Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4290/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında mediator Əmir Bayramovun iştirakı ilə bağlanılmış MŞB/2-03882 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçinin tələbinin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 02 mart 2015-ci il tarixində Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci il mart ayının 02 günündə 520 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından 1 övladı var: xx.xx.2017-ci il təvəllüdlü X6. Tərəflərin münasibətləri ilk vaxtlarda normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. “Nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment” tələbi ilə bağlı olaraq tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdirlər. İlkin mediasiya sessiyasında tərəflər arasında xx.xx.2023-cü il tarixdə MŞB/2-03882 saylı barışıq sazişi imzalanmışdır. Həmin sazişin şərtlərinə görə tərəflər nikahın pozulması hissəsində razılığa gəlməmişlər. Birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün 01 dekabr 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat alimentin Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1245/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 520 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2017-ci il təvəllüdlü X4 anası – iddiaçı Ərizəçi yanında saxlanılması qət edilmişdir. Lakin, Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir, alimenti vaxtlı-vaxtında ödəməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Maraqlı şəxs bildirmişdir ki, qarşı tərəf barışıq sazişi tam icra etməmişdir. Barışıq sazişini onun üçün imzalamışdır ki, o qayıdacaq, onlar kirayə qalacaqlar. Sonra o xəstəxanada yatdı, işləmədi. Aliment ödəyə bilmədi. Pensiya məsələsi də uzandı. İndi də 150 manat pensiya alır. Mediatorla danışanda demişdi ki, o işləmədiyinə görə gedib, pensiya işini tez düzəldib, kirayəyə gedəcəklər. Qol çəkəndə oxumamışdır. Cəmi 620 manat aliment ödəmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə X3 vasitəsilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İş materialları. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/6-03882 nömrəli, xx.xx.2023-cü il tarixdə verilmiş “Mediasiya Prosesinə xitam verilməsi haqqında” protokoldan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında Ərizəçi və Maraqlı şəxs iştirak etmişdirlər. Tərəflər arasında barışıq əldə edildiyindən Mediasiya Prosesinə xitam verilmişdir. Ərizəçi tərəfindən 60 manat mediasiyaya dair xərc ödənilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə Ərizəçi və Maraqlı şəxs arasında aşağıdakı məzmunda xx.xx.2023-cü il tarixli MŞB/2-03882 nömrəli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: Tərəflər arasında olan hazırki mübahisə üzrə nikahın davam etdirilməsi məsələsi müzakirə edildi, bu barədə razılığa gəlinmədi. Bu barışıq sazişinə əsasən tərəflər hazırda aralarında olan digər mübahisə, yəni aliment tələbinə dair mübahisə üzrə isə aşağıdakı formada qarşılıqlı razılığa gəldilər:
1. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs 01 dekabr 2023-cü il tarixdən başlayaraq uşaqları xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin anası Ərizəçi ödənilməsi müəyyən edilsin.
2. Maraqlı şəxs müəyyən edilən həmin aliment məbləğini 01 dekabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası Ərizəçi Kapital bankda olan **********125003 nömrəli hesabına ödəməsini təmin etməyi öhdəsinə götürür. 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İV seriyalı 002992 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 4939 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Məhkəməsinin e-2(010)-1245/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 520 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2017-ci il təvəllüdlü X4 anası – iddiaçı Ərizəçi yanında saxlanılması qət edilmişdir. Tətbiq edilən hüquq. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından və proses iştirakçılarının izahatından aydın olur ki, sazişin aliment hissəsində maraqlı şəxs barışıq sazişin şərtlərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə birgə nikahdan anadan olan övladlarının aylıq xərclərinin qarşılanması ilə bağlı barışıq sazişi imzalamışlar. Saziş könüllü qaydada icra edilmədikdən, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edib, məhkəmə isə, yuxarıda sadalanan halları nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-20 – 355-25, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında mediator Əmir Bayramovun iştirakı ilə bağlanılmış MŞB/2-03882 saylı barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: Maraqlı şəxs 01 dekabr 2023-cü il tarixdən başlayaraq uşaqları xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi müəyyən edilsin. Maraqlı şəxs müəyyən edilən aliment məbləği (vəsaiti) 01 dekabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər tutularaq Ərizəçi Kapital bankda olan **********125003 nömrəli hesabına ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva