Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4085/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçin iştirakı ilə, Ərizəçin (5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən anası xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş X3 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X6 xx.xx.1935-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Bakı şəhərində yaşamış və xx.xx.2014-cü il tarixdə isə Bakı şəhərində yaşadıqları evdə vəfat etmişdir. O, qohumları ilə birlikdə anasını yaxınlıqdakı Dədə Qorqud məzarlığında dəfn etmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni qardaşının vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona anasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bildirir ki, o, anasına ölüm şəhadətnaməsi almaq məqsədi ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, müraciətinə cavab olaraq qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildiririk ki, ölüm haqqında tibib şəhadətnaməni təqdim etmədiyinizə görə ölümün dövlət qeydiyyatının tərəfimizdən aparılması mümkün olmamışdır”. Qeyd edir ki, anasının ölümü haqqında şəhadətnamənin verilməsindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, qeyd edir ki, anasının ölməsi faktını təsdiq edəcək sübutları ərizəyə əlavə edir. Eyni zamanda, məhkəmə iclasında anasının ölməsi faktını təsdiq edəcək şahidləri də olacaqdır. Tərəflərin izahatları.
4. Məhkəmə baxış iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadələri.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi onun əmisi, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə nənəsidir. Nənəsi 2014cü ilin sentyabr ayının 17-də vəfat etmişdir. Nənəsi vəfat edən ərəfələrdə onlarla birlikdə yaşamışdır. Nənəsinin nədən vəfat etməsi ona məlum deyil. Nənəsinin qızı, yəni onun bibisi 2000-ci ilin əvvəllərində vəfat etmiş, bu vəfat nənəsinə pis təsir etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, ərizəçi onun əmisi, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə nənəsidir. Nənəsi 2014cü ildə vəfat etmişdir. Nənəsi vəfat edən vaxt 1-2 günlük onlara qonaq kimi gəlmişdir. Səhərə yaxın nənəsinin səhhəti pisləşmişdir və ona görə həkim çağırmışlar. Həkim gəldikdə onlara bildirmişdir ki, artıq nənəsi vəfat etmişdir. Nənəsinin vəfat etmə səbəbi isə ona məlum deyil. Ona o məlumdur ki, nənəsi 1-2 dəfə insult keçirmişdir. Bibisi Validə xanım gənc yaşlarında vəfat etmiş, bu ölüm nənəsinə pis təsir etmişdir. Bibisi vəfat edən zaman 32 yaşı olmuşdur.
İş materialları.
8. xx.xx.1992-ci il tarixli, X-Tİ seriyalı, 468639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası X10, anası X4) xx.xx.1978-ci il tarixdə Gürcüstan Respublikası, Rustavi şəhərində doğulmuşdur.
9. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 493998 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2025-ci il tarixdə “dəqiqləşdirilməmiş hüceyrə tipli kəskin leykoz” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 275 nömrə ilə qeyd edilmişdir.
10. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçiə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Nəbiyeva Səməngülün ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
11. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 24 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçiə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 ******* nömrəli – F106 ölüm haqqında tibbi şəhadətnaməsinin sahə həkimi İbrahimova Yaqut tərəfindən xəstə yaxınlarına xx.xx.2014-cü il tarixdə təqdim edilməsi, lakin müəssisənin arxivində sənədlər uzun müddət saxlanılmadığından F106 ölüm haqqında tibbi şəhadətnaməni yenidən verməyin mümkün olmadığı bildirilmişdir.
12. Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 201 nömrəli arayışdan görünür ki, Nabieva Samangül xx.xx.2014-cü il tarixdə vəfat etmiş və Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir.
13. İş materiallarına əlavə edilmiş 01 ədəd fotoşəkildən üzərində “X4 10.Xİ.1935 – 12.İX.2014” həkk olunmuş qəbir daşı görünür. İşin faktiki halları.
14. Ərizəçi mərhum anası xx.xx.1935-ci il təvəllüdlü Nabıeva Samangulun xx.xx.2014-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin anasının ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi iddianı müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişdirlər.
Tətbiq edilən hüquq.
15. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
18. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum anası xx.xx.1935-ci il təvəllüdlü Nabıeva Samangulun xx.xx.2014-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir.
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1935-ci il təvəllüdlü Nabıeva Samangulun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi anasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir.
20. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər də ərizədə qeyd edilənləri təsdiq etmişdirlər.
21. Göründüyü kimi ərizəçinin anası xx.xx.1935-ci il təvəllüdlü Nabıeva Samangulun xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1935-ci il təvəllüdlü Nabıeva Samangulun xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1935-ci il təvəllüdlü Nabıeva Samangulun xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.