Məhkəmə qərarları › İş №2(010)-4090/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4090/2021

12.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4090/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin Hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü və payların müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü və payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 34., Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 213.5, 225.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 32.2.2, 36.3, 36.4, 37.1. maddələrini rəhbər tutmaqla birgə nikah dövründə onun və cavabdehin ümumi birgə təsərrüfatı hesabına tikilən əvəzli əqd əsasında əldə olunan ünvan 1 ünvanında yerləşən 124 saylı mənzilin himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarının 29 iyun 2011-ci il təvəllüdlü X2 və 05.04.2018-ci il təvəllüdlü X1 mənafeləri nəzərə alınaraq 2/3 hissəsinə isə iddiaçının-yəni İddiaçı payı müəyyən olunaraq bölünməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil barışıq sazişi təqdim edərək izahatında göstərmişlər ki, tərəflər öz aralarında razılığa gələrək barışmış və buna dair barışıq sazişi bağlamışlar. Qeyd edilənlərə əsasən barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında məhkəmədən barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim olunmuş tərəflər arasında bağlanmış 12 avqust 2021-ci il tarixli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: Tərəflər razılığa gəlirlər ki, Cavabdeh razılaşdırılan müvafiq notariat ofisində ünvan 1 ünvanında yerləşən 124 saylı mənzili İddiaçı bu sazişin bağlandığı gündən 16 (on altı) ay müddətində-yəni mübahisəli mənzilə dair ipoteka borcu tam bağlanan kimi dərhal notarial qaydada bağışlayacaqdır. Tərəflər razılığa gəlir ki, cavabdeh mübahisəli mənzili iddiaçının mülkiyyətinə keçirdiyi təqdirdə İddiaçı Bəfadar qızı Cavabdeh ayda 300 manat olmaq şərtilə hissə-hissə ən geci 10 il müddətində ümumilikdə 30.000 (otuz min) manat pul ödəyəcəkdir. Tərəflər razılığa gəlir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 124 saylı mənzilə heç bir halda qanunsuz daxil olmayacaqdır. Belə bir müdaxilə olarsa daşıyacağı məsuliyyətdən və onun hüquqi nəticələrindən xəbərdardır. Tərəflər razılığa gəlir ki. İddiaçı 2 uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülür və orada daimi yaşayır. Tərəflərə barışıq sazişindən irəli gələn hüquqi nəticələr tam aydındır. Qeyd: Barışıq sazişini heç bir hədə qorxu, zor tətbiqi olmadan öz sərbəst iradəmizə əsasən imzaladıq və təsdiq etdik.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinə qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü və payların müəyyən olunması tələbinə dair icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 263- 264-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü və payların müəyyən olunması tələbinə dair iddia üzrə icraata xitam verilsin. 12.08.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh razılaşdırılan müvafiq notariat ofisində ünvan 1 ünvanında yerləşən 124 saylı mənzili İddiaçı bu sazişin bağlandığı gündən 16 (on altı) ay müddətində-yəni mübahisəli mənzilə dair ipoteka borcu tam bağlanan kimi dərhal notarial qaydada bağışlayacaqdır. Tərəflər razılığa gəlir ki, cavabdeh mübahisəli mənzili iddiaçının mülkiyyətinə keçirdiyi təqdirdə İddiaçı Bəfadar qızı Cavabdeh ayda 300 manat olmaq şərtilə hissə-hissə ən geci 10 il müddətində ümumilikdə 30.000 (otuz min) manat pul ödəyəcəkdir. Tərəflər razılığa gəlir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 124 saylı mənzilə heç bir halda qanunsuz daxil olmayacaqdır. Belə bir müdaxilə olarsa daşıyacağı məsuliyyətdən və onun hüquqi nəticələrindən xəbərdardır. Tərəflər razılığa gəlir ki. İddiaçı 2 uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülür və orada daimi yaşayır. Tərəflərə barışıq sazişindən irəli gələn hüquqi nəticələr tam aydındır. Qeyd: Barışıq sazişini heç bir hədə qorxu, zor tətbiqi olmadan öz sərbəst iradəmizə əsasən imzaladıq və təsdiq etdik.” Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar