Məhkəmə qərarları › İş №2(010)-4061/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4061/2023

23.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4061/2023 23.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*0 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Qəbir daşının fotoşəklindən görünür ki, X4 *954-cü ildə doğulmuş və *994-cü ildə vəfat etmişdir.

2. Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli 258 №-li arayışından görünür ki, X* qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.

3. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin *9.08.2023-cü il tarixli, *476-05/70 №-li arayışından görünür ki, X4 barəsində Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında ilkin akt qeydləri *99*-*997-ci il üzrə yoxlanılmışdır. Ölüm haqqında bərpa akt qeydləri *994-2000-ci il üzrə yoxlanılmışdır. Ölüm haqqında ilkin akt qeydləri *994-*995-ci illər üzrə Əmircan, Bülbülə, Yeni Suraxanı, Qaraçuxur, Zığ, Hövsan icra nümayəndəlikləri yoxlanılmışdır.

İşin faktiki halları

4. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X4 2* yanvar *994-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bülbülə qəbiristanlığında dəfn edilmişdir. Sadəcə olaraq X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Ərizəçinin tələbi

5. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, *8 iyun *954-cü il təvəllüdlü X2 2* yanvar *994-cü il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan Ərizəçi ərizəyə dəqiqləşmə edərək, X2 2* yanvar *994-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

7. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı raon Qeydiyyat şöbəsi *0.*0.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, bacısı *994-cü ildə vəfat etdikdən sonra *995-ci ildə yeznəsi, bir neçə il sonra isə qardaşı vəfat etmişdir. Ailədə çox itki baş verdiyi üçün başları qarışıq olduğundan bacısının ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, mərhum onların qonşusu olmuşdur. Mərhum Elmira xanım onun bacısı ilə eyni zavodda işləmiş və yaxın rəfiqə olmuşlar. Elmira xanım uzun müddət yataq xəstəsi olmuşdur və *994-cü ildə yanvar ayında vəfat etmişdir. Vəfat edən zaman azyaşlı körpələri olduğu üçün özü yas mərasinə gedə bilməmiş, valideynləri yas mərasimində iştirak etmişdir. *0. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, mərhum onun dayısı qızı olmuşdur və xəstəlik nəticəsində *994-cü ildə rəhmətə getmişdir. Yaxın bir qohum kimi dəfndə o da iştirak etmişdir.

Tətbiq edilən hüquq

**. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*4. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *5. Məhkəmə hesab edir ki, X2 2* yanvar *994-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun bacısının ölüm faktı müəyyən olunmalıdır.

Məhkəmə xərcləri

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *7. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

*8. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 2* yanvar *994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. *9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. X2 2* yanvar *994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar