Məhkəmə qərarları › İş №2(010)-4082/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4082/2022

08.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4082/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *8.08.2002-ci il təvəllüdlü X9 **.0*.2022-ci il tarixdə Bakı şəhərində ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, qardaşım oğlu X4 *8.08.2002-ci il tarixdə Qazaxıstan Respublikasında doğulmuşdur. X4 anadan olandan Qazaxıstan Respublikasında ailə üzvləri ilə birlikdə yaşayırdı. 2022-ci ilin yanvar ayında müalicə məqsədi ilə Bakıya gəlmişdir. O, artıq neçə ildir ki, “qıc olma” xəstəliyindən əziyyət çəkirdi. X*5 Bakı şəhəri, Səbail rayonu, Badamdar * massiv, küçə *, ev 62 B ünvanında yaşayırdı. **.0*.2022-ci il tarixində qardaşım oğlunun səhhəti qəfil pisləşdi. Həmin vaxt biz təcili tibbi yardıma zəng vurduq. Lakin həkim gələnə kimi o vəfat etdi. Mərhum qardaşım oğlu vəfat edərkən mən, mərhumun əmisi arvadı Ələkbərova Gülnarə, mərhumun bibisi oğlu X*0 və qonşusu Əsgərova Nəzakət yanında idik. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, müəyyən sənədləşmə işləri görmək üçün mərhum qardaşım oğlunun ölümü haqqında şəhadətnamə tələb olunur. Bu səbəbdən də mən X9 ölümü haqqında şəhadətnaməsini almaq üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etdim. Qeydiyyat şöbəsinin imtina məktubunda mənə qardaşım oğlu X9 ölüm haqqında şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirildi və qanunvericiliyin tələbinə əsasən müvafiq sənədi almaq üçün məhkəməyə müraciət etməyim məsləhət görüldü. X* ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyimin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edirəm ki, məhkəmə qətnaməsi ilə X9 ölümünün qeyd edilmə faktı müəyyən olunmalıdır”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X4 qardaşı oğlu olmuş, uşaqda anadangəlmə serebral iflic xəstəliyi olmuşdur. O, bu ilin əvvəlində ailəsi ilə birlikdə Bakıya gəlmiş, lakin qəfil səhhəti pisləşmiş, qızdırması qalxmışdır. Onu həkimə aparmaq istəsələr də gec olmuşdur. Mərhum qardaşı oğlu Qazaxıstanda xəstəliyinə görə təqaüd almışdır. Hazırda ölümü ilə əlaqədar bu təqaüd dayandırılmalıdır, lakin bunun üçün ölüm haqqında şəhadətnamə lazımdır. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iclasın nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Kurqan şəhəri bələdiyyə VVAQ müəssisəsi tərəfindən *0.03.2004-cü il tarixdə verilmiş İ-БС seriyalı, 577*27 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X*6 (ata X6, ana X3) *8.08.2002ci il tarixdə Qazaxıstan Respublikası, Severo-Kazaxstan vilayəti, Petropavlovskda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *0.03.2004-cü il tarixdə 725 nömrə ilə qeyd edilmişdir.

6. Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 05.*2.2022-ci il tarixli, 80 nömrəli arayışdan görünür ki, X2 rayonu, Ümumşəhər (Qurd qapısı) qəbiristanlığında **.0*.2022-ci il tarixində dəfn edilmişdir.

7. Təcili və X5 Stansiyası PHŞ tərəfindən verilmiş **.0*.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası **.0*.2022-ci il tarixdə, saat 05:30-da çağırış üzrə ünvana çatmış, xəstə X** həkimə qədər öldüyü müəyyən edilmişdir.

8. *37 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş **.08.2022-ci il tarixli, 76* nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 2 saylı evin 4* nömrəli mənzilində Qubadlı rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.

9. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 0*.08.2022-ci il tarixli, 05/Q-905/*5 nömrəli məktubdan görünür ki, X** ölümünün qeyd edilməsi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. *0. Bir ədəd qəbir daşının fotoşəklindən görünür ki, qəbir daşının üzərində “X*3, *8.08.2002 - **.0*.2022” yazılmışdır.

İşin faktiki halları.

**. Ərizəçi qardaşı oğlu *8.08.2002-ci il təvəllüdlü X** **.0*.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Onun ölümündən sonra ünvana çağırış üzrə getmiş təcili tibbi yardım stansiyası əməkdaşları tərəfindən müvafiq xəbərdarlıq vərəqəsi verilmişdir. Buna baxmayaraq, həmin şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən müvafiq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə etmiş, mərhumun dəfn edildiyi qəbiristanlıq üzrə arayış, qəbir daşının fotoşəkli kimi sübutları məhkəməyə təqdim etmişdir.

Tətbiq edilən hüquq. *2. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

*3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

*5. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən qardaşı oğlu X9 **.0*.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X9 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi mərhumun ölüm faktını təsdiq edən şəhadətnaməni müvafiq qeydiyyat orqanından ala bilməmişdir. Bu səbəbdən ərizəçi qardaşı oğlunun ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *7. Ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə getmiş təcili və X5 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun qəbiristanlıqda dəfn edilməsinə dair arayış, qəbir daşının fotoşəkli kimi sübutlarla da təsdiq edilmişdir. *8. Göründüyü kimi, ərizəçinin qardaşı oğlu X9 **.0*.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

*9. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *8.08.2002-ci il təvəllüdlü X9 **.0*.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. *8.08.2002-ci il təvəllüdlü X9 **.0*.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar