Məhkəmə qərarları › İş №2(010)-4155/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4155/2025

25.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4155/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizə təmin edilməklə Maraqlı şəxs ilə bağlanmış MŞB/8/2023-010/107 saylı xx.xx.2023-cü il tarixli Barışıq Sazişi üzrə öz üzərinə götürdüyü öhdəlik şərtlərinin məcburi icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

2. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında nikahın pozulmasi.uşaqların ananın yanında qalması, aliment ve daşınar əmlak (avtomobil) tələbinə dair X3 keçirilməsi üçün mediasiyaya müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə mediasiyada nikahın pozulmasi.uşaqların ananın yanında qalması, aliment ve daşınar əmlak (avtomobil) bölgüsü tələbinə dair X8 keçirilmişdir. Mediasiya prosesində aralarında barışıq sazişi imzalanmışdır. Hesab edir ki, barışıq sazişi icra edilmədiyindən məhkəmə qaydasında təsdiq edilməlidir.

Tərəflərin izahatları

3. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları

4. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-010/107 saylı barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: 1.Birinci tərəf: Ərizəçi və İkinci tərəf Nənəcanov X4 imzalamaqla xx.xx.2010-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində N 447 qeydi ilə təsdiq edilmiş nikahın pozulmasına (ləğv edilməsinə) razıdırlar. 2.Tərəflər: Ərizəçi və Nənəcanov X4 imzalamaqla birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü övladları X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 İkinci tərəf (ananın) Ərizəçi himayəsində (yanında) qalmasına razıdırlar. 3.İkinci tərəf: Nənəcanov X4 imzalamaqla birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü i! tarixdən başlayaraq hər növbəti ayın 5-dək, hər uşağa 220 (iki yüz iyirmi) manat ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment pulunu Birinci tərəf Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. 4.İkinci tərəf: Nənəcanov X4 imzalamaqla birgə nikah dövründə əldə edilmiş (daşınar əmlak) "KİA RİO" minik markalı 99- ZP- 331 dövlət qeydiyyat nişanlı minik avtomobilinin satılaraq əldə olunan pul vəsaitini ½ hissədə İkinci tərəf Ərizəçi ilə aralarında bölünməsinə dair öhdəlik götürür. 5.Tərəflər ailə mübahisənin məhkəmədən kanar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edillər. Bu sazin 4-cü bəndi İkinci tərəfdən icra edilmədikdə Birinci tərəf aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etmək) hüququnu öz üzərində saxlayır. Nikahın pozulması hissəsində Ərizəçi aidiyyəti məhkəməyə müraciət etməyi öz öhdəsinə götürür və İkinci tərəf buna etiraz etmir.

İşin faktiki halları

5. İşin halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmış və həmin sazişə əsasən, tərəflər yuxarıda qeyd olunan şərtlər barəsində razılığa gəlmişdirlər. Mövcud tələbdə ərizəçi maraqlı şəxsin hazırda barışıq sazişi şərtlərinə əməl etmədiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsi zərurətinin yarandığını bildirir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

8. «Uşaq hüquqları haqqında» Konvensiya

Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

Məhkəmənin mövqeyi

9. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

10. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

11. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə qeyd olunan şərtlər barədə barışıq sazişi imzalamışlar. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin təsdiq edilməsi qanuni və əsaslıdır.

Məhkəmənin gəldiyi nəticə

12. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/8/2023-010/107 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X6 ilə X5 arasında bağlanmış MŞB/8/2023-010/107 saylı xx.xx.2023-cü il tarixli Barışıq Sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin. 1.Birinci tərəf: Ərizəçi və İkinci tərəf Nənəcanov X4 imzalamaqla xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində N 447 qeydi ilə təsdiq edilmiş nikahın pozulmasına (ləğv edilməsinə) razıdırlar. 2.Tərəflər: Ərizəçi və Nənəcanov X4 imzalamaqla birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü övladları X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 İkinci tərəf (ananın) Ərizəçi himayəsində (yanında) qalmasına razıdırlar. 3.İkinci tərəf: Nənəcanov X4 imzalamaqla birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü i! tarixdən başlayaraq hər növbəti ayın 5-dək, hər uşağa 220 (iki yüz iyirmi) manat ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment pulunu Birinci tərəf Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. 4.İkinci tərəf: Nənəcanov X4 imzalamaqla birgə nikah dövründə əldə edilmiş (daşınar əmlak) "KİA RİO" minik markalı 99- ZP- 331 dövlət qeydiyyat nişanlı minik avtomobilinin satılaraq əldə olunan pul vəsaitini ½ hissədə İkinci tərəf Ərizəçi ilə aralarında bölünməsinə dair öhdəlik götürür. 5.Tərəflər ailə mübahisənin məhkəmədən kanar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edillər. Bu sazin 4-cü bəndi İkinci tərəfdən icra edilmədikdə Birinci tərəf aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etmək) hüququnu öz üzərində saxlayır. Nikahın pozulması hissəsində Ərizəçi aidiyyəti məhkəməyə müraciət etməyi öz öhdəsinə götürür və İkinci tərəf buna etiraz etmir. Qətnamə alientə dair hissədə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar