Məhkəmə qərarları › İş №2(010)-4300/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4300/2023

06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4300/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X*6 qızının katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: *. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.*987-ci il tarixdə anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Q yaşayış massivi ev 3 mənzil *6 ünvanında yaşayır. 03.**.*950-ci il təvəllüdlü X8 anasıdır. Anası astma bronxit xəstəliyindən əziyyət çəkmişdir. 44 nömrəli Şəhər Poleklinikasında müayinə olunması ilə əlaqədar anasının adına tibbi kitabça açılmışdır. Anası astma bronxit xəstəliyindən *5.07.2023-cü il tarixində əmisi X* məxsus Sabunçu rayonu, Nardaran qəsəbəsi, 6-cı döngə, bağ *4 ünvanında vəfat etmişdir. Həmin gün təcili yardım çağırılsa da Təcili və X7 Stansiyasından həkim və tibb bacısı gələndə artıq anası rəhmətə getmişdir. Bu barədə ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdi. Anası rəhmətə gedəndə o, da orada olmuşdur. *5.07.2023-cü il tarixdə anası X4 qohumları ilə birgə Binə kənd qəbirstanlığmda dəfn etmişlər. Bu hal Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi bələdiyyəsinin **.08.2023cü il tarixli arayışı ilə təsdiq olunur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almaq üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 ‘'Bakı Baş Səhiyyə Mərkəzi” X20 44 nömrəli Şəhər Poliklinikasına müraciət etsə də, anasının xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə görə ölümün səbəbini bilmədikləri üçün ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsinin mümkün olmaması əsası ilə *4 nömrəli cavab məktubu ilə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Təcili və X7 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsində Sabunçu rayonu, Nardaran qəsəbəsi, 6-cı döngə, bağ *4 ünvanına çağırış üzrə gedən zaman artıq X2 artıq rəhmətə getdiyi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün ərizə ilə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və müraciətinə cavab olaraq ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtinaya dair xx.xx.2023cü il tarixli məktub verilmişdir. Qeyd olunan məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndi rəhbər tutularaq ölüm qeydiyyatının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alındığı bildirilmişdir. Anasının ölüm faktını şahidlər təsdiq edə bilər. Hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Həmçinin anasının ölüm haqqında şəhadətnaməsinin olmamasının gələcəkdə ailə üçün müəyyən çətinliklər yaradacağını nəzərə alaraq, həmin şəhadətnamənin alınması zəruridir. Ərizəçinin tələbi.

2. 03.**.*950-ci il təvəllüdlü X2 *5.07.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X*0 ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, mərhum Həbiba Əliyeva onun xalası olmuşdur. Xalası astma xəstəliyindən əziyyət çəkmişdir. *5.07.2023-cü il tarixdə ölmüşdür. Mərhum xalası Binə qəbristanlığında dəfn olunmuşdur. O, yas mərasimində iştirak etmişdir.

6. AA03876*0 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 03.**.*950-ci il tarixdə doğulmuşdur.

7. Xİİ-ЖГ seriyalı 33543* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X** xx.xx.*987-ci il tarixdə doğulmuşdur. X*9, anası Həbiba Əliyevadır.

8. V-ЖГ seriyalı 48*776 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 03.**.*950-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur.

9. *5.07.2023-cü il tarixli Təcili və X7 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi qrafasında “*5.07.2023-cü il”; xəstənin S.A.A qrafasında “X9”; aparılmış müalicə tədbirləri qrafasında “qadın cinsli meyid, həkiməqədər ölüm” sözləri yazılmışdır. *0. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Bakı Baş Səhiyyə Mərkəzi” X20 44 nömrəli şəhər Poliklinikası tərəfindən verilən arayışdan müəyyən olunur ki, Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46E, mənzil *3* ünuvanında qeydiyyatda olmuş və yaşamış *950-ci il təvəllüdlü X3 44 nömrəli ŞP-na müraciəti olmadığı üçün ona ölüm haqqında şəhadətnamə (forma *06) verilməmişdir. **. Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4. bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Göstərilənlərlə bağlı ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. *2. Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən verilən **.08.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi anası X8 *5.07.2023-cü il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Binə kənd qəbiristanlığında dəfn edilmişdir. *3. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, 03.**.*950-ci il təvəllüdlü X9 *5.07.2023-cü il tarixdə vəfat etmişdir.

Tətbiq edilən hüquq.

*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307.2 və 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

*5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi.

*6. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidi dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. *7. Belə ki, iş materiallarında olan *5.07.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinən görünür ki, H.Əliyeva *5.07.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 6-cı döngə, bağ *4 ünvanına Təcili və X7 Stansiyasından həkim gələndə artıq ölmüşdür. Xəzər rayonu Binə Bələdiyyəsinin **.08.2023-cü il tarixli arayışından görünür ki, Həbiba Əliyeva *5.07.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Binə kənd qəbiristanlığında dəfn edilmişdir. *8. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. *9. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 03.**.*950-ci il təvəllüdlü X2 *5.07.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır

Məhkəmə xərcləri.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 2*. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

Ərizə təmin edilsin. 03.**.*950-ci il tarixdə anadan olmuş X2 *5.07.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar