Məhkəmə qərarları › İş №2(010)-4248/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4248/2025

01.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4248/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əliyev Məhərrəm Elçin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli. MŞB/8/2024-01651 nömrəli barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 18 noyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 15 noyabr 2018-ci il təvəllüdlü X7, 15 noyabr 2018-ci ihtəvəlliidlü X5 və 29 may 2022-ci il təvəllüdlü X9 adlı üç uşaqları doğulmuşdur. Maraqlı şəxs evdə əsassız söz-söhbətlər yaradaraq ailəsinə baxmadığına və eyni zamanda ona xəyanət etdiyinə görə münasibətləri pozulmuşdur. O da məcbur olaraq xx.xx.2023-cü il tarixdə uşaqları ilə birlikdə valideyinlərinin yanına qayıtmışdır. Maraqlı şəxs uşaqlarına baxmadığına görə 27 mart 2023-cü il tarixdə aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2023-cii il tarixli. 2(010)-1930/2023 saylı qətnaməsinə əsasən. 27 mart 2023-cü il tarixdən hesablanmaqla 15 noyabr 2018-ci il təvəllüdlü X3, 15 noyabr 2018-ci il təvəllüdlü X1 və 29 may 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin yarısı miqdarında və hər ay hər uşaq üçün 30 (otuz) manat olmaqla, cəmi 90 (doxsan) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq ona ödənilməsi qəl edilmişdir. Eyni zamanda 27 mart 2023-cü il tarixdən hesablanmaqla Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X4 müalicə xərclərinin ödənilməsi üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində əlavə xərcin onun xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan alimentin miqdarının artırılması ilə bağlı ərizə ilə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya təşikatında Maraqlı şəxs ilə aralarında alimentin artırılması barədə xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01651 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin sazişinə əsasən, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi ilə birgə nikahdan doğulmuş 15 noyabr 2018-ci il təvəllüdlü X1 və 29 may 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çalanadək saxlanmaları üçün Ərizəçi xx.xx.2024-cü tarixdən etibarən növbəti ayın 2-dən 30-dək ümumilikdə 500 (beş yüz.) manat məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Barışıq sazişindən sonra Maraqlı şəxs barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq hər ay ödənilməsi nəzərdə tutulmuş 500 manat alimenti ödəməkdən yayınmışdır. Maraqlı şəxs barışıq sazişi bağlandığı vaxtdan hal-hazııradək uşaqların saxlanması üçün bir manat belə ödəməmişdir. O da məcburiyyət qarşısında qalaraq barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət elməli olmuşdur.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, aliment tələbi ilə razı deyildir. Belə ki, təqribən üç min manata yaxın aliment ödəmişdir. Həmin aliment barədə razılıq o işləyən dövrdə əldə edilmişdir. Hazırda işləmir və alimenti ödəməyə çətinlik çəkəcəkdir.

İş materialları

5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01651 saylı barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: Birinci Tərəf Ərizəçi İkinci Tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan yetkinlik yaşına çatmamış övladları xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 20-dən 30-a dək ümumilikdə 500 AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. X12 X6 Tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan yetkinlik yaşına çatmamış övladları xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci Tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 20-dən 30-a dək ümumilikdə 500 AZN məbləğində aliment ödəməyi öhdəsinə götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür.

İşin faktiki halları

6. İşin halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01651 saylı barışıq sazişi imzalanmış və həmin sazişə əsasən, tərəflər yuxarıda qeyd olunan şərtlər barəsində razılığa gəlmişdirlər. Mövcud tələbdə ərizəçi maraqlı şəxsin hazırda barışıq sazişi şərtlərinə əməl etmədiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsi zərurətinin yarandığını bildirir. Maraqlı şəxs sazişdə qeyd olunan aliment miqdarı ilə razı deyildir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

8. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

9. «Uşaq hüquqları haqqında» Konvensiya

Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

11. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli MŞB/8/2024-01651 saylı barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

12. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə qeyd olunan şərtlər barədə barışıq sazişi imzalamışlar. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin təsdiq edilməsi qanuni və əsaslıdır.

Məhkəmə xərcləri.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Ərizə təmin edildiyi üçün iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01651 saylı barışıq sazişi təsdiq edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutub məhkəmə,

qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında aşağıda qeyd olunan şərtlərlə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01651 saylı barışıq sazişi təsdiq edilsin: Birinci Tərəf Ərizəçi İkinci Tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan yetkinlik yaşına çatmamış övladları xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 20-dən 30-a dək ümumilikdə 500 AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. X12 X6 Tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan yetkinlik yaşına çatmamış övladları xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci Tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 20-dən 30-a dək ümumilikdə 500 AZN məbləğində aliment ödəməyi öhdəsinə götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar