Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4272/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, ərizəçi X3 iştirakı ilə Ərizəçi X3 Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi X6 Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00541 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, Bakı 8 saylı Mediasiya təşkilatında X6 ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00541 saylı “Barışıq Sazişi”nə əsasən, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X4 X3 yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin bank hesabı vasitəsilə xx.xx.2023-cü il tarixdən etibarən Maraqlı şəxs tərəfindən X5 ödənilməsi, eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericiliklə yaşayış minimumuna dəyişiklik edildikdə Maraqlı şəxs buna mütənasib şəkildə X5 ödənəcəyi barədə razılıq əldə edilmişdir. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri bu günədək icra edilmir və o, sazişin icra edilməsindən yayınır. Hesab edir ki, barışıq sazişinin şərtlərinin icra edilməməsi ilk olaraq yetkinlik yaşlarına çatmamış uşaqların qanunla qorunan hüquq və mənafelərinin birbaşa pozulmasıdır. Hazırkı dövrdə o, uşaqlarına qulluq etdiyi üçün işləmir və övladlarının dolanacaq xərclərini tam təmin edə bilmir. Bununla yanaşı, yetkinlik yaşlarına çatmayan övladlarının saxlanılması üçün xərclər tələb edildiyindən, uşaqlarının gündəlik xərcləri artdığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, faktiki nikahlarından olan uşaqlarının saxlanılması üçün cavabdeh də valideynlik vəzifələrini həyata keçirərək aliment ödəməlidir. Belə ki, övladlarının qidası, geyimi, məktəb ləvazimatları, istirahəti və s. xərcləri pul tələb edir. Eyni zamanda Maraqlı şəxs azyaşlı uşaqlarının maddi cəhətdən təmin edilməsində ümumiyyətlə iştirak etmir. Bununla yanaşı Maraqlı şəxs elə münasibət sərgiləyir ki, sanki valideyn olaraq uşaqları maddi cəhətdən təmin etmək ancaq onun vəzifəsidir. Maraqlı şəxs öz övladlarının müqəddəratına tam məsuliyyətsiz yanaşır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi X6 ərizəni müdafiə edərək bildirdi ki, qarşı tərəflə mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanılsa da 1 ildən çoxdur ki, Maraqlı şəxs tərəfindən həmin barışıq sazişinin şərtlərinə əməl edilmir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları X6 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023cü il tarixli, MŞB/8/2023-00541 nömrəli barışıq sazişinin şərtləri aşağıdakılardır: “1. Birinci tərəf: X2 Saziş imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ilə birlikdə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X7 və xx.xx.2020-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X1 üçün İkinci tərəf atası Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat aliment məbləğini bank hesabı vasitəsilə ona ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericiliklə yaşayış minimumuna dəyişiklik edildikdə, İkinci tərəf Maraqlı şəxs buna mütənasib şəkildə Birinci tərəfə ödəyəcəyi alimentin məbləğini artıracağına və ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.
2. İkinci tərəf: Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra Birinci tərəf X6 ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X7 və xx.xx.2020-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat aliment məbləğini bank hesabı vasitəsilə Birinci tərəfin bank hesabına ödəyəcəyinə dair öhdəlik götürür. Eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericiliklə yaşayış minimumuna dəyişiklik edildikdə, dəyişikliyə mütənasib şəkildə Birinci tərəfə ödəyəcəyi alimentin məbləğini artıracağına və ödəyəcəyinə dair öhdəlik götürür. Bu mübahisə ilə bağlı Birinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur, buna etiraz etmir və çəkilmiş xərclərin ona aid ediləcəyi ilə razıdır.” Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1621 nömrəli arayışdan müəyyən olunur ki, X6 ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi X6 tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün 10 gün müddət müəyyənləşdirilmişdir. Hazırda ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün tərəflər arasında müddət müəyyən edilmişdir. Sazişin bağlanmasından 6 ay vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs sazişin könüllü olaraq icra edilməsi istiqamətində heç bir addım atmamışdır. Nəticədə sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə həmin saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəməyə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi yalnız prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. İradə ifadəsi zədələnmiş, yaxud barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ümumi qaydada iddia qaldırmaq hüququna malikdir.
Məhkəmə xərcləri İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00541 nömrəli barışıq sazişi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçi X5 ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. X6 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023cü il tarixli, MŞB/8/2023-00541 nömrəli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilsin: “1. Birinci tərəf: X2 Saziş imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ilə birlikdə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X7 və xx.xx.2020-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X1 üçün İkinci tərəf atası Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat aliment məbləğini bank hesabı vasitəsilə ona ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericiliklə yaşayış minimumuna dəyişiklik edildikdə, İkinci tərəf Maraqlı şəxs buna mütənasib şəkildə Birinci tərəfə ödəyəcəyi alimentin məbləğini artıracağına və ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.
2. İkinci tərəf: Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra Birinci tərəf X6 ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X7 və xx.xx.2020-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan (ananın himayəsində qalan) övladları X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat aliment məbləğini bank hesabı vasitəsilə Birinci tərəfin bank hesabına ödəyəcəyinə dair öhdəlik götürür. Eyni zamanda uşaqların saxlanılması üçün ölkə üzrə qanunvericiliklə yaşayış minimumuna dəyişiklik edildikdə, dəyişikliyə mütənasib şəkildə Birinci tərəfə ödəyəcəyi alimentin məbləğini artıracağına və ödəyəcəyinə dair öhdəlik götürür. Bu mübahisə ilə bağlı Birinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur, buna etiraz etmir və çəkilmiş xərclərin ona aid ediləcəyi ilə razıdır.” Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva