Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4134/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *0.03.*969-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, ərim – X7 xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhərində ölmüşdür. Həkimə vaxtında müraciət etmədiyimizdən ərim barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişik. Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən göründüyü kimi X7 xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhərində dünyasını dəyişmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı “ASAN xidmət” X* müraciət etsəm də şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi”.
Ərizənin dəqiqləşdirilməsi.
3. Daha sonra Ərizəçi dəqiqləşdirmə ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən *0.03.*969-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum X7 onun əri olmuş, xx.xx.2022-ci il tarixdə, gecə saat *2 radələrində vəfat etmişdir. O, həmin gün ərzində özünü yaxşı hiss etməmişdir. Onlar təcili yardım çağırsa da heç bir faydası olmamış, təcili yardım həkimi infarktdan öldüyünü demişdir. Bundan sonra mərhum Bakıxanov qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almalı olduğunu bilməmişdir. Lakin hazırda ərinin ölümü ilə bağlı şəhadətnamə almaq istəyir, çünki həmin sənəd ərinin ölümünü təsdiq edəcəyindən lazımlı sənəddir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
5. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş aktdan görünür ki, həqiqətən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbiristanlıqda *0.03.*969-cu il təvəllüdlü X7 dəfn edilmişdir.
7. Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, *564 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Ağdam rayonundan məcburi köçkündür və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” y/s ** saylı yataqxanada müvəqqəti məskunlaşmışdır.
8. Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2022-ci il tarixdə, saat **:45-də çağırış üzrə ünvana çatmış, xəstə X7 dəqiqləşdirilməmiş ürək çatışmazlığından öldüyü müəyyən edilmişdir.
9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *3.07.2022-ci il tarixli, 608-05/70 nömrəli məktubdan görünür ki, X3 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir.
Şahid ifadələri.
*0. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X8 bildirdi ki, Ərizəçi onun qardaşı X3 arvadıdır. Ərizəçi xx.xx.2022-ci il tarixdə, təxminən axşam saat *2-yə işləmiş ona zəng edərək qardaşının vəziyyətinin pis olduğunu bildirmiş və təcili onlara gəlməyini xahiş etmişdir. O da həmin dəqiqə əri ilə birlikdə ərizəçinin yaşadığı Yeni Günəşlidəki evlərinə getmişdir. Onlar evə çatanda artıq qardaşının öldüyünü öyrənmişdir. Mərhum qardaşı “Razin qəbiristanlığı”nda ata və anasının yanında dəfn olunmuşdur. **. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*0 bildirmişdir ki, Ərizəçi onun xalası, mərhum X7 isə xalasının əridir. Əliyar Həşimov təxminən 5 ay əvvəl ölmüşdür və o gündən bəri xalası hər ayın 5-i yadetmə (ehsan) mərasimi keçirir. Bu səbəbdən mərhumun ayın 5-i rəhmətə getdiyini dəqiq bilir. X7 ölən gün ərizəçi ona zəng edərək Əliyar əmisinin rəhmətə getdiyini bildirmişdir. Bundan sonra aprelin *0-u onun oğlunun ad günü olsa da mərhumun qırxı çıxmadığından oğluna ad günü keçirməmişdir. Mərhum “Razin”də yerləşən qəbiristanlıqda dəfn olunmuş və o, iki dəfə onun qəbrini ziyarət etmişdir. *2. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X6 bildirmişdir ki, Ərizəçi onun bacısı, mərhum X7 isə bacısının əri olmuşdur. Aprel ayının 5-i bacısı ona zəng edərək “evim yıxıldı” demişdir. Onun da ağlına ilk olaraq bacısının oğlu Nihad gəlmiş və onun başına nəsə gəldiyini fikirləşmişdir. Bacısından nə olduğunu soruşduqda isə o, oğluna heç nə olmadığını, lakin əri Əliyarın öldüyünü bildirmişdir. Mərhumun qəbrinə bir neçə dəfə ziyarət etmişdir. Hər ayın 5-də bacısı əri üçün anım günü keçirir və onları da dəvət edir.
İşin faktiki halları. *3. Ərizəçi əri X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Onun ölümündən sonra ünvana çağırış üzrə gələn təcili tibbi yardım stansiyası əməkdaşları tərəfindən müvafiq xəbərdarlıq vərəqəsi verilmişdir. Buna baxmayaraq, ərizəçinin ərinin ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ərinin ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi iddianı müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişdir.
Tətbiq edilən hüquq.
*4. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*6. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*7. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən əri X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi ərinin ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi ərinin ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *9. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və X2 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun qəbiristanlıqda dəfn edilməsinə dair müvafiq bələdiyyədən arayış kimi sübutlarla da təsdiq edilmişdir.
20. Göründüyü kimi, ərizəçinin əri X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Məhkəmə xərcləri.
2*. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edən ərizəçi *00 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin iş materiallarından görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.*.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
23. Belə olan halda ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu artıq ödənilmiş rüsumdur və bu səbəbdən dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *0.03.*969-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ödənilmiş *00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. *0.03.*969-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva