Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4234/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktınını müəyyən olunmasına” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 xx.xx.2004-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 onun qızıdır. X7 ölən günə kimi ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. X2 xx.xx.2004-cü ildə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. Onu Hövsan qəsəbə qəbiristanlığında dəfn etmişlər. Onun bütün qohumları qızının yas mərasimlərində iştirak etmiş və həmin şəxslər də bunu təsdiq edə bilərlər. Lakin o zaman qızının ölümü ilə əlaqədar ərazi poliklinikasına məlumat verilməmiş, ölüm haqqında onun tibbi kartasında qeyd aparılmamışdır. Ona görə də o, ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Maraqlı şəxsndən X2nın ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etməyin qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 qızı ifadəsində bildirdi ki, Ərizəçi mərhum qızı Aidə onun bacısının yaxın rəfiqəsi olmuşdur. O özü də onların evində çox olmuş, ailəvi bir-birləinin evlərinə gediş-gəlişləri olmuşdur. Aidənin üəyində, qaraciyərində xəstəlik olmuş, öləcəyini bilmişdir. Anası Vera ondan qabaq ölmüşdür. Aidə isə 2004-cü ilin dekabr ayında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, mərhum X7 onun bacısının qızıdı. 16 il əvvəl, 2014-cü ilin sonunda rəhmətə getmişdir. O, qaraciyər və ürək xəstəsi olmuşdur. Öldüyü gün onu da çağırmışlar və ölümünə şahid olmuşdur. Təcili yardım çağırsalar da bir müddət sonra keçinmişdir. O, anasının məzarı yanında dəfn edilmək istəsə də soyadı azərbaycanca olduğundan icazə verilməmişdir. Qəbiri üzərində baş daşı qoymağa isə maddi imkanları olmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Maraqlı şəxs Ərizəçi ünvanladığı 733-05/75, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilmədiyindən ölümün qeydə alınmasının imkan xaricində olduğu, ölümün məhkəmə tərəfindən müəyyən edildiyi bildirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X5. Bakı şəhər İH MKT X1 Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 80 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2004-cü il tarixdə Hövsan qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İşdən görünür ki, ərizəçi məhkəmədən X2nın xx.xx.2004-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X4 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından Ərizəçi sonradan qızının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. O da qızının ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişdir. Azərbaycan Respublikasının MPM-in 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə hesab edir ki, X4 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4234/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4234/2020
25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver