Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4216/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X1 Qasımovun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması və pul” tələbi barədə barədə ilk iddia ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “şəxsi əşyaların qaytarılması” tələbinə dair ərizəsinə əsasən mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ: Suraxanı rayon məhkəməsinin 25.10.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küç. 53, 82, giriş 3 –də yerləşən mənzildə olan və İddiaçı məxsus cehiz əşyaları – Təxmini çəkisi 45 qram və dəyəri 4600 manat olan 1 dəst qızıl boyunbağı və qolbağın; təxmini çəkisi 16 qram qızıldan ibarət, üzərində zümrüd daş və dəyəri 3700 manat olan iki ədəd sırğa və bir ədəd üzük dəstinin; çəkisi 7 qram, dəyəri 800 manat olan qızıl sırğa dəstinin; çəkisi 7 qram, dəyəri 600 manat olan qızıl üzüyün; çəkisi 3 qram və dəyəri 600 manat olan bir ədəd qızıl qolbağ; ağ qızıldan və üzəri brilliant daşlarla bəzədilmiş, çəkisi 13 qram və dəyəri 1.300 manat olan sırğa dəsti, çəkisi 14 qram, dəyəri 1.400 manat qızıldan olan mələk formasında asqı (kulon) və qızıl boyunbağının; dəyəri 5400 manat olan üzəri brilliant daşlarla və akvamarinlə bəzədilmiş ağ qızıldan olan asqı (kulon) və sırğa dəstinin; gümüşdən və dəyəri 400 manat olan üzəri kəhraba ilə bəzədilmiş qolbağ, sarğa, üzük və asqıdan (kulon) ibarət dəstin, çəkisi 3 qram, dəyəri 250 manat olan SOFİA yazılı qızıl boyunbağı, çəkisi 5 qram ağ və sarı qızıldan, dəyəri 500 manat olan dörd bucaq formasında bir ədəd üzük, çəkisi 8 qram ağ qızıldan RAGGİ markalı üzəri tam brilliant daşlarla bəzədilmiş və dəyəri 1900 manat olan toy mərasimində verilmiş üzüyün; çəkisi 6 qram qızıldan, dəyəri 2.000 manat olan və üzəri brillant daşlarla bəzədilmiş bir ədəd nişan üzüyü, çəkisi 3 qram qızıldan, dəyəri 300 manat olan “Hello Kitty” markalı bir ədəd uşaq qolbağı, bir ədəd jurnal stolu, bir ədəd masa və 8 ədəd stul, bir ədəd içərisi güzgülü kamo, iki nəfərlik taxt dəsti və matras, ümumi dəyəri 6.000 manat olan dəhlizdə quraşdırılmış şkaf, yataq otağında quraşdırılmış şkaf, kamod, bəzənmə masası və kiçik kamod, iki ədəd tumba, uşaq otağında quraşdırılmış şkaf, yataq və bir ədəd üç siyirtməli güzgülü kamod, dəyəri 400 manat və “Egizia” markalı olan bir ədəd xrustal meyvə qabı, dəyəri 160 manat olan bir ədəd uşaq yemək dəsti, dəyəri 150 manat olan krujevalı güllərlə bəzədilmiş üç ədəd qab, dəyəri 800 manat olan xrustaldan ibarət 6 ədəd rakuşka formasında qab və boşqalblar, dəyəri 2.000 manat olan xrustaldan ibarət bir ədəd böyük vaza; dəyəri 200 manat olan xrustaldan ibarət 8 ədəd çəhrayi rəngdə çaxır bakalları; dəyəri 200 manat olan xrustaldan ibarət 8 ədəd çəhrayi rəngdə şampan bakalları, dəyəri 40 manat olan buta formasında ədviyyat qabları, dəyəri 50 manat olan xrustaldan ibarət 6 ədəd dondurma qabları, dəyəri 1.000 manat olan çamadanda olan bıçaq dəsti, dəyəri 200 manat olan İKEA markalı iki ədəd gümüş rəngli qazan və bir ədəd qara rəngli qazan, dəyəri 130 manat olan 3 ədəd stol üstü süfrə, dəyəri 80 manat olan 2 ədəd tava, dəyəri 80 manat olan iki ədəd çəhrayi rəngdə TEFAL markalı tava, dəyəri 100 manat olan bir ədəd qırmızı rəngli BİALETTİ markalı yastı tava, dəyəri 1.500 manat olan SAMSUNG markalı soyuducu, dəyəri 500 manat olan TALBERG markalı soba, dəyəri 300 manat olan TALBERG markalı hava çəkən və soba, dəyəri 900 manat olan ARİSTON markalı qab yuyanın; dəyəri 1.100 manat olan SAMSUNG markalı paltar yuyanın; dəyəri 200 manat olan GORENJE markalı mikrodalğalı soba, dəyəri 5.000 manat və ölçüsü 65 düym olan SAMSUNG markalı televizor, dəyəri 10.00 manat təşkil edən mətbəx mebeli, dəyəri 80 manat olan “Clinique” markalı 50 ml üz kremi Cavabdeh alınaraq İddiaçı qaytarılması və məhkəmə xərclərinə görə ilkin iddia üzrə cavabdehdən 150 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə əlavə qətnamə qəbul edilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə Suraxanı rayon Məhkməsinin 25.10.2021-ci il tarixli 2(010)-4216/2021 saylı qətnaməsində öz əksini tapmamış, ilkin iddia tələbində göstərilmiş və cavadeh tərəfindən etiraf edilən “İstiqbal” mebel salonundan alınmış iki ədəd yumşaq divan (iki və üç nəfərlik) və üzərində bəzəklər olan 4 ədəd divan üstü atlas və vilyur yastıqlar hissəsinə dair əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəsini müdafiə edib əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı və onun vəkili və nümayəndəsinə məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək, öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. İşdə olan ilkin iddia ərizəsi və işin materiallarından görünür ki, İddiaçı tərəfindən İstiqbal” mebel salonundan ümumi dəyəri 10.500 manat təşkil edən mebel dəsti - iki ədəd yumşaq divan (iki və üç nəfərlik) və 4 ədəd divan üstü üzərində bəzəklər olan atlas və vilyur yastıqlar barəsində tələb irəli sürülmüşdür. Bundan əlavə həmin əşyaların ilkin iddia üzrə cavabdehdə olması sonuncu tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Sadalanan xüsusatları və qanunvericilik aktı normasını nəzərə alaraq məhkəmə hesab edir ki, əlavə qətnamə çıxarılması barədə ərizədə qeyd olunan “İstiqbal” mebel salonundan alınmış iki ədəd yumşaq divan (iki və üç nəfərlik) və üzərində bəzəklər olan 4 ədəd divan üstü atlas və vilyur yastıqlar hissəsinə ilkin iddia üzrə Cavabdeh alınaraq İddiaçı qaytarılması barədə əlavə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cu maddəsini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Cavabdeh “İstiqbal” mebel salonundan ümumi dəyəri 10.500 manat təşkil edilən alınmış iki ədəd yumşaq divan (iki və üç nəfərlik) və üzərində bəzəklər olan 4 ədəd divan üstü atlas və vilyur yastıqlar alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4216/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(010)-4216/2021
15.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver