Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4168/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi X2, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi X3 (Maraqlı şəxs) "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 (Maraqlı şəxs) "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilərək, X8 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025- 00575-saylı "Barışıq Sazişi"nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, aliment tələbi ilə əlaqədar Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə mediator X1, ərizəçi və cavabdeh Maraqlı şəxs razılaşmasına əsasən xx.xx.2025-ci il tarixli, MŞS/MT- 023/2025-00575-saylı "Barışıq Sazişi" tərtib edilmişdir. Barışıq sazişinə əsasən, borclu Maraqlı şəxs birgə nigahlarından dünyaya gəlmiş üç azyaşlı xx.xx.2010-cu il təvəllüdlü X5 xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladlarının saxlanması üçün hər ay hər uşaqa görə 70 (yetmış) manat ümumilikdə hər ay 210 (iki yüz on) manat aliment ödəməyi barədə öz üzərinə öhdəlik götürmüşdür. Borclu Maraqlı şəxs xx.xx.2025ci il tarixli, MŞS/MT-023/2025-00575-saylı "Barışıq Sazişi" ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, hər ay ödəyəcəyi məbləği ödəməkdən yayınır və ödəmir. Məhkəmə iclasında dindirilən ərizəçi X8 izahatında göstərdi ki, onunla Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025- 00575 saylı barışıq sazişi bağlanmışdır. Onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən onunla Maraqlı şəxs birgə nigahlarından dünyaya gəlmiş üç azyaşlı xx.xx.2010-cu il təvəllüdlü X5 xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladlarının saxlanması üçün hər ay hər uşaqa görə 70 (yetmış) manat ümumilikdə hər ay 210 (iki yüz on) manat Maraqlı şəxs tərəfindən onun xeyrinə ödənilməsi barədə razılaşmışlar. Həmin barışıq sazişi maraqlı şəxs tərəfindən tam şəkildə icra olunmamışdır. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs izahatında göstərdi ki, o, ərizəçinin ərizəsini qəbul edir. O, ərizəçi ilə birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün aralarında bağlanmış barışıq sazişinin şərtinə uyğun olaraq aliment ödəyəcəkdir. O, buna etiraz etmir. May ayı üçün nəzərdə tutulan aliment məbləğini ödəsə də iyun ayına olan aliment borcunu ödəməmişdir. Ərizənin təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə ərizəçi X3 və Maraqlı şəxsnun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025-00575 saylı barışıq sazişindən görünür ki, X8 və Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən Tərəflər, X8 və Maraqlı şəxs xx.xx.2025-ci ildə keçirilən tam Mediasıya sessiyası zamanı razılığa gələrək öhdəlik götürdülər. İkinci tərəf Maraqlı şəxs rəsmi nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı üç azyaşlı övladlarını xx.xx.2024-cü il tarixdə birinci tərəf X2 himayəsinə vermişdir. İkinci tərəf Maraqlı şəxs, birinci tərəf X7 rəsmi nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu ii təvəllüdlü X5, xx.xx.2015-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı üç azyaşlı övladlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, ümumilikdə hər ay 210 (iki yüz on) manat aliment pulu ödəyəcəyi barədə razılaşaraq öhdəlik götürdü. Tərəflərin qəbul etdikləri qərarı öz imzalarmızla təsdiq etdilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X8 və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025-00575 saylı barışıq sazişinə əsasən tərəflər, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf X7 rəsmi nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X5,xx.xx.2015-cı ii təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı üç azyaşlı övladlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, ümumilikdə hər ay 210 (iki yüz on) manat aliment pulu ödəyəcəyi barədə razılaşdılar. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi X3 barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Məhkəmə ərizəni və ərizəçi X2 izahatını dinləyərək hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, X8 ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025-00575 saylı barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025-00575 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: " Tərəflər, X8 və Maraqlı şəxs xx.xx.2025-ci ildə keçirilən tam Mediasıya sessiyası zamanı razılığa gələrək öhdəlik götürdülər. İkinci tərəf Maraqlı şəxs rəsmi nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı üç azyaşlı övladlarını xx.xx.2024-cü il tarixdə birinci tərəf X2 himayəsinə verməsi, İkinci tərəf Maraqlı şəxs, birinci tərəf X7 rəsmi nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu ii təvəllüdlü X5, xx.xx.2015-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı üç azyaşlı övladlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, ümumilikdə hər ay 210 (iki yüz on) manat aliment pulu ödəyəcəyi barədə razılaşdılar." Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4168/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4168/2025
22.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver