Məhkəmə qərarları › İş №2(010)-414/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-414/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-414/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbi ilə məhkəməyə müraciət edərək, Televizor- 585 manat, lüstur -160 manat, boşqab dəsti – 460 manat, qaşıq dəsti – 150 manat, ütü – 75 manat, ütü stolu – 45 manat, tozsoran – 145 manat, paspas (pol silən) – 16 manat, ət maşını – 105 manat, şirəçəkən (sok) maşını – 39 manat, mikser – 25 manat, toster – 40 manat, blender (soğan doğrayan) – 30 manat, kofemalka – 25 manat, çaydan – 30 manat, çörək qabı – 15 manat, qazan dəsti – 280 manat, süfrə - 80 manat, örtük (pakrıval) – 250 manat, yüngül örtük (pakrıval)– 25 manat, mələfə (prostina )2 ədəd – 90 manat, ağ mələfə ( prostina ) – 16 manat, salfetka qoyulan – 10 manat, çaynik, yağqabı və qazan – 60 manat, klyonka – 14 manat, çörək taxtası – 14 manat, 2 dəst stəkan - 76 manat, konfet qabı – 30 manat, 2 ədəd şirniyyat qabı – 15 manat, aşsüzən – 5 manat, şpilka qabı – 4 manat, limon sıxan – 350 manat, 2 ədəd veşilka – 10 manat, pərdə - 100 manat, salat doğrayan – 16 manat, iri ləbləbi qabı – 45 manat, vedrə -10 manat, nəlbəki – 24 manat, meyvə qabı – 40 manat, sadə qablar – 70 manat, padnos 2 ədəd – 55 manat, kostyum – 75 manat, yun – 60 manat, moyka – 25 manat, 2 ədəd xalça – 80 manat, qaz sobası (peçi) , aspirator – 140 manat, setkalar, paltar səbətləri – 30 manat, parça – 118 manat, pərdələr zal otağı və yataq otağı üçün – 560 manat, postel – 119 manat, çörək qabı – 60 manat, saat – 30 manat, nəlbəki – 12 manat, kompot stəkanları, xrustal qrafinlər – 40 manat, oxlov – 7 manat, alyonka şampunu – 6 manat, blender – 42 manat, dəsmal (mayka tutacaq) – 12 manat, pol ağacı – 3 manat, mətbəx mebeli – 1250 manat, yataq mebeli – 3150 manat, matras – 200 manat, uşaq çarpayısı – 320 manat, anasının hədiyyəsi xrustal gül qabı, anasının hədiyyəsi olan qablar, komplekt qızıl – 2200 manat, nişan üzüyü – 900 manat, alyans üzük – 280 manat, öz üzüyü (pandora) – 300 manat, qızının üzüyü – 150 manat, ümumilikdə 13.858 manat dəyərində olan cehiz və qızıl-zinət əşyalarının cavabdeh Qasımov Ayməddı̇ n Mürşüd oğlundan alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan ailə münasibətləri korlandığı üçün məhkəmə tərəfindən nikahları pozulmuşdur. Hələ nikah pozulmamışdan bir qədər əvvəl cavabdeh ilə ailə münasibətləri kəskinləşdiyi üçün o, cavabdehlə yaşadıqları evdən çıxıb öz ata evinə getmişdir. Elə o vaxtdan ona aid qızıl zinət əşyaları və cehiz əmlakı cavabdehin yaşadığı mənzildə qalmışdır. Cehiz əşyalarının və qızıl zinət əmlakının ona qaytarılması ilə bağlı o, Mediasiya Şurasına müraciət edərək həmin məsələni könüllü qaydada öz aralarında həll etmək istəsə də, mediasiya təşkilatında problemin həlli mümkün olmamışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, ona məxsus əşyaların qaytarılmasını xahiş etdi. Nişan üzüyünün isə itirildiyini bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirdi ki, iddia tələbində qeyd olunan cehiz və qızıl-zinət əşyaları hazırda cavabdehin evindədir. Lakin həmin əmlaklar arasında yalnız 900 manat dəyərində olduğu qeyd edilən nişan üzüyü itmişdir. Belə ki, tərəflərin hələ nikahda olduqları dövrdə hər ikisinə məxsus nişan üzüyü itmişdir və bu barədə iddiaçının özünündə məlumatı var. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ 429035 saylı “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra qadına Quliyeva soyadı verilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər rəsmi nikah daxil olmaqla ailə münasibətində olmuş, lakin daha sonra nikahları pozulmuşdur. Hazırda iddiaçı ona məxsus qızıl-zinət və cehiz əşyalarının cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Cavabdeh iddia tələbini nişan üzüyü istisna olmaqla, digər əmlaklara münasibətdə qəbul edərək, həmin əmlakların iddiaçıya qaytarılmasına etiraz etmir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdeh tələb edilən 68 adda əşyanın onda olduğunu və həmin əşyaların iddiaçıya təhvil verməyə hazır olduğunu bildirir. Əşyaların dəyəri ilə bağlı isə cavabdeh əşyaların amortizasiya xərclərinin də nəzərə alınmalı olduğunu bildirir və qeyd edir ki, əşyalar natura şəklində mövcud olduğuna görə onların dəyəri ilə bağlı da mübahisə yoxdur. Beləliklə, müəyyən edilir ki, nişan üzüyü istisna olmaqla, digər əmlaklarla bağlı mübahisə mövcud deyil. Məhkəmə, eyni zamanda qeyd edir ki, iddiaçının təqdim etdiyi, əşyaların qiymətləri ilə bağlı da mübahisə yoxdur. Tələb edilən 900 manat dəyərində olan nişan üzüyü ilə bağlı isə, məhkəmə qeyd edir ki, həmin əşyanın cavabdehdə olması işin halları ilə sübut edilmir. Belə ki, tərəflərin izahatlarından müəyyən edilmişdir ki, həmin üzük itmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən - televizor- 585 manat, lüstur -160 manat, boşqab dəsti – 460 manat, qaşıq dəsti – 150 manat, ütü – 75 manat, ütü stolu – 45 manat, tozsoran – 145 manat, paspas (pol silən) – 16 manat, ət maşını – 105 manat, şirəçəkən (sok) maşını – 39 manat, mikser – 25 manat, toster – 40 manat, blender (soğan doğrayan) – 30 manat, kofemalka – 25 manat, çaydan – 30 manat, çörək qabı – 15 manat, qazan dəsti – 280 manat, süfrə - 80 manat, örtük (pakrıval) – 250 manat, yüngül örtük (pakrıval)– 25 manat, mələfə (prostina )2 ədəd – 90 manat, ağ mələfə ( prostina ) – 16 manat, salfetka qoyulan – 10 manat, çaynik, yağqabı və qazan – 60 manat, klyonka – 14 manat, çörək taxtası – 14 manat, 2 dəst stəkan - 76 manat, konfet qabı – 30 manat, 2 ədəd şirniyyat qabı – 15 manat, aşsüzən – 5 manat, şpilka qabı – 4 manat, limon sıxan – 350 manat, 2 ədəd veşilka – 10 manat, pərdə - 100 manat, salat doğrayan – 16 manat, iri ləbləbi qabı – 45 manat, vedrə -10 manat, nəlbəki – 24 manat, meyvə qabı – 40 manat, sadə qablar – 70 manat, padnos 2 ədəd – 55 manat, kostyum – 75 manat, yun – 60 manat, moyka – 25 manat, 2 ədəd xalça – 80 manat, qaz sobası (peçi) , aspirator – 140 manat, setkalar, paltar səbətləri – 30 manat, parça – 118 manat, pərdələr zal otağı və yataq otağı üçün – 560 manat, postel – 119 manat, çörək qabı – 60 manat, saat – 30 manat, nəlbəki – 12 manat, kompot stəkanları, xrustal qrafinlər – 40 manat, oxlov – 7 manat, alyonka şampunu – 6 manat, blender – 42 manat, dəsmal (mayka tutacaq) – 12 manat, pol ağacı – 3 manat, mətbəx mebeli – 1250 manat, yataq mebeli – 3150 manat, matras – 200 manat, uşaq çarpayısı – 320 manat, anasının hədiyyəsi xrustal gül qabı, anasının hədiyyəsi olan qablar, komplekt qızıl – 2200 manat, alyans üzük – 280 manat, öz üzüyü (pandora) – 300 manat, qızının üzüyü – 150 manat cavabdeh Qasımov Ayməddı̇ n Mürşüd oğlundan alınaraq iddiaçı Qulı̇ yeva Nərmı̇ n Gülağa qızına verilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmə hesab edir ki, iddia tələbi 900 manat dəyərində olduğu qeyd edilən nişan üzüyünə münasibətdə əsassızdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclasında öz izahatında həmin nişan üzüyünün cavabdehdə olmadığını, həmin nişan üzüyünün tərəflərin nikahda olduqları zaman itdiyini bildirmişdir. İddiaçı isə öz növbəsində qeyd olunan tələblə məhkəməyə müraciət etsə də, lakin həmin üzüyün hazırda cavabdehdə qalmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yəni, hazırda həmin nişan üzüyünün cavabdehdə olması işin halları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 132 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qeyd olunan cehiz və qızıl-zinət əşyaları - Televizor- 585 manat, lüstur -160 manat, boşqab dəsti – 460 manat, qaşıq dəsti – 150 manat, ütü – 75 manat, ütü stolu – 45 manat, tozsoran – 145 manat, paspas (pol silən) – 16 manat, ət maşını – 105 manat, şirəçəkən (sok) maşını – 39 manat, mikser – 25 manat, toster – 40 manat, blender (soğan doğrayan) – 30 manat, kofemalka – 25 manat, çaydan – 30 manat, çörək qabı – 15 manat, qazan dəsti – 280 manat, süfrə - 80 manat, örtük (pakrıval) – 250 manat, yüngül örtük (pakrıval)– 25 manat, mələfə (prostina )2 ədəd – 90 manat, ağ mələfə ( prostina ) – 16 manat, salfetka qoyulan – 10 manat, çaynik, yağqabı və qazan – 60 manat, klyonka – 14 manat, çörək taxtası – 14 manat, 2 dəst stəkan - 76 manat, konfet qabı – 30 manat, 2 ədəd şirniyyat qabı – 15 manat, aşsüzən – 5 manat, şpilka qabı – 4 manat, limon sıxan – 350 manat, 2 ədəd veşilka – 10 manat, pərdə - 100 manat, salat doğrayan – 16 manat, iri ləbləbi qabı – 45 manat, vedrə -10 manat, nəlbəki – 24 manat, meyvə qabı – 40 manat, sadə qablar – 70 manat, padnos 2 ədəd – 55 manat, kostyum – 75 manat, yun – 60 manat, moyka – 25 manat, 2 ədəd xalça – 80 manat, qaz sobası (peçi) , aspirator – 140 manat, setkalar, paltar səbətləri – 30 manat, parça – 118 manat, pərdələr zal otağı və yataq otağı üçün – 560 manat, postel – 119 manat, çörək qabı – 60 manat, saat – 30 manat, nəlbəki – 12 manat, kompot stəkanları, xrustal qrafinlər – 40 manat, oxlov – 7 manat, alyonka şampunu – 6 manat, blender – 42 manat, dəsmal (mayka tutacaq) – 12 manat, pol ağacı – 3 manat, mətbəx mebeli – 1250 manat, yataq mebeli – 3150 manat, matras – 200 manat, uşaq çarpayısı – 320 manat, anasının hədiyyəsi xrustal gül qabı, anasının hədiyyəsi olan qablar, komplekt qızıl – 2200 manat, alyans üzük – 280 manat, öz üzüyü (pandora) – 300 manat, qızının üzüyü – 150 manat cavabdeh Qasımov Ayməddı̇ n Mürşüd oğlundan alınaraq iddiaçı Qulı̇ yeva Nərmı̇ n Gülağa qızına verilsin. İş üzrə ödənilmiş 132 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia 900 manat məbləğində nişan üzüyünə münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar