xəbərdar olan cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim edilsə də, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən və ya izahatlarında bildirdiyi kimi, iddiaçının qohumları tərəfindən götürülməsi barədə hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya məxsus üç ədəd üzük və bir ədəd qızıl komplekt cavabdehdə saxlanılır və ondan alınaraq iddiaçıya qaytarılmalıdır. İş üzrə qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən qiymətləndirici mütəxəssis prosesə cəlb edilmiş, iş materiallarında olan sübutlar, o cümlədən əşyaların şəkilləri mütəxəssisə təqdim edilmişdir. Qiymətləndirici tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının real bazar dəyəri müəyyən edilmişdir. Həmin rəyə görə, bir ədəd üzük (585 əyarlı, 1.48 qr.)-250 manat, bir ədəd üzük (750 əyarlı, 5.83 qr.)-1166 manat, dəst kompekt; bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd üzük və bir cüt sırğa (750 əyarlı, ümumi çəkisi 20.83 qr.)-4166 manat və bir ədəd üzük (750 əyarlı, 2.92 qr.)-584 manat olmaqla, əşyalarının ümumilikdə real bazar qiyməti 6166 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh həmin rəyə etiraz edərək qızıl dəst komplektin 2500 manata alındığını bildirmiş və qiymətləndirmənin yenidən keçirilməsini xahiş etmişdir. Lakin cavabdehin bu etirazı hər hansı sübutla təsdiq edilməmişdir. Məhkəmə tərəfindən cavabdehə izah edilmişdir ki, mövcud mütəxəssis rəyinin mötəblərliyini şübhə altına alan halları əsaslandırmaq və ya alternativ qiymətləndirmə rəyi təqdim etmək üçün o, müstəqil qaydada mütəxəssis rəyi alaraq məhkəməyə təqdim edə bilər. Məhkəmə tərəfindən cavabdehə kifayət qədər şərait yaradılmış, iclas bir neçə dəfə təxirə salınmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən hər hansı alternativ mütəxəssis rəyi və ya qiymtələndirmə sənədi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehin qızıl dəstin əvvəl daha aşağı qiymətə alınmasına dair arqumentinini əsaslı hesab etmir. Belə ki, qızıl-zinət əşyalarının qiyməti bazar şəraitindən asılı olaraq dəyişkən olub zaman keçdikcə arta bilər. Bu səbəbdən əşyaların ilkin alınma qiyməti deyil, onların hazırkı real bazar dəyəri əsas götürülməlidir. Beləliklə, məhkəmə mövcud mütəxəssis rəyini iş üzrə mötəbər sübut hesab edir və həmin rəyə əsasən iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının ümumi dəyərinin 6166 manat məbləğində müəyyən edilməsini əsaslı sayır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyalarını iddiaçıya qaytarmalı, əşyaların naturada qaytarılması mümkün olmadığı halda isə onların müəyyən edilmiş bazar dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımı şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır... Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 134,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin xidmət göstərilməsinə dair bağlanmış müqavilə üçün ödənilmiş 320 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə bildirir ki, prosessual normanın tələbindən aydın olduğu kimi məhkəmə xərcləri dövlət rüsumu və işə baxılmasına dair məsrəflərdən ibarətdir. Hazırkı iş materiallarından göründüyü kimi, iddiaçının nümayəndəsi və “X9” MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli “Xidmət göstərilməsinə dair müqavilə” bağlanmış və göstəriləcək xidmətin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 320 manat məbləğində müəyyən edilərək iddiaçı tərəfindən ödənilmişdir. İddia tələbi təmin edildiyindən vəkilə çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 01 ədəd televizor (700 manat), 02 ədəd xalça (300 manat), 03 ədəd çilçıraq (270 manat), 01 ədəd stul və 06 ədəd stul dəsti (1050 manat), 01 ədəd “komod” (350 manat), 01 ədəd yataq dəsti – paltar şkafı, cam güzgü (1500 manat), 01 ədəd sandıq (100 manat), 01 ədəd künc divanı (900 manat), 01 ədəd “jurnalni” (100 manat), 01 dəst yorğan-döşək – 09 ədəd ədyal (750 manat), 01 ədəd tozsoran (120 manat), 01 ədəd ütü (80 manat), 01 ədəd ütü masası (70 manat), 05 ədədli qazan dəsti (650 manat), 01 ədəd qazan (50 manat), 12 ədəd çay stəkanı (xrustal) və nəlbəki (120 manat), 12 nəfərlik 01 ədəd yemək dəsti (800 manat), 12 nəfərlik 01 ədəd yemək dəsti (500 manat), 12 nəfərlik 48 parça 01 ədəd yemək dəsti (60 manat), 06 nəfərlik 24 parça 01 ədəd yemək dəsti (35 manat), 36 ədəd stəkan (140 manat), 03 ədəd çay üçün 06 nəfərlik “çaşka” dəsti (150 manat), 03 ədəd meyvə qabı, 04 ədəd konfet qabı, 04 ədəd mürəbbə qabı, 04 ədəd şirniyyat qabı, 04 ədəd ləbləbi qabı, 02 ədəd qənd qabı, 01 ədəd güldan dəsti (400 manat), 01 ədəd “tok çayniki dəm çayniki” ilə birgə (150 manat), 04 ədəd 02 nəfərlik pastel dəsti (300 manat), 02 nəfərlik yorğan 04 ədəd “sentefon” balış ilə birgə (180 manat), 24 ədəd armudu stəkan (100 manat), 01 ədəd “sini podnos” (80 manat), 01 ədəd saçqurudan (45 manat), 01 ədəd bıçaq dəsti (35 manat), 01 ədəd “Tefal” markalı qazan qaşıqları dəsti (40 manat), 02 ədəd tort qabı dəsti (80 manat), 12 qaşıqdan ibarət 01 ədəd qaşıq dəsti (75 manat), 01 ədəd stolüstü saat (25 manat), ikitərəfli 01 ədəd tava (35 manat), 06 ədəd yumuşaq oyuncaqdan (130 manat) ibarət cehiz əşyaları, 01 ədəd 585 əyarlı ümumi çəkisi 1.48 qram olan qızıl üzük (250 manat), 01 ədəd 750 əyarlı ümumi çəkisi 5.83 qram olan qızıl üzük (1166 manat), 01 ədəd 750 əyarlı ümumi çəkisi 20.83 qram olan 01 ədəd boyunbağı, 01 ədəd qolbaq, 01 ədəd üzük və 01 ədəd sırğadan ibarət qızıl dəst (4166 manat), 01 ədəd 750 əyarlı ümumi çəkisi 2.92 qram olan qızıl üzükdən (584 manat) ibatər qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, qətnamə icra olunan vaxta həmin əşyalar mövcud olmadıqda onların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmçinin, iddiaçıya məxsus - ali təhsil haqqında diplom, hərbi bilet, doğum haqqında şəhadətnamə, sertifikat, albom və şəkillər cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 01 ədəd televizor (700 manat), 02 ədəd xalça (300 manat), 03 ədəd çilçıraq (270 manat), 01 ədəd stul və 06 ədəd stul dəsti (1050 manat), 01 ədəd “komod” (350 manat), 01 ədəd yataq dəsti – paltar şkafı, cam güzgü (1500 manat), 01 ədəd sandıq (100 manat), 01 ədəd künc divanı (900 manat), 01 ədəd “jurnalni” (100 manat), 01 dəst yorğan-döşək – 09 ədəd ədyal (750 manat), 01 ədəd tozsoran (120 manat), 01 ədəd ütü (80 manat), 01 ədəd ütü masası (70 manat), 05 ədədli qazan dəsti (650 manat), 01 ədəd qazan (50 manat), 12 ədəd çay stəkanı (xrustal) və nəlbəki (120 manat), 12 nəfərlik 01 ədəd yemək dəsti (800 manat), 12 nəfərlik 01 ədəd yemək dəsti (500 manat), 12 nəfərlik 48 parça 01 ədəd yemək dəsti (60 manat), 06 nəfərlik 24 parça 01 ədəd yemək dəsti (35 manat), 36 ədəd stəkan (140 manat), 03 ədəd çay üçün 06 nəfərlik “çaşka” dəsti (150 manat), 03 ədəd meyvə qabı, 04 ədəd konfet qabı, 04 ədəd mürəbbə qabı, 04 ədəd şirniyyat qabı, 04 ədəd ləbləbi qabı, 02 ədəd qənd qabı, 01 ədəd güldan dəsti (400 manat), 01 ədəd “tok çayniki dəm çayniki” ilə birgə (150 manat), 04 ədəd 02 nəfərlik pastel dəsti (300 manat), 02 nəfərlik yorğan 04 ədəd “sentefon” balış ilə birgə (180 manat), 24 ədəd armudu stəkan (100 manat), 01 ədəd “sini podnos” (80 manat), 01 ədəd saçqurudan (45 manat), 01 ədəd bıçaq dəsti (35 manat), 01 ədəd “Tefal” markalı qazan qaşıqları dəsti (40 manat), 02 ədəd tort qabı dəsti (80 manat), 12 qaşıqdan ibarət 01 ədəd qaşıq dəsti (75 manat), 01 ədəd stolüstü saat (25 manat), ikitərəfli 01 ədəd tava (35 manat), 06 ədəd yumuşaq oyuncaqdan (130 manat) ibarət cehiz əşyaları, 01 ədəd 585 əyarlı ümumi çəkisi 1.48 qram olan qızıl üzük (250 manat), 01 ədəd 750 əyarlı ümumi çəkisi 5.83 qram olan qızıl üzük (1166 manat), 01 ədəd 750 əyarlı ümumi çəkisi 20.83 qram olan 01 ədəd boyunbağı, 01 ədəd qolbaq, 01 ədəd üzük və 01 ədəd sırğadan ibarət qızıl dəst (4166 manat), 01 ədəd 750 əyarlı ümumi çəkisi 2.92 qram olan qızıl üzükdən (584 manat) ibatər qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı qaytarılsın, qətnamə icra olunan vaxta həmin əşyalar mövcud olmadıqda onların dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçıya məxsus sənədlər - ali təhsil haqqında diplom, hərbi bilet, doğum haqqında şəhadətnamə, sertifikat, albom və şəkillər Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş 134,60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İlkin mediasiya sessiyasında ödənilmiş 60 manat pul vəsaiti və “X9” MMC tərəfindən xidmətin göstərilməsi ilə əlaqədar ödənilmiş 320 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar