Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4237/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi
1. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00978 saylı mediasiya barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun, 310 manat ilkin mediasiya sessiyası xərcinin Maraqlı şəxs tutulub Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikah 5 saylı Bakı ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsində 4149 №-li akt qeydi ilə qeydə alınmışdır. Maraqlı şəxslə birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü Əsnad adlı övladları doğulmuşdur. Maraqlı şəxslə ailə münasibətləri xasiyyətlərinin düz gəlməməsi səbəbindən pozulmuşdur, faktiki nikah münasibətlərinə xitam verilmişdir, bir ünvanda yaşamırlar və aralarındakı ailə və nikah münasibətləri kəsilmişdir. Odur ki, nikahın pozulması, uşağın ananın yanında qalması və alimentin tutulması tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün mediatora müraciət etmişlər. Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci ildə “Mediasiya haqqında” AR Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi imzalanmaışdır. Barışıq sazişində uşağın saxlanılmasına görə 246 manat alimentin tutulmasını maraqlı şəxs öz üzərinə götürmüşdür. Lakin sazişin bağlanmasından 50 gündən də çox müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs alimenti vermir, belə ki, barışıq sazişinin 3-cü bəndinə əsasən aliment hər ayın 5-dən 10-na qədər ödənilməlidir, iyun ayının 5-dən 10-na qədər ödənilməli olan aliment 2025-ci ilin iyulun 9-da, yəni 1 ay gecikmə ilə ödənilmişdir, 2025-ci ilin iyul aynın 5-dən 10-a qədər ödənilməli olan aliment isə bu günə qədər ödənilməmişdir. Bu səbəbdən də sazişin məcburi icrası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir.
İş materialları
5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00978 saylı barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: Bu Sazişi imzaladıqdan sonra Tərəflər 5 saylı Bakı ASAN xidmət mərkəzində xx.xx.2022-ci il tarixdə 4149 nömrə qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdırlar. Bu Sazişi imzaladıqdan sonra tərəflərin birgə nikahından dünyaya gələn övladı xx.xx.2023-cü il təvəllüdlü X1 (ananın) yanında (himayəsində) qalmasına razıdırlar. Bu Sazişi imzaladıqdan sonra tərəflər övladları xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən İkinci tərəfin Birinci tərəfə hər ayın 5-dən 10-na dək 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdırlar. Bu aliment məbləğinin Birinci tərəfin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdırlar. Bu Sazişi imzaladıqdan sonra tərəflər övladları xx.xx.2023-cü il təvəllüdlü X1 (uşağın mənafeyi nəzərə alınaraq) İkinci tərəf (atası) Maraqlı şəxs ilə (ananın iştirakı ilə 3 yaşınadək) xx.xx.2025-ci il tarixindən etibarən hər həftənin şənbə günü (altıncı gün) axşam saat 18:00-dan bazar günü axşam saat 19:00-a dək əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri (Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı,Qurban bayramı, Bayraq günü və.s.), (bayram günü bazar günü (görüş günü) ilə üst-üstə düşərsə həmin günü başqa günlə əvəz olunmaq şərtilə (gecəni qalmaq şərtilə) ünsiyyətdə olmasına (görüş günü hər hansı bir səbəbdən alınmayacağı təqdirdə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək və görüş gününü başqa günlə əvəz etmək şərtilə) şərait yaradılacağına razıdırlar. Bu Sazişi imzaladıqdan sonra tərəflər övladları xx.xx.2023-cü il təvəllüdlü X2 ilə Birinci tərəf Ərizəçi ölkə hüdudlarından kənara çıxması, xarici pasport alınması (xarici səfərlər etməsi üçün) İkinci tərəf Maraqlı şəxs Birinci tərəfə 2 ay müddətində (ASAN xidmət mərkəzində, Notariat və DİN orqanında) rəsmi qaydada razılıq ərizəsi verilməsinə razıdırlar.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-3593/2025 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 5 saylı Bakı ASAN xidmət mərkəzində xx.xx.2022-ci il tarixdə 4149 nömrə qeydi ilə bağlanan nikahın pozulması qət edilmişdir.
İşin faktiki halları
7. İşin halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00978 saylı barışıq sazişi imzalanmış və həmin sazişə əsasən, tərəflər yuxarıda qeyd olunan şərtlər barəsində razılığa gəlmişdirlər. Mövcud tələbdə ərizəçi maraqlı şəxsin hazırda barışıq sazişi şərtlərinə əməl etmədiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsi zərurətinin yarandığını bildirir. Maraqlı şəxs barışıq sazişinin təsdiqi və sazişin bağlanmasına görə ödənilmiş rüsumun tutulması barəsində olan ərizəyə etiraz bildirməmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
9. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
10. «Uşaq hüquqları haqqında» Konvensiya
Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
Məhkəmənin mövqeyi
11. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
12. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00978 saylı barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
13. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də, sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə qeyd olunan şərtlər barədə barışıq sazişi imzalamışlar. Bu baxımdan, məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin təsdiq edilməsi qanuni və əsaslıdır.
Məhkəmə xərcləri.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Ərizə təmin edildiyi üçün iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 310 manat pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
13. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00978 saylı barışıq sazişi təsdiq edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 310 manat pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında aşağıda qeyd olunan şərtlərlə bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00978 saylı barışıq sazişi təsdiq edilsin: Bu Sazişi imzaladıqdan sonra Tərəflər 5 saylı Bakı ASAN xidmət mərkəzində xx.xx.2022-ci il tarixdə 4149 nömrə qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdırlar. Bu Sazişi imzaladıqdan sonra tərəflərin birgə nikahından dünyaya gələn övladı xx.xx.2023-cü il təvəllüdlü X1 (ananın) yanında (himayəsində) qalmasına razıdırlar. Bu Sazişi imzaladıqdan sonra tərəflər övladları xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən İkinci tərəfin Birinci tərəfə hər ayın 5-dən 10-na dək 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdırlar. Bu aliment məbləğinin Birinci tərəfin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdırlar. Bu Sazişi imzaladıqdan sonra tərəflər övladları xx.xx.2023-cü il təvəllüdlü X1 (uşağın mənafeyi nəzərə alınaraq) İkinci tərəf (atası) Maraqlı şəxs ilə (ananın iştirakı ilə 3 yaşınadək) xx.xx.2025-ci il tarixindən etibarən hər həftənin şənbə günü (altıncı gün) axşam saat 18:00-dan bazar günü axşam saat 19:00-a dək əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bayram günləri (Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı,Qurban bayramı, Bayraq günü və.s.), (bayram günü bazar günü (görüş günü) ilə üst-üstə düşərsə həmin günü başqa günlə əvəz olunmaq şərtilə (gecəni qalmaq şərtilə) ünsiyyətdə olmasına (görüş günü hər hansı bir səbəbdən alınmayacağı təqdirdə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək və görüş gününü başqa günlə əvəz etmək şərtilə) şərait yaradılacağına razıdırlar. Bu Sazişi imzaladıqdan sonra tərəflər övladları xx.xx.2023-cü il təvəllüdlü X2 ilə Birinci tərəf Ərizəçi ölkə hüdudlarından kənara çıxması, xarici pasport alınması (xarici səfərlər etməsi üçün) İkinci tərəf Maraqlı şəxs Birinci tərəfə 2 ay müddətində (ASAN xidmət mərkəzində, Notariat və DİN orqanında) rəsmi qaydada razılıq ərizəsi verilməsinə razıdırlar. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və mediasya xərci olaraq ödənilmiş 310 manat pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov