Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4187/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs1 və Bakı 11 saylı Mediasiya təşkilatı) "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs1 və Bakı 11 saylı Mediasiya təşkilatı) "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilərək, 11 saylı Mediasiya təşkilatı tərəfindən rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli MŞB/11/2024- 01055 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Maraqlı şəxs1 arasında nikah xx.xx.2016-cı il tarixində Bakı Nikah Evində bağlanmışdır. Birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq 11 saylı Mediasiya təşkilatına müraciət etmişdir. 11 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/11/2024-01055 saylı barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin 1-ci bəndində hər iki tərəf nikahın pozulmasına razı olduğunu qeyd etmişdir. Barışıq sazişinin 1.2-ci bəndinə əsasən birgə nikahdan doğulmuş övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəlmişlər. Barışıq sazişinin 1.3-cü bəndinə əsasən barışıq sazişinin bağlandığı tarixdən başlayaraq Maraqlı şəxs1, birgə nikahdan olan övladların saxlanılması məqsədilə hər ay ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Barışıq sazişinin 1.4-cü bəndinə əsasən Maraqlı şəxs1, övladları ilə şənbə və bazar günləri heç bir maneə yaratmadan görüşmək və ünsiyyət yaratmaq hüququna malikdir. Lakin, Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli MŞB/11/2024-01055 saylı barışıq sazişində nəzərdə tutulan aliment məbləğini ödəməmişdir, yəni Maraqlı şəxs1 barışıq sazişini könüllü icra etməkdən imtina edir. xx.xx.2024-cü il tarixli MŞB/11/2024-01055 saylı barışıq sazişinin 8-ci bəndində nəzərdə tutulur ki, Sazişin könüllü icrasından imtina olunsa, tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Hesab edir ki, bu saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iclasında dindirilən Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə izahatında göstərdi ki, tərəflər arasında 11 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/11/2024-01055 saylı barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi alimentin ödənilməsi hissəsində Maraqlı şəxs1 tərəfindən icra olunmamışdır. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/11/2024-01055 saylı barışıq sazişindən görünür ki, tərəflər saziş imzalandıqdan sonra aralarında olan X5 Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 889 nömrə ilə qeydə alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. İkinci tərəf övladları xx.xx.2018-ci il doğum tarixli X1 və xx.xx.2021-ci il doğum tarixli X3 Birinci tərəfin himayəsində qalmasına etiraz etmir. İkinci tərət Birinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladları yetkinlik yaşına çatanadək, hər ayın 5-cə qədər, hər birinə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Aliment ödənişi Birinci Tərəfin açaraq İkinci tərəfə təqdim edəcəyi bank hesabına ödəniləcək. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladları ilə həftənin şənbə və bazar günləri, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacağı barədə razılaşdılar. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/11/2024-01055 saylı barışıq sazişinə əsasən tərəflər, X5 Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 889 nömrə ilə qeydə alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə, İkinci tərəf övladları xx.xx.2018-ci il doğum tarixli X1 və xx.xx.2021-ci il doğum tarixli X3 Birinci tərəfin himayəsində qalmasına, İkinci tərəf Birinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladları yetkinlik yaşına çatanadək, hər ayın 5-nə qədər, hər birinə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) sabit pul məbləğində aliment ödəməyə, Aliment ödənişi Birinci Tərəfin açaraq İkinci tərəfə təqdim edəcəyi bank hesabına ödəniləcəyinə, Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmayacağına, Birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladları ilə həftənin şənbə və bazar günləri, heç bir maneə yaratmadan ünsiyyət qurmağı (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacağına razılaşdılar. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Məhkəmə ərizəni və Ərizəçi vəkilinin izahatını dinləyərək hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/11/2024-01055 saylı barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya qaydasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/11/2024-01055 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: "Tərəflər, saziş imzalandıqdan sonra aralarında olan X5 Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 889 nömrə ilə qeydə alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. İkinci tərəf övladları xx.xx.2018-ci il doğum tarixli X1 və xx.xx.2021-ci il doğum tarixli X3 Birinci tərəfin himayəsində qalmasına etiraz etmir. İkinci tərəf Birinci tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladları yetkinlik yaşına çatanadək, hər ayın 5nə qədər, hər birinə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Aliment ödənişi Birinci Tərəfin açaraq İkinci tərəfə təqdim edəcəyi bank hesabına ödəniləcək. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladları ilə həftənin şənbə və bazar günləri, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacağı barədə razılaşdılar." Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4187/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4187/2025
21.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver